162
Buxovları qıran
kəs Allahın övladlarıdır və onların günahları və küfrləri bağışla-
nıb, çünki onlar Məsihdədirlər. Əgər siz Allahın Ruhunun şahidini
rədd etmiş olsaydınız, onda Məsihə heç vaxt gələ bilməzdiniz.
Ona görə də heç bir məsihçi bağışlanmaz günah edə bilməz. İla-
hiyyatçıların və fariseylərin qarşısında dayanan Məsih, İsa, Allah
Oğlu idi və onlar İsanın insanları şeytani əsarətdən azad etməsi
xidmətinin iblisdən olduğunu söyləyirdilər. Onlar hətta İsanın da
şeytana tutulduğunu deyərək Onu ittiham etdilər! Onlar Ruhun
şahidliyini tamamilə rədd etdilər.
Bunlar İsaya nifrət edən elə həmin adamlar idilər ki, ədavətlə
Onun ələ verilməsini, həbsini, ədalətsiz ittiham olunmasını, qam-
çılanmasını, döyülməsini və çarmıxa çəkilməsini təşkil etmişdilər.
Onlar İsaya nifrət bəslədilər və İsa çarmıxda asılanda Onu
lənətlədilər, üzünə tüpürdülər və ələ saldılar. Əgər Müqəddəs Ruh
vicdanınızı narahat edibsə və Məsihə etibar etmisinizsə, onda siz
bağışlanmaz günahı etməkdən əks bir şey etmisiniz.
Biz xilaslarına şübhə edən və ağır vicdan əzabı çəkən bir çox
imanlılarla danışmışıq. Belə imanlıların günahlarına görə Müqəddəs
Ruhun vicdanlarını narahat etməsi faktı onların məsihçi olmala-
rı və ya Müqəddəs Ruhun günahlı təbiətlərini aşkar edib onları
xilasa aparması üçün əla sübutdur. Belə vicdan əzabı çəkmək on-
ların bağışlanmaz günah etmədiklərinin daha bir əlamətidir. Əgər
Müqəddəs Ruh onlarda işləməsəydi, həmin şeylər onları heç na-
rahat etməzdi.
Şeytan ittihamçıdır. O, sanki şahidi hörmətdən salmağı və
ruhdan salmağı düşünən məhkəmə zalındakı aldadıcı ittiham-
çı tərəfdir. O, çirkin barmağını uzadaraq deyir: «Aha! Sən düş-
dün tora! Artıq sənin üçün ümid yoxdur. Sən Müqəddəs Ruha
küfr etmisən!» Ola bilsin ki, siz bir ruhani ənama, məsh olun-
muş vəzçiyə və ya fövqəltəbii təzahürlərə şübhə etmisiniz. Bu,
Müqəddəs Ruha küfr etməkdirmi? Əlbəttə ki, yox. Əslində bu,
ruhları sınaqdan keçirmək üçün yaxşı bir şey ola bilər. Yəhyanın
təliminə qulaq asın: «Ey sevimlilər, hər ruha inanmayın; ruhla-
rın Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin.
Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb» (1 Yəhya
Yalanlar atası tərəfindən ittiham edilmiş
163
4:1). Məsihçi Müqəddəs Ruhu kədərləndirə bilər (Efes. 4:30) və
hətta Müqəddəs Ruhu söndürə bilər (1 Salonik. 5:19) – amma
bunların heç biri bağışlanmaz günah deyil.
11
Aldanma təhlükəsi
Mən bazar günü axşam toplantıda nitqimi yenicə qurtarmışdım
ki, dostum mənə bir məktub verdi: «Mən bu gün məbədə bir
ailə gətirmişəm. Zəhmət olmazsa, çıxıb getməzdən əvvəl onlarla
görüşə bilərsinizmi?» Mən həftə boyu nitq söyləməkdən həddən
artıq yorğun bir halda idim və toplantıdan sonra mənimlə danış-
maq istəyənlər üçün ən azı bir saatım var idi. Buna baxmayaraq,
«əgər mən qurtarana qədər gözləyə bilərlərsə, onlarla görüşərəm»
— deyə, mən razılaşdım.
Məndən xəbərsiz, dostum 26 yaşlı Əlisi və ailəsini könülsüz
olaraq toplantıya gəlməyə bir növ məcbur etmişdi. Onlar məsihçi
idilər, amma onlarla oturub söhbət edən kimi problemlərinin ol-
duğu mənə məlum oldu. Əlis mənim həyatda bu vaxta qədər
gördüyüm ən acınacaqlı vəziyyətdə olan cavan bir qadın idi. O,
təhlükəli dərəcədə arıq idi. O, üç gün əvvəl işini itirmişdi və onun
ifadəli baxışları həyatı üçün olan bütün ümidlərini itirdiyini ifadə
edirdi.
Əlisin atası mənə dedi ki, qızı yeniyetmə dövrlərində aybaşıdan
qabaq baş verən hormonal dəyişikliklər nəticəsində bir qrup simp-
tomlardan əzab çəkib və reseptlə verilən ağrıkəsici dərmanlara
öyrəşib. O, çox istedadlı qız idi və bir çox sahələrdə sadiq məsihçi
idi, lakin o, eləcə də reseptlə verilən dərmanların qanunsuz
mənimsənilməsinə görə bir dəfə həbs edilmişdi. Onun atası qızı-
nın kədərli hekayəsini danışdıqca Əlis başı ilə işarə edərək, sanki:
«Bəli, bu mənəm və həyat mənasızdır» — deyirdi.
Aldanma təhlükəsi
165
Nəhayət, mən Əlisə tərəf döndüm, əllərindən tutub dedim:
«Mən istəyirəm ki, sən öz fikrincə kim olduğunu söyləyəsən».
«Mənim, sadəcə olaraq, bəxtim yoxdur» — deyə, o ağladı.
«Sən bəxtsiz deyilsən» — deyə, mən cavab verdim. «Sən
Allahın övladısan.» O özü haqqında mənfi fikirlərini yağdırmaqda
davam etdi və mən də mənfi düşüncələrini onun Məsihdə kimliyi
barəsindəki xoş xəbərlə qarşılaşdırmaqda davam etdim. Çox vaxt
itirdik və mən yoruldum, amma mən danışdıqca Əlisə xidmət edən
Məsihin hüzurunu hiss edirdim. Mən onu ruhlandırdım ki, bütün
mənfi düşüncələrinin həqiqi təbiətini və mənbəyini göstərməyi
Rəbdən xahiş etsin.
Dua edib qurtardıqdan sonra o dedi: «Siz demək istəyirsiniz
ki, özüm barəsində olan bu mənfi düşüncələr şeytanın yalanından
başqa bir şey deyil?»
«Əlis, bu doğrudur» — deyə, mən razılıqla başımı yırğaladım.
«Sən aldadıcı ruhlara qulaq asırsan. Sən həmin yalanlara inan-
maya bilərsən. Sən Məsihdə kimliyini aşkar edəndə və hər bir
düşüncəni əsir edərək Məsihə itaət etdirməyi öyrənəndə şeytanın
yalanlarının əsarətindən azad olacaqsan.»
İki həftədən sonra Əlis San Dieqonun yaxınlığındakı Culian
Mərkəzində keçirilən 12 həftəlik ruhani artım haqqında olan geniş
kursa yazıldı. Kursun sonuna qədər Əlis yalanlar atası tərəfindən
aldanmağın əvəzinə, həqiqətə inanmaqda təşəbbüsü öz əlinə alma-
ğı öyrənmişdi. O, yeni işə daxil oldu və 12 kiloya yaxın çəkisini
artırdı. Bu gün o azaddır.
Ş
eytanın ən çox istifadə etdiyi strategiyası
Əgər mən sizi nəyəsə sövq etsəm, siz bunu biləcəksiniz. Əgər
sizi ittiham etsəm, siz bunu biləcəksiniz. Amma sizi aldatsam, siz
bunu bilməyəcəksiniz. Əgər aldandığınızı bilsəniz, onda siz artıq
aldanmayacaqsınız. Həvva aldandı və yalana inandı. Başlanğıc-
dan bəri yalan şeytanın ilkin strategiyası olub. Bu səbəbdən də
həqiqət bizi azad edir və İsa bizim üçün belə dua edir: «Onları
Dostları ilə paylaş: |