Aldanma
təhlükəsi
179
ya meyillərindən əziyyət çəkmisən?» deməklə yoxlayıram. Əgər
mənim bu hissim məsləhətə gələn adamda Müqəddəs Ruhun onda
vicdanı narahat edən işi ilə uyğunlaşırsa, problem, adətən, üzə
çıxır və həll edilir.
Şeytan, eləcə də, bəzilərinin Allahdan verilmiş ruhani du-
yumları olduğunu düşünmələrinə gətirib çıxararaq, ayırdetmə
qabiliyyətini saxtalaşdıra bilər. Mənim yanıma məsləhətə gələn
universitet tələbəsi Lana, şeytanın verdiyi ayırdetmə ilə aldan-
mışdı. O, məsləhətçinin yanına gedirdi, çünki çox narahat idi. O,
mənim yanıma gələndə danışırdı ki, universitetimizin ətrafında
gəzərək narkotik maddələr və seks ilə problemləri olan tələbələri
göstərə bilər. Onun heç bir faktı və ya təsdiqlənmiş sübutu yox
idi; o, sadəcə «bilirdi». Mənim fikrimcə, o, düz deyirdi. Lana
fikirləşirdi ki, onda Allahın qeyri-adi ənamı var. O, mənə dedi
ki, hətta məsləhətçinin sonra nə edəcəyini və ya nə deyəcəyini
deməklə onunla əqli oyunlar oynayırdı.
O, bunları mənə danışanda onun ruhunda nəyinsə səhv olduğu-
nu bildim. «Lana, sən insanlar haqqında bu şeyləri bilməyi xoşla-
yırsan, elə deyilmi?» — deyə, mən ondan soruşdum. Mən yalançı
ruhu ifşa edən anda həmin ruh özünü otağımda göstərdi. Nəhayət,
o, Məsihdə azadlıq tapanda artıq onun başqalarının günahlarını
bilmək «qabiliyyəti» yox idi. Lananın ağlı o qədər sakitləşdi ki,
indi o, neçə illər ağlını qarışdırmış «yoldaşlar»ının səsi olmadan
yaşamağı öyrənməli idi.
Müqəddəs Ruh məsihçi aləmində hərəkət etdiyi kimi, murdar
ruhlar da şeytani aləmdə hərəkət edirlər. Siz heç kiminsə bir söz
deməzdən əvvəl məsihçi olduğunu «bilmisinizmi»? Heç hiss etmi-
sinizmi ki, sizdə olan ruh başqa imanlılarda da var? Burada sehrli
heç bir şey yoxdur; bu, sadəcə, Müqəddəs Ruhun hüzurunun sizin
ruhunuza etdiyi şəhadətliyidir. Başqa vaxtlarda Müqəddəs Ruh
sizə xəbərdarlıq edir ki, digər insanı idarə edən ruh Müqəddəs
Ruh deyil.
Əgər biz məbədlərimizdə və evlərimizdə ruhani baxımdan daha
ayıq olmağı öyrənsək, Allah bizi bir çox bədbəxtliklərdən sax-
laya bilər. Qərb dünyasında bizim məntiqi fikirləşmək tərzimiz