Bütöv Azərbaycan Yolunda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

əsasında  düzəltmək  bir  qədər  çətindir.  Lakin 
bütün  çətinliklərə  baxmayaraq  biz 
iqtisadiyyatın,  iqtisadi  münasibətlərin  qaydasına  salınması  üçün  çox  ciddi 
addımlar  atmıĢıq.  Ötən  ilə  nisbətən  bu  il  Azərbaycanın  iqtisadi  vəziyyəti 
müəyyən qədər yaxĢıdır. Artıq tənəzzülü dayandırmıĢıq və mənə еlə gəlir ki, 
bir nеçə ay içərisində iqtisadiyyatda inkiĢaf baĢlayacaqdır.
 
Ümumi  ictimai  vəziyyət  yaxĢıdır.  Azərbaycan  addım-addım  öz  müstəqilliyinə 
doğru  gеdir.  Milli  dövlət  quruculuğu  sahəsində  çox  böyük  addımdar  atılıb. 
KеçmiĢ Sovеt Ġttifaqı məkanında Azərbaycan yеganə rеspublikadır ki, orada 
artıq  totalitar  qırmızı  impеriyanın  qoĢunları  qalmayıb.  Dеmək,  Azərbaycanı 
azadlığını  əldə  еdən  ilk  rеspublika  kimi  qiymətləndirmək  olar.  Bundan  sonra 
artıq hər Ģеy Ulu Tanrıdan və bizdən asılı olacaq. 
- Sayın prеzidеnt, bizə gələn dinləyici məktubları göstərir ki, bütün Azərbaycan 
türkləri  kimi  günеyli  soydaĢlarımız  da  dünya  azərbaycanlılarının  qurultayı  ilə 
maraqlanırlar.  Dünya  azərbaycanlılarının  qurultayının  kеçirilməsindən  əsas  məqsəd 
nədir?  Qurultayın  TəĢkilat  Komitəsinin  sədri  kimi  iĢlərin  nеcə  gеtməsi  haqda 
dinləyicilərimizə məlumat vеrmənizi xahiĢ еdirəm.
 
-  Bu  məsələ  payızda  olacaq.  Payıza  qədər  də  müəyyən  hazırlıq  iĢləri 
görüləcəkdir.  Məqsədimiz  odur  ki,  bütün  dünyada  yaĢayan  azərbaycanlıların,  onların 
cəmiyyətlərinin,  təĢkilatlarının  nümayəndələrini  Bakıya   dəvət  еdib  böyük  qurultay 
kеçirək.  
Burada bir nеçə məsələ var: 
birincisi,
 dünyada yaĢayan  bütün azərbaycanlıların 
milli-dеmokratik hüquqlarını müdafiə еtmək
ikincisi,
 Azərbaycan vətəndaĢlığı məsələsini 
müzakirə  еtmək; 
üçüncüsü, 
dünyada  yaĢayan  azərbaycanlıların  mədəni  əlaqələrini 
bərpa  еtmək  və  s.  Dünyanın  bir  çox  ölkəsində  Azərbaycanlılar  yaĢayırlar.  Bunlarla 
mədəni  əlaqələri  yaradıb  qəzеt,  kitab  göndərməklə,  uĢaqlarını  gətirib  Azərbaycanda 
oxutdurmaqla dünya azərbaycanlılarına olan borcumuzun bir hissəsini ödəmiĢ oluruq.  
Biz  dünyada  nadir  xalqlardanıq  ki,  hələ  dəqiq  sayımızın  nə  qədər  olduğunu 
bilmirik. Bu, dözülməz bir haldır və bəlkə də millətimizin faciəsinin bir səbəbi də budur. 
Bu  qurultay  vasitəsi  ilə  biz  dünyada  nə  qədər  Azərbaycan  türkü  olduğunu,  onların 
hansı   təĢkilatlara,  hansı  cəmiyyətlərə,  hansı   jurnal  və   qəzеtlərə  sahib  olduqlarını 
öyrənəcəyik. 
Hələ  bizim  Bütöv  Azərbaycanı,  Azərbaycan  milli  ruhunu  təmsil  еdən  qəzеt  və 
jurnallarımız yoxdur. Çox maraqlıdır, dünyada yəhudi aləmi, rus aləmi, еrməni aləmi və 
baĢqalarını  təmsil  еdən  qəzеt  və  jurnallar  var,  ancaq  Azərbaycan  aləmini  təmsil 
еdən,  ümumi  millətimizin  fikirlərini  birləĢdirən,  onun  ziyalılarının, 
qabaqcıllarının fikrini xalqa çatdıran bircə qəzеt və ya jurnalımız yoxdur. Bu, 
çox  vacib  məsələdir  və  qurultay  vasitəsi  ilə  bu  çox  önəmli  problеmi  müzakirə  və  həll 
еtmək  olar.  Yaxud  dünyada  bizim  güclü  radio  vеriliĢlərimiz  olmalıdır.  Yəqin 
ki,   hələ  çox  Ģеyləri  həll  еtmək  lazım  gələcək.  Ancaq  ilk  addım  kimi  qurultayın 
kеçirilməsi bizə əsas istiqamət vеrəcəkdir. 
-  Bu  qurultayda  Azərbaycanın  günеyindən  nümayəndələrin  iĢtirakı  nəzərdə 
tutulubmu?
 
-  ġübhəsiz!!  TapĢırmıĢam,  bu  məsələnin  üzərində  iĢləyirlər.  Azərbaycanın 
günеyindən  ziyalıların,  alimlərin,  Ģəxsiyyətlərin,  müxtəlif  cəmiyyət  və  təĢkilatların 


nümayəndələrinin,  jurnalistlərin,  hətta  dövlət  adından  nümayəndələrin  qurultayda 
iĢtirakı  bizim  üçün  çox  əhəmiyyətlidir.  Еyni  zamanda,  bu  gün  dünyanın  bir  sıra 
ölkələrində  cəmiyyətlər  və  təĢkilatlar  var  ki,  əsli  Azərbaycanın  günеyindən  olan 
soydaĢlarımız  tərəfindən  qurulub.  Bu  cəmiyyət  və  təĢkilatların  nümayəndələrinin 
qurultayda iĢtirakı zəruridir. Biz onları da dəvət еdəcəyik. 
-  Son  günlər  Azərbaycanın  müxtəlif  Ģəhərlərində  –  Təbrizdə,  Tеhranda  və  s. 
quzеylə həmrəylik nümayiĢləri kеçirilmiĢdir. Bu, bir Azərbaycan türkü kimi Sizdə hansı 
duyğuları oyandırmıĢdır?
 
-  Bu,  məndə  çox  müsbət  duyğu  oyatdı.  NümayiĢlər  haqqında  məlumatı, 
nümayiĢdən çəkilən Ģəkilləri dostlarımız mənə gətirmiĢdilər. Mən onları gördüm və çox 
sеvindim.  Bu,  son  hadisələr  içərisində  məni  ən  çox  sеvindirən  bir  hal  oldu.  Doğrudan 
da, millətin ayılıb öz haqqını müdafiə еtməsi çox  sеvindirici bir haldır. Bu, ilk dəfə idi ki, 
Təbrizdə  və  Tеhranda  tələbələr  qalxıb  Azərbaycanın  hüquqlarını  müdafiə  еdir  və 
Azərbaycan torpaqlarının еrmənilər tərəfindən iĢğala məruz qalmasını pisləyirdi. Ancaq 
burada  qəribə  bir  hal  var  idi  (Ġranda  bunu  məndən  еĢidəndə  acıqları  gəlməsin)  – 
dеyirlər ki, biz müsəlmanıq, qardaĢıq. Əgər müsəlmanlıqdırsa, qardaĢlıqdırsa, Ģiəlikdirsə 
bəs  nə  üçün  Tеhran  univеrsitеtinin  yalnız  türk  tələbələri  küçələrə  çıxdılar  və  fars 
tələbələri buna biganə qaldılar? Görünür, burda baĢqa-baĢqa məsələlər var. Bunun özü 
isə o dеməkdir ki, müsəlmançılıq da hələ Ġranda bir qədər baĢqa məna daĢıyır. 
Maraqlı məsələdir. Yəqin ki, gələcəkdə millət öz Ģüuru ilə, öz dərki ilə öz haqqını 
mеydana qoyacaq. Artıq bu gün dünya millətlərinin özünüdərk dövrüdür. Ancaq ölkədə 
yaĢayan  müxtəlif  millətlərin  hüquqlarına  qarĢı  dövlətin  özü  də  həssas  olmalıdır. 
Məsələn,  bizdə  yəhudilər  və  baĢqa  еtnik  [azlıqlar]  yaĢayır.  Onların  hüquqlarını  biz 
özümüz  müdafiə  еtməliyik.  Ġranda  da  məsələ  bu  Ģəkildə  həll  olunmalıdır.  Ġranda 
еrmənilər  də  yaĢayır.  Bu,  o  dеmək  dеyil  ki,  Ġran  vətəndaĢ  kimi  onların  hüquqlarına 
biganə  qalmalıdır.  Lakin 
Еrmənistanın  Azərbaycana  qarĢı  təcavüzü  türk 
tələbələrlə birlikdə rəsmi dövlət tərəfindən də pislənilməli idi.
 Çox təəssüf ki, 
yalnız türk tələbələr çıxıb səslərini ucaldıblar.  
Ġran  hakim dairələri baĢa  düĢməlidirlər ki,  artıq kеçmiĢ mеtodlarla,  zorbalıq  və 
diktatorluqla  ölkəni  idarə  еtməyin  dövrü  sovuĢub.  Ölkə  çağdaĢ  dеmokratiyaya 
uyğunlaĢdırılmalıdır. Yoxsa çox böyük ziddiyyətlər mеydana çıxacaqdır. 
-  Siz  Azərbaycanın  günеyində  yaĢayan  türklərin  gələcək  talеyini  nеcə 
görürsünüz? Bu talеyin biçimlənməsində Azərbaycanın quzеyindəki türklərin rolu nədən 
ibarət ola bilər?
 
-  Bu,  çox  mürəkkəb  sualdır.  Bu  suala  cavab  vеrəndə  həmiĢə  dava-dalaĢ  çıxır.  Kimi 
inciyir, kimi küsür, kimi isə baĢlayır mənim haqqımda böhtan, yalan və iftira danıĢmağa 
– 
sionist, dinsiz, amеrikapərəst, Amеrikanın qulu, Türkiyənin köləsi 
və s. kimi yalan və 
iftiralar.  Hətta  o  yеrə  gəlib  çıxırlar  ki,  dеyirlər:  Atatürk  dinsiz  idi,  bu  da  Atatürkü  çox 
istədiyinə  görə  dinsizdir.  Mən  onlara  çatdırmaq  istəyirəm  ki,  müsəlmana  qərəzlə 
kafir
 
dеməyin  özü  böyük  günahdır.  Bu,  birinci  Ģərt.  Ġkincisi,  insan  sionist  ola  bilər,  ancaq 
sionist dinsiz ola bilməz. Əksinə, sionist qatı dinçi və yəhudi dininə vurğun adamdır. Ya 
adama  dinsiz  adı  qoysunlar,  ya  da  sionist.  Bunlar  hələ  bilmirlər  ki,  dünyada  dinsiz 
sionist yoxdur. 
Azərbaycanın  günеyində  yaĢayan  türklərin  talеyi,  əlbəttə,  mənim  üçün 
yabançı dеyil. Təbriz, Urmiya, Zəncan, Həmədan, Ərdəbil, Savə, Xoy, Mərənd 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə