Məsihdə azadlıq addımları
223
incidən insanlara qarşı lütf və bağışlamanı tətbiq etməkdə davam
edərək günaha qarşı dayanın. Əgər sizə sonrakı incikliklərdən özü-
nüzü qorumaq üçün ağıllı qərarlar çıxarmaqda kömək lazımdırsa,
etibarlı
bir dostunuz, məsləhətçiniz və ya pastorunuz ilə danışın.
Gözləməyin ki, sizin emosiyalarınız bağışlamağa razı
olacaq
. Onlar buna heç vaxt razı olmayacaq.
Onlar razı olmasa
da
bağışlamaq üçün çətin seçimi edin. Siz bağışlamağı seçəndən
sonra şeytan həmin sahədə üzərinizdə olan öz gücünü itirəcək və
Allahın şəfa verən gücü sizə toxuna biləcək. İndi əldə edəcəyiniz
bir şey azadlıqdır, ola bilsin ki, emosiyalarınızın dəyişilməsi üçün
bir az vaxt lazım olacaq.
İndi siz bağışlamaq üçün hazırsınız. Siyahınızda olan birinci
insandan başlayaraq, yadınıza düşən hər bir ağrılı xatirəyə görə
həmin insanı bağışlamağı seçin. Yada düşən bütün ağrıları bağış-
ladığınıza əmin olana qədər həmin şəxsdə dayanın. Sonra siyahını
eyni üsulla davam etdirin.
İnsanları bağışlamağa başladıqca Allah tamamilə unutduğunuz
ağrılı xatirələri sizin yadınıza sala bilər. Hətta bu, sizi incitsə
də, Onun bunu etməsinə icazə verin. Allah sizin azad olmağı-
nızı istəyir; bunun yeganə yolu həmin insanları bağışlamaqdır.
Sizi incidən şəxs sizə çox yaxın insan olsa da, onun davranışını
bəhanə etməyə çalışmayın.
«Rəbbim, xahiş edirəm, mənə bağışlamağa kömək et» deməyin.
O, artıq sizə kömək edir və bütün proses boyunca sizinlə olacaq.
«Rəbbim, mən…bağışlamaq istəyirəm» deməyin, çünki bu, bizim
etməli olduğumuz çətin seçimin yanından ötüb keçir. «Rəbbim,
mən…bağışlamağı
seçirəm» deyin.
Siyahıdakı istənilən insana görə olan hər bir ağrılı xatirə üçün
ucadan bu duanı edin:
Rəbbim, mən (insanın adı), (onların etdiklərinə
və ya etmədiklərinə) görə bağışlamağı seçirəm, çünki
buna görə mən (ağrılı hissləri bölüşün) hiss etdim.
224
Buxovları qıran
Yadınıza düşən bütün incikliklərə görə bir insanı bağışladıqdan
və hansı hisslər keçirdiyinizi səmimi şəkildə ifadə etdikdən son-
ra ucadan aşağıdakı duanı etməklə həmin insan üçün bağışlama
duasını bitirin:
Rəbbim, mən inciklikdən əl çəkməyi seçirəm.
Məni kinin əsarətindən azad etdiyinə görə Sənə
minnətdaram. Mən qisas almaq haqqımı kənara atıram
və Səndən zədələnmiş emosiyalarıma şəfa verməyini
xahiş edirəm. İndi məni incidənlərə xeyir-dua verməni
Səndən xahiş edirəm. İsanın adı ilə dua edirəm. Amin.
4
-cü addım: Üsyankarlığın
əvəzinə tabeçilik
Biz üsyankar bir əsrdə yaşayırıq. Bir çox insanlar qanunlara
və hökmranlıqlara yalnız onlar üçün münasib olanda tabe olurlar.
Hakimiyyətdə olanlara qarşı ümumi bir hörmətsizlik hissi var və
məsihçilər çox vaxt cəmiyyətin qalan üzvləri kimi tənqidi, üsyan-
kar ruhu qidalandırmaqda təqsirlidirlər. Əlbəttə, bizdən rəhbərlərin
Kəlama riayət etməyən siyasətləri ilə razılaşmaq tələb olunmur,
amma biz Peterin sözlərinə münasib tərzdə yaşamalıyıq: «Hamıya
hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, pad-
şaha hörmət edin» (1 Peter 2:17).
Üzərimizdə olan hakimiyyətin yalnız ürəyimiz istəyəni etməkdə
azadlığımızı oğurladığına inanmaq çox asandır. Həqiqət budur ki,
Allah onları bizim müdafiəmiz və azadlığımız üçün oraya qoyub.
Allaha və Onun qoyduğu hakimiyyətə qarşı üsyankarlıq etmək
çox ciddi bir günahdır, çünki bu günah şeytanın hücum etməsi
üçün geniş yol açır. Tabe olmaq yeganə həll yoludur. Amma Allah
tabeçiliyin sadəcə zahiri görünüşündən daha dərin şeyi tələb edir;
O istəyir ki, biz hakimiyyətdə olanlara səmimi qəlbdən tabe olaq.
Siz Allahın və Onun üzərinizdə təyin etdiyi insanların hakimiyyəti
altında dayananda şeytani hücumlar üçün bu təhlükəli girişi
özünüzdən uzaqlaşdırırsınız.