Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə30/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   82

100
Buxovları qıran
kündür ki, o, bu dünyanın allahının bizim qərarımızı eşitməli ol-
duğunu bildirirdi. 
Konfransı  apararkən  iştirakçılardan  aşağıdakı  sualları  soruşu-
ram: «Sizlərdən nə qədər adam gecə böyük qorxu hissi ilə qəfildən 
oyanıb? Siz, ola bilsin ki, döş qəfəsinizdə təzyiq və ya nəyinsə 
boğazınızdan  yapışdığını  hiss  etmisiniz.  Siz  fiziki  olaraq  cavab 
verməyə  çalışmısınız,  amma  heç  nə  deyə  bilməmisiniz.»  Mən 
həmişə insanların ən azı üçdə birinin belə ruhani hücuma məruz 
qaldıqlarını göstərmək üçün əllərini qaldıran görmüşəm. 
Əgər biz danışa bilmiriksə, onda belə hücuma qarşı necə daya-
naq? Birinci, hücuma qarşı dayanmaq bizim tərəfimizdən fiziki səy 
tələb etmir, çünki «döyüş silahlarımız cisimdən düzəldilən silahlar 
deyil,  qalaları  dağıdan  ilahi  qüvvəyə  malik  silahlardır»  (2  Kor. 
10:4).  Belə  hücuma  məruz  qalan  bədənin  ilkin  cavabı,  adətən, 
qorxudur – amma bu, Allah qorxusu deyil. Siz bundan özünüz 
çıxmağa çalışa bilərsiniz, amma yəqin ki, bir müddət orada qalıb 
əzab çəkəcəksiniz. İkinci isə Yaqubun məktubunda əmrin ardıcıllı-
ğına fikir verin: «Buna görə də Allaha tabe olun. İblisə qarşı durun 
və o, sizdən qaçacaq» (4:7). Siz həmişə bütün ürəyinizlə və bütün 
ağlınızla Allaha tərəf çevrilə bilərsiniz, çünki sizin göylərdəki Ata-
nız hər şeyi biləndir və O, sizin ürəyinizi və düşüncələrinizi bilir. 
Siz Rəbbin adını çağırdığınız andan şeytana qarşı durmaqda azad 
olacaqsınız. Bircə «İsa» deməlisiniz. Belə vaxtlar bizim Allahdan 
necə asılı olduğumuzu aşkar edir. 
D
uanın qoruyucu gücü
Seminariyadakı tələbələrimdən birinin anası falçı idi. O, oğlun-
dan soruşdu: «Mənim üçün dua edirsənmi?» 
Oğlan dedi: «Əlbəttə, edirəm, anacan.»
«Eləmə»- deyə, o, təkid etdi: «Çünki sən mənim işimi pozursan».
Mən: «Bu, çox yaxşıdır, duada davam elə!» — dedim. Ola bilsin 
ki, biz heç vaxt dualarımızın təsirini bilmərik, amma Öz padşahlı-
ğını qurması üçün strategiyasının bir hissəsi kimi Allahın duaları-


İsa sizi qoruyur 
101
mızdan istifadə etdiyini bilirik. Mən satanizmin yuxarı təbəqəsində 
özünü baş kahin kimi qələmə verən bir kişiyə məsləhət verirdim. 
Onun tövbəsi həyatda gördüyüm ən dramatik tövbə idi. Məsihə 
iman edəndən altı ay sonra o, məbəddə öz şəhadətliyini danışdı. 
Mən  ondan  soruşdum:  «'Düşmən  tərəfdə'  olan  həyat  təcrübənə 
əsasən, məsihçilərdə şeytani təsirlərə qarşı ilkin müdafiə nədir?» 
«Dua»- deyə, o, inamla söylədi. «Siz dua edəndə böyük səylə 
dua edin. Alovlu dualar kimi şeytanın fəaliyyətini dağıdan heç bir 
şey yoxdur.»
Dua nədir? Bu, Allahla ünsiyyətdir. Allah qaranlıq qüvvələri ilə 
döyüşdə nəyə ehtiyacımızın olduğunu bilir və O, bizi xilas etməyi 
və ehtiyaclarımızı ödəməyi çox istəyir. Duada bizim münasibətimiz 
«Sən Rəbsən? mən yox. Nəyin ən yaxşı olduğunu Sən bilirsən; 
mən  bilmirəm.  Mən  Sənə  nə  etmək  lazım  olduğunu  demirəm; 
mən xahiş edirəm. Mən Səndən tamamilə asılıyam» olmalıdır. 
Allahın bizə verdiyi zirehləri geyinməyi Paul öyrədəndən sonra 
yazır: «Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua 
edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün 
müqəddəslər üçün dua edin» (Efes. 6:18). Biz dualarımızda Ruhla 
idarə olunmalıyıq, çünki Allahdan kənarda biz nə üçün və necə 
dua etdiyimizi bilmirik. «Beləcə, Ruh da bizə zəif olarkən kömək 
edir.  Biz  nə  üçün  və  necə  dua  etmək  lazım  olduğunu  bilmirik, 
lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir» (Roma. 
8:26). Bu ayədə «kömək edir» feili (sunantilambano) Müqəddəs 
Ruhun necə yanımıza gəlməsini, bizi qaldırmasını və lütfkar tax-
tına aparmasını çox gözəl təsvir edir. Ruhda dua etmək keçməyi 
bacarmadığımız  ehtiyacın  dərinliklərindən  keçməyə  kömək  edir. 
Allah  olan  Müqəddəs  Ruhun  bizi  dua  etməyə  oyatdığı  istənilən 
dua göylərdəki Atamız Allahın həmişə cavab verdiyi duadır. 
Ruhani görmə üçün dua etmək
Ruhani döyüşdə dua üçün hədəflər kimi diqqət yetirilməli olan 
bir  neçə  xüsusi  ehtiyaclar  var.  Bir  ehtiyac  şeytanın  imansızlara 
verdiyi korazehinliklə əlaqədardır (2 Kor. 4:3,4). İnsanlar ruhani 


102
Buxovları qıran
gözləri açılmadan Məsihə gələ bilməzlər. Teodor Ep yazırdı: «Əgər 
şeytan kişi və qadınları kor edib bağlayıbsa, onda canların xilasını 
necə görə bilərik? Bu, mənim və sizin mənzərəyə daxil olduğumuz 
yerdir.  Güclü  adamın  malını  qarət  etmək  şeytanın  kor  etdiyi  və 
bağlı saxladığı insanları azad etməkdir…Dua bu məqsəd üçündür.» 
Dua ruhani korluqla döyüşdə əsas silahdır. Həvari Yəhya ya-
zırdı: «Onun iradəsinə uyğun nəsə dilədikdə O, bizi eşidir. Bili-
rik ki, nə diləyiriksə, O, bizi eşidir; beləcə də bilirik ki, Ondan 
dilədiklərimizi  alırıq»  (1  Yəhya  5:14,15).  Sonra  o,  imanlıların 
imansızlar üçün Allahdan sağ qalmalarını diləməklə bu prinsipin 
tətbiq olunmasında onları həvəsləndirir (16-cı ayə). Allahın nuru-
nun şeytani korluğa nüfuz etməsinə görə bizim müjdəçi strategi-
yamıza səlahiyyətli dua daxil olmalıdır. 
Biz  eləcə  də  Efes.  1:18,19-da  Paulun  dua  etdiyi  kimi  dua 
etməliyik  ki,  imanlıların  gözləri  Məsihdə  bizim  mirasımız  olan 
ruhani qüdrəti, səlahiyyəti və müdafiəni başa düşmək üçün nur-
lansın.  Şeytan  Məsihdə  olan  mövqeyimiz  və  səlahiyyətimiz 
barəsində bizi qaranlıqda saxlayana qədər artımımızı ləngidə bilər, 
şəhadətliyimizdə və xidmətimizdə səmərəsiz edə bilər. Şeytanın 
yalanlar pərdəsinin çəkilməsinə və görüntümüzün büllur tək aydın 
olmasına görə bir-birimiz üçün daim dua etməliyik. 
Güclü adamı bağlamaq 
Səlahiyyətli  dua  üçün  digər  hədəf  Matta  12:29-da  xatırlanan 
«güclü adam»dır. İsa bunu şeytana və onun cinlərinə aid edərək 
dedi: «Bir kimsə güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu 
bağlamadan onun malını necə qarət edə bilər?» O deyirdi ki, bi-
rinci siz əsir alanı məğlub etməsəniz, insanları ruhani korluğun və 
ya şeytani təsirlərin bağlarından xilas edə bilməzsiniz. Şeytanın 
gücü  artıq  itib,  amma  özümüz  Rəbb  İsa  Məsih  tərəfindən  bizə 
tapşırılan səlahiyyəti tətbiq etməyincə o, saxlaya biləcəyi hər bir 
şeyi əldən buraxmayacaq. 
Biz  dua  edərkən  Ona  olan  xidmətimizdə  Allahı  bizə  qo-
şulması  üçün  həvəsləndirmirik;  dua  Onun  xidmətində  Allaha 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə