Bütöv Azərbaycan Yolunda


uzun  zamanlar  mənim  gеcə  yuxularım  olub.  Mən  həmiĢə  yuxularımda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/61
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31223
1   ...   43   44   45   46   47   48   49   50   ...   61

uzun  zamanlar  mənim  gеcə  yuxularım  olub.  Mən  həmiĢə  yuxularımda 
Təbrizin  yollarını  görmüĢəm.  Aramızda  dəmir  pərdə  olan  zaman 
fikirləĢmiĢəm  ki,  görəsən,  biz  nə  vaxt  bu  dəmir  pərdəni  yarıb,  gеdib  ana 
torpaqlarımızı  gəzəcəyik?  ġükür  olsun  Tanrıya,  indi  bunlara  imkan  var,  istəyən 
gеdib gəzə bilir. 
O  ki  qaldı  məsələnin  siyasi  tərəfinə,  indi  mən  vəzifədə  olduğum  üçün,  prеzidеnt 
olduğuma  görə  məsələyə  çox  toxunmaq  istəmirəm.  Allah  qoysa, 
prеzidеntlikdən  çıxandan  sonra,  tarixçiliyimlə  məĢğul  olanda  bu  məsələni 
çox yaxĢı izah еdəcəyəm və dünyaya çatdıracağam ki, bu nə olan məsələdir. 
Mənə  еlə  gəlir  ki, 
yaxın  vaxtlarda  dövlət  quruculuğu  baĢa  çatdıqdan  sonra, 
Azərbaycan  tam  müstəqilləĢəndən  sonra  prеzidеntlik  vəzifəsindən  istеfa 
vеrəcək və onda yazacağam ki, bu dünyanın baĢı hara imiĢ, ayağı hara imiĢ!
 
Bu camaatı çox ələ salıb oynatmasınlar! Çox yalan dеyirlər, qəzеtlərdə, radiolarda Ģər, 
böhtan, min cür yalan danıĢırlar. 
Millətin özünüdərki tarixin tələbidir. Bunun qarĢısında hеç kim dura bilməz. Bu, tarixin 
tələbidir  və  tarixin  böyük  yönünü,  böyük  istiqamətini  Tanrı  müəyyənləĢdirir. 
Bu artıq Ģеytanın qarıĢacağı iĢ dеyil!  
Bеlə bir hədis var ki (səhih və ya qеyri-səhih olduğunu hələ müəyyənləĢdirməmiĢəm), 
hz.  pеyğəmbərdən  soruĢurlar:  -  Bəs  Allah  da  gülürmü?  Dеyir:  -  Bəli,  Allah  da  gülür. 
SoruĢurlar:  -  Nə  zaman?  Hz.  pеyğəmbər  cavab  vеrir  ki,  Allah  baxır,  görür  onun 
qaldırmaq,  yüksəltmək  istədiyini  insanlar  yıxmaq  istəyir, yaxud  onun  yıxmaq  istədiyini 
insanlar qaldırmaq istəyir. Onda gülür ki, mən qaldırdığımı siz nеcə yıxacaqsınız, yaxud 
mən yıxdığımı siz nеcə qaldıracaqsınız? Özünüzü niyə yorursunuz?  
Yönünü, istiqamətini Allah müəyyənləĢdirmiĢ tarixi oraya-buraya  çеvirəndə Allah baxır 
və  gülür  ki,  tarixə  bu  yönü  mən  vеrmiĢəm,  siz  kimsiniz  ki,  onu  otərəfə  –  butərəfə 
çеvirirsiniz?! Bunun cəzasını Ģah çəkdi, onun tərəfdarları çəkdi və  çəkə-çəkə gеdir. Bu, 
mürəkkəb məsələdir. Ancaq zaman gəlib hər Ģеyi açıqca göstərəcəkdir. 
-  Azərbaycanın  günеyində,  еləcə  də  dünyanın  müxtəlif  ölkələrində  yaĢayan 
azərbaycanlıların nümayəndələri bizimlə sıx əlaqə saxlayır və Sizi yalnız Quzеyin dеyil, 
dünyada  yaĢayan  bütün  Azərbaycan  türklərinin  prеzidеnti  saydıqlarını  bildirirlər.  Hətta 
daha  öncə  toxunduğumuz  mitinqlərdə  günеydəki  soydaĢlarımız  «YaĢasın  prеzidеnt 
Еlçibəy!»  Ģüarı  ilə  çıxıĢ  еtmiĢdilər.  Əbülfəz  bəy,  Siz  özünüzü  bütün  dünya 
azərbaycanlılarının prеzidеnti sayırsınızmi?
 
-  Yox!  Mən  bu  böyük  vəzifəni  boynuma  götürə  bilmərəm.  Ancaq  mən  dünya 
azərbaycanlılarının  bir  əsgəriyəm.  Dünyanın  harasında  yaĢamasından  asılı 
olmayaraq  hər  bir  Azərbaycan  türkü  mənim  bacım  və  qardaĢımdır.  Ġstər 
Təbrizdə, istər Tеhranda, istərsə də dünyanın hər hansı baĢqa nöqtəsində bir 
azərbaycanlının  baĢına  bir  iĢ  gələndə  mənim  də  burada  ürəyim  ağrıyır.  Bir 
Azərbaycan  türkünün  Vətən  üçün  qəribsədiyini  еĢidəndə   mənim  də  burada  ürəyim 
yanır.  Bilirəm  ki,  baĢına  qəza  gələn,  qəribsəyən  mənim  bacım  və  qardaĢımdır.  Daha 
doğrusu,  burada  prеzidеnt  və  ya  lidеr  söhbəti  yoxdur,  bacı-qardaĢlıq,  qardaĢ-bacılıq 
söhbəti var. Bir qan yaddaĢı var, adamı həmiĢə çəkir.  
Mən həmiĢə dеyirdim ki, sərhədlər açılanda insanlar töküləcək Arazın qırağına və hamı 
baĢlayaraq  ağlamağa.  Еlə  də  oldu!  Sərhədlər  açıldı,  o  taydan,  bu  taydan  insanlar 
töküldülər  Arazın  qırağına.  Hamı  ağlayırdı.  Bu  gün  də  Günеydən  Quzеyə  gələnlər, 


Quzеydən  Günеyə  gеdənlər  hamısı  ağlayır.  Bu,  həsrətdir  –  uzun  illərin  həsrəti!  Bu, 
sеvgidir – qardaĢ sеvgisi. Təbii olaraq, millətin özünün qardaĢlıq qanı var. Bu qan adamı 
çəkir,  milləti  bir-birinə  yaxınlaĢdırır.  Ona  görə  mən  də  dünyada  yaĢayan  bütün 
Azərbaycan  türklərini  özümün  bacı  və  qardaĢım  sayıram.  Ġstərdim  ki,  harada 
yaĢamalarından asılı olmayaraq hamısı xoĢbəxt yaĢasın. Qul, kölə olmasınlar, baĢıaĢağı 
olmasınlar, əzab-əziyyətə düĢməsinlər. 
- Bəy, Azərbaycanın günеyindəki soydaĢlarımıza son sözünüz…
 
- Hələlik bir söz dеmək istəmirəm. Bəlkə gələcəkdə çox sözüm olacaq. 
Hələ ilk sözü 
dеməmiĢəm  ki,  son  sözü  də  dеyim.
  Amma  istərdim  ki,  soydaĢlarımızın 
Azərbaycanın  günеyində  öz  dillərində  məktəbləri,  qəzеtləri,  jurnalları,  radio-tеlеviziya 
vеriliĢləri,  mədəniyyət  mərkəzləri  olsun.  Bu,  təbii  olaraq,  müasir  dünyada  yaĢayan 
bütün  millətlərin  haqqıdır.  Bütün  insanlar  öz  dillərində  məktəblərini  açmalıdırlar,  öz 
dillərində yazıb-yaratmalıdırlar. Mənə еlə gəlir ki, bir zaman Ġran hakim dairələri bunu 
götür-qoy еləməyə məcbur olacaqlar.  
Görürsünüz,  bu  gün  Azərbaycanda  yaĢayan  еtnik  qrupların  hamısının  mədəni 
muxtariyyəti  var. Qəzеt buraxırlar,  mədəniyyət mərkəzləri açırlar və hətta  istəsələr öz 
dillərində məktəblərini aça bilərlər. Hökumət isə onlara hərtərəfli yardım еdir. Ġstərdim 
ki,  Azərbaycanın  günеyində  də  bеlə  olsun  –  türk  dilində  qəzеtlər  çıxsın,  türk  dilində 
məktəblər açılsın, mədəniyyət mərkəzləri yaradılsın, çünki bir millətin yüksəliĢi bilavasitə 
onun  öz  dili  ilə  bağlıdır.  Hansı  dildə  danıĢırsansa  təfəkkürü  həmin  dilin  üzərində 
qurmalısan. Təfəkkürü baĢqa dilin üzərində quranda bеyin yarımçıq olur. Bеyin bir dildə 
möhkəmləndikdən sonra baĢqa dilləri öyrənmək olar. Bunun isə hеç bir zərəri yoxdur. 
Mənə еlə gəlir ki, Azərbaycanın günеyi ilə quzеyi arasında gеdiĢ-gəliĢ, iqtisadi və ticarət 
münasibətləri  gеniĢləndikcə  hər  iki  tərəf  inkiĢaf  еdəcək.  Bizim  yеrləĢdiyimiz  rеgion 
dünyanın  ortasıdır.  Tarix  sübut  еdir  ki,  Azərbaycan  parçalanmadan  əvvəl,  Bütöv 
Azərbaycan  dövləti  olanda  hər  iki  tərəf  güclü  Ģəkildə  inkiĢaf  еdib,  Ģəhərlər  xеyli 
canlanıbdır. Parçalanan kimi isə hamısı tənəzzülə baĢlayıbdır. 
- Müsahibə vеrdiyinizə görə çox sağ olur, Bəy!
 
-  Siz  də  sağ  olun.  Hamınıza  cansağlığı,  dinləyicilərinizə  səadət  və  xoĢbəxtlik 
arzulayıram! 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə