Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə56/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   82

184
Buxovları qıran
hüquqları  yoxdur.  Amma  o,  işğalçı,  zorla  soxulan,  düşmən  kimi 
gəlir. Ciddi və uzun müddət yaşayan günah vasitəsilə qapı açılıb-
sa, o gələcək.» Şeytan sizə heç vaxt sahib ola bilməyəcəyini bilir. 
Amma hər hansı yolla həyatınızın idarəçiliyini ona təslim etməklə 
sizi aldada bilsə, o, sizin artımınıza mane ola bilər və Məsih üçün 
şəhadətliyinizi dağıda bilər. 
M
ünaqişədə olan padşahlıqlar
İmanlıların bizim müzakirə etdiyimiz ruhani təhlükəyə məruz 
qalmadıqlarını söyləyənlər, adətən, murdar ruhun Müqəddəs Ruh-
la birlikdə mövcud ola bilmədiyini bəyan edirlər. Bir neçə səbəb 
var  ki,  bunun  doğru  olmadığına  inanmıram.  Birinci,  şeytan  bu 
dünyanın  allahıdır  və  «havada  olan  hakimiyyətin…hökmdarı-
dır» (Efes. 2:2). Ona görə də şeytan və onun cinləri bu dünya-
nın  atmosferindədirlər,  amma  eləcə  də  hər  yerdə  mövcud  olan 
Müqəddəs Ruh oradadır – bu da o deməkdir ki, bəzən onlar bir 
yerdə  mövcud  olurlar.  İkincisi,  şeytan  indi  göylərdəki  Atamızın 
yanına keçə bilir, yəni o və Ata birlikdə mövcud olurlar – hansısa 
bir müddətdə — bir yerdə yaşayırlar. Üçüncüsü, Müqəddəs Ruh 
ruhumuzla bir yerdə yaşayaraq ittifaqdadır və əlbəttə, biz öz in-
san ruhumuzu kamil hesab etmirik. Dördüncüsü, məkanla əlaqəli 
əsaslar ruhani aləmə aid edilmir. Ruhlar üçün heç bir təbii maneə 
və ya fiziki hüdud yoxdur. Bu səbəbdən də biz məbəd binasının 
sığınacaq olduğunu düşünməməliyik. Bizim yeganə sığınacağımız 
hansısa  fiziki  binada  deyil,  «Məsihdədir».  Beşincisi,  əgər  insan 
aldadıcı  ruha  qulaq  asırsa,  bu,  yalnız  zahiri  ola  bilməz.  Döyüş 
ağılda gedir. Əgər murdar ruh və Müqəddəs Ruh eyni vaxtda və 
eyni mühitdə hərəkət edə bilməsə, onda ayıq olmağa və Allahın 
zirehlərini geyinməyə ehtiyac yoxdur. 
«Cinə tutulmuş» termini məbəddə həm də ziddiyyət yaratmış-
dır.  Problem  əslində  yunan  mətnində  mövcud  olmayan  «tutul-
muş» sözünün ətrafında yaranır. «Cinə tutulmuş» ifadəsi – dai-


Özünü idarə etməniitirmək təhlükəsi  
185
monizomai (fel) və ya daimonizomenos (ədat) yunan sözünün 
tərcüməsidir (Matta 4:24; 9:32; 15:22; Mark 5:15). Cinə tutulma 
bir və ya daha çox cinlərin nəzarəti altına düşmək deməkdir. Bu 
termin heç vaxt məktublarda qarşıya çıxmır, ona görə də məbəd 
əsrində  bunun  necə  istifadə  edildiyini  bilmək  üçün  bizim  dəqiq 
bir üsulumuz yoxdur. Mən inanıram ki, hər bir imanlı Müqəddəs 
Ruha  tutulub.  Bununla  mən  demək  istəyirəm  ki,  bizi  heç  vaxt 
buraxmayan və tərk etməyən Müqəddəs Ruh bizdə yaşayır. 
Müjdələrdə olan başqa yunan ifadəsi echein daimonion-dur, bu-
nun mənası «cinə malik olmaq» deməkdir. Dini rəhbərlər Vəftizçi 
Yəhyanı  və  İsanı  cinə  tutulmaqda  ittiham  edəndə  bu  ifadədən 
istifadə etmişdilər (Luka 7:33; Yəhya 7:20). 
Şeytan  və  cinlər  imanlılara  müxtəlif  dərəcələrdə  təsir  edir. 
Şeytanın  allah  olduğu  dünyada  yaşadığımıza  görə  günaha  sövq 
olunma, aldanma və ittiham olunma imkanı həmişə var. Əgər siz 
onun  hiylələrinə  yol  versəniz,  siz  aldanma  dərəcəsinə  qədər  öz 
nəzarətinizi itirə bilərsiniz (İmanlıların şeytanın təsirlərinə necə 
məruz qalması barəsində daha ətraflı öyrənmək üçün Dr. Klinton 
Arnoldun «Baker Books» tərəfindən nəşr edilmiş «Three Crucial 
Questions About Spiritual Warfare» – «Ruhani döyüş haqqın-
da üç əsas sual» adlı kitabını oxumağı tövsiyə edirəm). 
«Released  from  Bondage»  –  «Əsarətdən  azadlıq»  (Tomas 
Nelson)  adlı  kitabımda  zərərçəkənin  baxışlarından  götürülmüş 
bir  neçə  konkret  vəziyyətin  tədqiqi  var.  Onların  problemləri  ni-
zamsız  qidalanmadan  tutmuş  cinsi  zorakılıq  və  narkomaniyaya 
qədər müxtəliflikdə idi. Bütün zərərçəkənlər düşüncə tərzlərindən 
əziyyət  çəkiblər  və  üzdə  olan  problemə  baxmayaraq,  seksin 
həmişə  problem  olduğu  görünür.  Onlar  hamısı  məsihçi  olduqla-
rını bildirirdilər və onlardan ikisi bütün vaxtı məsihçi xidməti ilə 
məşğul  idi.  Mən  məsihçi  cəmiyyətinin  bu  hekayələri  eşitməsi 
üçün kitabı yazdım, çünki bir çox imanlılar bu qiymətli insanların 
yanından sadəcə onlara imansız kimi baxaraq ötüb keçirlər, bu da 
onlara zərrə qədər də olsun kömək etmir. 


186
Buxovları qıran
Müqəddəslər əsarətdə 
Məsihçilərin  cinlərin  təsirlərinə  necə  məruz  qalmalarını  başa 
düşmələri vacibdir ki, onlar qarşılaşdıqları hər bir vəziyyət üçün 
Müqəddəs Kitaba uyğun münasib cavab tapa bilsinlər. Paul deyir 
ki, biz şeytanın niyyətlərindən xəbərsiz deyilik (2 Kor. 2:11) və 
bunlardan  xəbərdar  olmalıyıq.  Bu  təhlükəni  anlamayan  insanlar 
problemlərinə görə yəqin ki, özlərini və ya Allahı günahlandıracaq-
lar. Əgər biz özümüzü günahlandırsaq, biz ümidsiz olacağıq, çünki 
biz etdiyimizi dayandırmaq üçün heç bir şey edə bilmərik. Əgər 
biz  Allahı  günahlandırsaq,  xeyirxah  Atamıza  etibarımız  itəcək. 
Hər  iki  halda  Kəlamın  vəd  etdiyi  qələbəni  bizim  qazanmaq  im-
kanımız olmayacaq. Bundan başqa, Qərb dünyasının məbədində 
şeytanın bütün fəaliyyətlərini bədənə aid edən bir meyil var. Bu, 
eləcə də, ruhani münaqişələrin həllində bizi cavabsız qoyur. Şey-
tanın imanlılar üçün nə qədər dağıdıcı olduğunu göstərən Kəlamın 
ayələri aşağıda verilir: 
Luka 13:10-17. İsa sinaqoqda təlim keçərkən «orada on səkkiz 
il  daxilində  xəstəlik  ruhu  olan  beli  bükülmüş  bir  qadın  var  idi. 
O, belini heç düzəldə bilmirdi» (11-ci ayə). 16-cı ayə bildirir ki, 
qadının xəstəliyinə şeytani əsarət səbəb olub. Bu qadın imansız 
deyildi.  O,  ruhani  problemi  olan,  Allahdan  qorxan,  iman  qadını 
«İbrahimin qızı» idi (16-cı ayə). İsa onu əsarətdən azad edən kimi 
onun fiziki problemi həll olundu. 
Sinaqoqun  içində  olmaqla  bu  qadının  şeytani  hökmranlıqdan 
müdafiə olunmadığına diqqət yetirin. Nə sinaqoqun divarları, nə 
də məbədin divarları şeytani təsirdən sığınacaq təmin etmir. Qəbul 
edildiyi kimi bu hadisə çarmıxdan əvvəl baş vermişdi. Amma bu 
göstərir ki, cinlər fiziki olaraq imanlılara təsir edə bilər. 
Luka 22:31-34. Həvari Peter həyatında nəzarəti itirən imanlı-
nın nümunəsidir. İsa ona dedi: «Şimon, Şimon! Şeytan sizi buğda 
kimi xəlbirdən keçirməyə icazə istədi» (31-ci ayə). Şeytanın belə 
tələb  etməyə  nə  haqqı  var?  Belə  görünür  ki,  Peter  həvarilərlə 
kimin böyük olacağı barəsində müzakirə edərkən qürur vasitəsilə 
şeytana  dayaq  nöqtəsi  vermişdi  (22:24).  Peterin  ürəyinin  istəyi 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə