Sizin azad olmaq hüququnuz var
45
Allah Adəmi yaradanda o həm fiziki, həm də ruhən sağ idi.
Adəmin günahına və nəticədə ruhən ölümünə görə bu dünyaya
gələn hər bir kəs fiziki sağ, ruhən ölü doğulur (Efes 2:1). Siz
yenidən doğulanda canınız/ruhunuz Allah ilə birləşdi və siz ruhən
sağ oldunuz. Siz artıq «Adəmdə» deyilsiniz – siz «Məsihdəsiniz».
Məsihin içinizdə olduğunu söyləyən hər bir ayə üçün sizin
«Məsihdə» və ya «Onda» olduğunu deyən on ayə var. Məsihin
həyatı əbədi olduğu üçün indi Məsihdə sizin ruhani həyatınız da
əbədidir. Əbədi həyat siz fiziki öləndə əldə etdiyiniz bir şey deyil;
bu, siz yenidən doğulan kimi əldə etdiyiniz bir şeydir! «Oğula ma-
lik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin
isə həyatı yoxdur» (1 Yəhya 5:12).
Şeytanın sizi inandırmaq istədiyinə əks olaraq, o, heç vaxt
əbədi həyatınızı oğurlaya bilməz, çünki sizi heç vaxt atmayacağını
və tərk etməyəcəyini vəd edən İsanı (İbr. 13:5) sizdən ala bilməz.
Siz əzab verən ruhlardan azad olmaq üçün fiziki olaraq ölməli
deyilsiniz. Bir çox insanlar bunun üçün fiziki ölməli olduqlarını
düşünərək yalana inanırlar. Siz Allaha təslim ola və iblisə qarşı
dura bilərsiniz və o, sizdən qaçacaq (Yaqub 4:7).
S
iz Məsihdə yeni yaradılışsınız
Əgər siz Məsihdə kimliyinizi və mövqeyinizi tamlığı ilə başa
düşmürsünüzsə, siz özünüzlə qeyri-məsihçilər arasında kiçik
fərqin olduğunu güman edəcəksiniz. İttihamçı, yəni şeytan həmin
imkandan istifadə edəcək, təqsirləri yağdıracaq və xilasınız barədə
şübhələr gətirəcək. Məğlub olmuş məsihçi kimi günahınızı etiraf
edəcəksiniz və yaxşı olmağa çalışacaqsınız, amma daxilən: «Mən
İsa gələndə göylərə qalxanadək gözləyən, sadəcə lütf ilə xilas
olmuş günahkaram. Xilas zamanı yeganə baş vermiş şey günah-
larımın bağışlanmasıdır. Mən hələ də əvvəlki insanam» — deyə,
fikirləşəcəksiniz.
Bu fikir Paulun sizin Məsihə gəlməzdən əvvəl kim olduğu-
nuzu təsvir etməsinə uyğunlaşır: «Siz bir zamanlar təqsirləriniz
46
Buxovları qıran
və günahlarınız üzündən ölü idiniz. Siz bu dünyanın gedişinə və
havada olan hakimiyyətinə…uyaraq bu günahların içində həyat
sürürdünüz…təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar
idik» (Efes. 2:1-3). Siz təbiətcə Allahın qəzəbinə düçar olmusu-
nuz, amma indi «ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan
qaçıb ilahi təbiətə şərik olasınız» (2 Peter 1:4).
Allahın yenidən doğulmuş övladı kimi siz artıq «cismani təbiətə
görə yaşamırsınız»; siz indi «Məsihdəsiniz». Siz günahkar idiniz,
amma indi Müqəddəs Kitaba əsasən müqəddəssiniz. Sizin təbii
və məhdud başlanğıcınız var idi, amma indi Məsihlə əbədi olaraq
birləşmisiniz. Paul deyirdi: «Siz də bir zamanlar zülmət, indi isə
Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün»
(Efes. 5:8); «Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır» (2 Kor.
5:17). Şeytanın ittihamlarının qarşısında biz Məsihdə əbədi olaraq
fərqli olmağımızın həqiqətinə inanmalıyıq və ona uyğun şəkildə
yaşamalıyıq.
Əhdi-Cədid sizin Məsihi qəbul etməzdən əvvəl olduğu-
nuz insanı köhnə mənlik adlandırır. Siz xilas olanda Allahdan
kənar müstəqil yaşamaq istəyən və bu səbəbdən də günahla
səciyyələnən köhnə mənliyiniz öldü (Rom. 6:6); və sizin Məsihlə
birləşmiş yeni mənliyiniz doğuldu (Qalat. 2:20). Ruhən sağ ol-
maq o deməkdir ki, sizin canınız Allah ilə vəhdətdədir və siz
Onunla birləşmisiniz:
Rom. 6:3; . . . . . . . . . . . . Onun ölümündə
Qalat. 2.20;
Kolos. 3:1-3
Rom. 6:4. . . . . . . . . . . . . Onun dəfnində
Rom. 6:5, 8, 11 . . . . . . . . Onun dirilməsində
Efes. 2:6 . . . . . . . . . . . . . Onun göylərə qalxmasında
Rom. 5:10, 11 . . . . . . . . . Onun həyatında
Efes. 1:19, 20 . . . . . . . . . Onun qüdrətində
Rom. 8:16, 17;. . . . . . . . . Onun irsində
Efes. 1:11, 12
Sizin azad olmaq hüququnuz var
47
Sizin köhnə mənliyiniz ölməli idi ki, ona üstün gələn günahla
ünsiyyəti qırılsın. Müqəddəs və ya Allahın övladı olmaq sizin gü-
nahsız olduğunuzu demir (1 Yəhya 1:8). Amma köhnə mənliyinizin
Məsihlə çarmıxa çəkildiyinə və basdırıldığına görə siz artıq günah
etməyə bilərsiniz (1 Yəhya 2:1). Siz yalana inanmağı və Allahdan
kənar müstəqil hərəkət etməyi seçəndə günah edirsiniz.
S
iz günah və ölümün üzərində qələbə çala bilərsiniz
Ölüm mövcudluğun deyil, ünsiyyətin sonudur. Günah hələ
də sağdır, güclüdür və cəlbedicidir, amma onun üzərinizdə gücü
və səlahiyyəti itib. «Deməli, indi Məsih İsada olanlara heç bir
məhkumluq yoxdur. Çünki həyat verən Ruhun qanunu səni gü-
nah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi» (Rom.
8:1, 2 vurğular əlavə edilib). Günahın və ölümün qanunu hələ
də qüvvədədir, ona görə də Paul «qanun» sözündən istifadə edib.
Siz qanunu ləğv edə bilməzsiniz, amma ona daha böyük qanunla,
«Məsih vasitəsilə azad edən, həyat verən Ruhun qanunu» ilə qalib
gələ bilərsiniz.
Bundan əlavə, xilasdan sonra cismani təbiət hələ də mövcud-
dur. Sizin hələ də öz maraqlarınıza diqqət yetirməyə sürükləyən
öyrəndiyiniz düşünmə tərzləriniz və beyninizdə kök salmış əvvəlki
şərti refleksləriniz var. Amma siz artıq köhnə mənliyiniz kimi
cismani təbiətin hökmündə deyilsiniz; siz indi Məsihdəsiniz. La-
kin siz hələ də Allahdan kənar müstəqil hərəkət etməyə öyrəşən
köhnə istəklərə uyğun olaraq cismani təbiətə görə yaşamağı seçə
bilərsiniz (Rom. 8:12, 13).
Paul Rom. 6:1-11-də öyrədir ki, Rəbb İsa Məsihin günaha olan
münasibəti bizim üçün də eynidir, çünki biz «Məsihdəyik». Ata
Allah «Günahla əlaqəsi olmayan Məsihi… bizim uğrumuzda günah
qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq» (2 Kor.
5:21, vurğu əlavə edilib). O, çarmıxda öləndə bizim günahlarımız
Onun üzərinə qoyuldu. Lakin O, qəbirdən diriləndə Onun üzərində
heç bir günah yox idi. O, Atasının yanına qalxanda Onun üzərində
Dostları ilə paylaş: |