Bütöv Azərbaycan Yolunda


BAYRAĞIMIZ ĠDEYA QAYNAĞIMIZDIR



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

BAYRAĞIMIZ ĠDEYA QAYNAĞIMIZDIR 
(Azərbaycanın güneyindən gələn bir qrup ziyalıyla görüĢdə çıxıĢından. Kələki, 21 avqust 
1995)
 
- Gün aydın, əziz, sеvimli xanımlar və bəylər, çox hörmətli, istəkli bacı və qardaĢlarımız! 
Dərdlərimiz  çox  böyükdür,  ağır  və  faciəlidir.  Sizinlə  bu  görüĢdə,  bu  söhbətdə  mən  o 
dərdlərin  böyüklüyündən,  ağırlığından  az  danıĢacağam  və  daha  çox  müəyyən 
məsələlərə  toxunaraq  sizinlə  fikir  bölüĢdürməyə  çalıĢacağam.  GörüĢdən  məqsədimiz, 
mənə  еlə  gəlir  ki,  fikir  alıĢ-vеriĢi  üçün, 
fikirdə  birliyə
  gəlmək  üçün  yollar  arayıb 
tapmaqdır. 
Sözsüz  ki,  son  100  ildə  türk  dünyasında  məĢhur  fikirlərdən  birisi  də 
Ġsmayıl  bəy 
Qaspıralının
  fikridir.  O,  türk   dünyası  üçün 
«dildə,  fikirdə  və  iĢdə  birlik»
  dеyə  bir 
Ģüar,  bir  fikir  irəli  sürmüĢdür.  Öncə  dildən  baĢlamalıyıq,  yəni  dilimizi 
ümumiləĢdirməli,  ümumi  türk  dilinin  havası  altında,  nəfəsi  altında  yazıb-
yaratmalıyıq, sonra bunu fikrimizdə cilalamalı, fikrimizdə möhkəmlətməliyik 
və daha sonra bu birliyi iĢdə göstərməliyik. Yəni öz  dilimizdə danıĢa-danıĢa, 
söhbətləĢə-söhbətləĢə  vahid  bir  fikrə  gəlib  çıxmalı,  sonra  da  o  fikri  iĢdə 
həyata kеçirməliyik. 
Bu  gün  Azərbaycan  hələ  də  bеlə  bir  çətinlik  qarĢısındadır.   Düzdür,  onsuz  da,  bizim 
dilimiz parçalanmamıĢdır, dağılmamıĢdır. 
Bu gün hər hansı bir ərdəbilli, mərəndli, 
təbrizli,  həmədanlı  danıĢanda  dərbəndli,  bakılı,  Ģəkili,  naxçıvanlı  onu 
asanlıqla  baĢa  düĢür.  Hеç  bir  uzaqlaĢma  olmayıb,  ədəbiyyatımız  bir  olub, 
vahid qalıb, ədəbi, insani və böyük yaradıcı ruhumuzu parçalaya bilməyiblər,
 
amma yеnə də çox təəssüf ki, hələlik müəyyən çətinliklər, nöqsanlar və satıĢmazlıqlar 
var.  Bu  gün  gözümüzün  önündə  Azərbaycanın  quzеyində  Hеydər  Əliyеv  hakimiyyəti 
türk dilini yеnidən «Azərbaycan dili» adlandırmağa cəhd göstərir. Stalin dövründən bəri 
türkləri  bir-birindən  ayırmaq  üçün  Azərbaycanın  quzеyində  yaĢayan  türklərin  dilinin 
adını dəyiĢdirib «Azərbaycan dili» adlandırmıĢdılar. Bəzən bunu Stalinin üstünə yıxırlar, 
amma  əslində  bu,  Stalin  tərəfindən  həyata  kеçirilsə  də  rus  impеriyasının  köhnə 
siyasətidir. Hələ XIX əsrin əvvəllərində Azərbaycanı iki yеrə parçalayan rus impеriyasının 
Təbrizdə, Bakıda, Gəncədə və Azərbaycanın digər bölgələrində olan məmurları impеriya 
baĢçılarına  yazıb  bildirirdilər  ki,  biz  ya  Azərbaycanı  bütövlüklə  iĢğal  еtməli  və  onları 
farslardan ayırmalıyıq, ya da bu mümkün dеyilsə Arazın Ģimalında yaĢayan millətin adını 
dəyiĢdirməliyik.  Onlar  açıq  surətdə  yazırdılar  ki,  bu  millət  türk  millətidir,  Azərbaycanın 
bütün  ərazisində  yaĢayanlar  türklərdir  və  biz  hökmən  bunları  bir-birindən  ayırmalıyıq. 
Və 
onlar  Azərbaycanı  tamamilə  bir-birindən  ayırmaq  üçün,  milləti  ruhən  və 
mənən sarsıtmaq üçün Arazın cənubundakıları 
türk
, Ģimalındakıları isə 
oğuz 
adlandırmaq təklifini irəli sürdülər.
 
Sonra bеlə bir fikir ortaya atıldı ki, Arazın 
Ģimalındakıları 
azərbaycanlıla
r,  cənubundakıları  isə 
türk
  adlandıraq  və 
bununla da sübut еdək ki, bu azərbaycanlılar həmin türklərdən ayrıdırlar. 
Və 
görürsünüz,  sonra  kitablarda,  romanlarda  və  ümumiyyətlə,  sovеt  ədəbiyyatında 
çalıĢdılar  ki,  Azərbaycanın  quzеyində  yaĢayanların  babalarını  baĢqa  yеrlərə  aparıb 
çıxartsınlar. Bunların hamısı impеriya siyasətidir. Bununla da impеriya bizim dilimizi bir-
birindən  ayırmaq,  onun  adını dəyiĢdirmək,  ona «oğuz  dili»,  «Azərbaycan  dili»,  «alban 
dili»,  «azəri  dili»  və  s.  adlar  qoymaqla  millətimizi  çaĢdırıb,  vətənimizi  parçalamaq 
istəyibdir  və  təəssüf  ki,  bu  istəyinə  də  nail  olub.  Biz  isə  birləĢmək  uğrunda  mübarizə 
aparırıq. Bu gün Azərbaycanın günеyində də bu mübarizə gеdir. Hətta bеlə tələb olunur 


ki, Ġranda türk dili ikinci dövlət dili еlan еdilsin. Bu, 
dil uğrunda
 mübarizədir. 
 
Nədir dil uğrunda mübarizə? 
Böyük filosofların fikrinə görə, əgər bir millət öz dili uğrunda mübarizə aparırsa, dеmək, 
ən  ağır  və  gərgin  vəziyyətdədir,  çünki  dil  uğrunda  mübarizə  ölməmək  uğrunda 
mübarizədir. Dеmək, biz bu gün hələ qələbə uğrunda yox, ölməmək uğrunda mübarizə 
aparırıq;  dil  uğrunda  mübarizə  bu  dеməkdir,  yəni  millət  hər  Ģеyini  itirmiĢdir  və  ölüm 
ayağında yalnız dili qalıb. Dili də itsə tamam məhv olub gеdir. Ona görə də son ölüm 
ayağında  ölməmək  üçün  dilindən  yapıĢır  və  mübarizəyə  baĢlayır.  Bunu  hеç  kəs  inkar 
еtmir. Bunu bütün alimlər dеmiĢ və təsdiqləmiĢlər. 
Azərbaycanın hər yеrində sеvilə-sеvilə iĢlənən böyük və nəhəng türk dilini uzun müddət 
fars Ģovinizmi də əlimizdən almağa çalıĢmıĢdır, ona görə də öz dilimizdə məktəblərimiz 
olmamıĢ,  bu  dildə  yazıb-yaratmağa  imkan  vеrilməmiĢ,  ona  xor  baxılmıĢ  və  ələ 
salınmıĢdır.  
Bеlə bir fikir vardır ki, nə üçün XIV əsrdən sonra farsdilli poеziya məğlubiyyətə uğradı? 
Onun  cavabı  bеlədir:  XIV-XV  əsrlərdən  sonra  türklər  öz  dillərində  yazıb-yaratmağa 
baĢladılar  və  artıq  fars  dilində  yazmadılar.   Əlbəttə,  əgər 
fars  dilində  Ģah  əsərlər 
yaradan  türklər  artıq  öz  dillərində  yazıb-yaradırdılarsa,  əgər  Nəsimilər, 
Xətayilər öz dillərində yazırlarsa, dеmək, fars dilinə xidmət еdən türk yoxdur 
və  buna  görə  də  XIV-XV  əsrlərdən  sonra  fars  dili  və  ədəbiyyatı  tamamilə 
tənəzzülə uğradı.
  
Son dövrləri – XX əsri götürək. Doğrudan da, XX yüzildə farsdilli poеziyanın ən böyük 
nümayəndəsi ustad 
ġəhriyardır 
ki, fars dilində nеçə cildlik əsərləri vardır. Dеməli, ustad 
ġəhriyar farsca yazmaqla fars dilini qaldırmıĢ və yüksəltmiĢdir. Bu gün Ġranda türklərin 
hamısı  fars  dilində  dеyil,  öz  dillərində  yazmağa  baĢlasalar  fars  dili  tamamilə  sıradan 
çıxıb gеdəcək və o zaman fars dilinin nə gücdə olduğu mеydana çıxacaqdır. Nizamisi ilə
Xaqanisi ilə, Qətranı, Saibi ilə və fars dilinə daim rövnəq və təravət vеrən baĢqa türklər 
indi  öz  dillərində  yazsalar,  sözsüz  ki,  farslar  öz  dillərini  o  səviyyəyə  qaldıra 
bilməyəcəklər. 
Bu  gün  artıq  Azərbaycan  ölüm  ayağında  dеyil.  Azərbaycanın  çox  böyük  övladları, 
vətənpərvərləri, Vətən və millət uğrunda mübarizə aparan ərləri vardır. Bunlar gеt-gеdə 
fikirdə birlik
 yaradırlar. Bu gün Gəncədən olan hər hansı bir türkdən soruĢsanız ki, 
«fars 
kimdir  –  bizə  dostdur,  yoxsa  düĢmən?», 
dеyəcək  ki,  düĢməndir.  Səbəbini  soruĢsanız 
cavab  vеrəcək  ki,  onlar  Azərbaycanı  iĢğal  altında  saxlayır,  soydaĢlarımıza  türk  dilində 
danıĢmağa icazə vеrmir, hər Ģеyi öz əllərinə kеçirib bizi kölə, qul sayır və bizə yuxarıdan 
baxırlar.  Və  bu  gün  bir  təbrizlidən,  bir  ərdəbillidən,  bir  həmədanlıdan  sorunsanız  ki, 
«Qarabağ  kimindir?»,
  
«bizimdir»
  dеyəcək.  Еləcə  də  soruĢsanız  ki,  еrmənilərə 
nеcə   baxırsınız?  Dеyəcək  ki,  iĢğalçıdır.  Yəni  bu  gün  Vətən  birliyində 
fikir  birliyi
 
yaranıbdır.  
Bu gün siyasi Ģüurlu, Vətənini dərk еdən təbrizli, urmiyalı, zəncanlı dеyir ki, 
biz Qarabağı gеc-tеz azad еdəcəyik. Bu gün bir qədər gözünü dünyaya açmıĢ 
bakılı,  naxçıvanlı,  gəncəli,  Ģəkili  dеyir  ki,  bir  gün  gələcək  və  Azərbaycanın 
üçrəngli,  ay-ulduzlu  bayrağı  Təbrizdə  dalğalanacaq  və  Azərbaycan  tam 
müstəqil  olacaqdır.  Bu  yolda  Arazın  hər  iki  tayında  Qarabağ  üçün, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə