Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə65/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   61   62   63   64   65   66   67   68   ...   82

Məsihdə azadlıq addımları 
215
Mənə  qorxu  ilə  deyil,  imanla  addımlamaq  üçün 
verdiyin  azadlığa  görə  Sənə  minnətdaram.  İsanın 
qüdrətli adı ilə dua edirəm. Amin.
(2 Kor. 4:16-18; 5:7; 2 Timotey 1:7-ə baxın)
Aşağıdakı  siyahı  iblisin  sizi  imanla  addımlamaqdan  saxlamaq 
üçün istifadə etdiyi qorxuların bəzilərini tanımaqda kömək edəcək. 
Sizə  aid  olan  qorxunun  üzərinə  işarə  qoyun.  Allahın  Ruhunun 
yadınıza saldığı hər bir başqa qorxunu yazın. Sonra siyahının axı-
rında verilən inkar və rəddetmə duasından istifadə etməklə bir-bir 
həmin qorxuları ucadan söyləməklə inkar və rədd edin. 

Ölüm qorxusu

Şeytan qorxusu

Uğursuzluq qorxusu

İnsanlar tərəfindən rədd edilmə qorxusu

Bəyənilməmək qorxusu

Homoseksual olmaq qorxusu

Maliyyə problemləri qorxusu

Heç vaxt ailə qurmamaq qorxusu

Əziz adamın ölümünün qorxusu

Həyatım üçün heç bir çarənin olmayacağının qorxusu

Xilası itirmək qorxusu

Bağışlanmaz günah etməyin qorxusu

Allah tərəfindən sevilməmək qorxusu

Heç  vaxt  sevməmək  və  ya  başqaları  tərəfindən  sevilməmək 
qorxusu

Utancaqlıq qorxusu

Cinayətin qurbanı olmaq qorxusu

Ailə qurmaq qorxusu

Boşanmaq qorxusu

Dəli olmaq qorxusu

Ağrı/xəstəlik qorxusu

Gələcək qorxusu

Səhvinizi demək və onu eşitmək qorxusu


216
Buxovları qıran

Xüsusi şəxslərdən qorxu (bunun siyahısını tutun)

İndi ağıla gələn başqa qorxular:
Mən (qorxunun adı) inkar və rədd edirəm, çünki 
Allah mənə qorxu ruhu verməyib. Qorumağı və bütün 
ehtiyaclarımı ödəməyi mənə vəd edən Allaha iman ilə 
yaşamağı seçirəm. 
(Məzmur 27:1; Matta 6:33, 34;  
2 Timotey 1:7-ə baxın.)
Sizi idarə etməyə yol verdiyiniz bütün xüsusi qorxuları inkar və 
rədd etdikdən sonra aşağıdakı duanı edin: 
Əziz  göylərdə  olan  Atam,  etibarlı  olduğuna  görə 
Sənə  minnətdaram.  Hisslərim  və  vəziyyətlər  qorxu-
lu  olsa  da,  mən  Sənə  inanmağı  seçirəm.  Sən  mənə 
qorxmamağı demisən, çünki Sən mənimləsən; dəhşətə 
gəlməməyi söyləyirsən, çünki Sən mənim Allahımsan. 
Sən  məni  qüvvətləndirəcəksən,  kömək  edəcəksən  və 
Öz sadiq sağ əlinlə mənə dayaq olacaqsan. Mən bunu 
imanla Rəbbim İsanın adı ilə dua edirəm. Amin. 
(Yeşaya 41:10-a baxın.) 
(Rəbb qorxusunun hikmətin necə başlanğıcı olduğunu və baş-
qa bütün qorxuları qovan bir qorxunu başa düşmək üçün mənim 
Riç Miller ilə birlikdə yazdığım Harvest House tərəfindən nəşr 
edilmiş «Freedom from Fear» – «Qorxudan azadlıq» kitabımı 
oxuyun.)
İman Allah Kəlamının həqiqətinə əsaslanmalıdır 
«New  Age»  hərəkatı  nəyəsə  inanmaqla  onu  həqiqətə  çevirə 
bildiyimizi deməklə iman anlayışını təhrif edir. Xeyr, biz öz ağlı-
mız ilə həqiqəti yarada bilmərik; yalnız Allah bunu edə bilər. Biz 
həqiqəti yalnız ağlımız ilə qarşılaya bilərik. İman hisslərdən və ya 


Məsihdə azadlıq addımları 
217
vəziyyətlərdən asılı olmayaraq, Allahın dediklərinə iman etməyi 
və hərəkət etməyi seçməkdir. Amma nəyəsə inanmaq, onu doğru 
etmir. Bu doğrudur; ona görə də biz ona inanmağı seçirik. 
Sadəcə  «iman  etmək»  kifayət  deyil.  Başlıca  sual  sizin  iman 
etdiyinizin  etibarlı  olub-olmamasındadır.  Əgər  sizin  iman  etdi-
yiniz etibarlı deyilsə, nə qədər iman etsən də onun etibarsızlığı 
dəyişməyəcək.  Bu  səbəbdən  də  bizim  imanımız  möhkəm  daş 
olan  Allaha  və  Kəlamına  əsaslanmalıdır.  Bu,  məsuliyyətli  və 
bəhrəli həyat yaşamağın yeganə yoludur. Digər tərəfdən, əgər 
sizin iman etdiyiniz doğru deyilsə, onda həyat tərziniz düzgün 
olmayacaq. 
Neçə nəsildir ki, məsihçilər açıqcasına iman etdiklərini bəyan 
etməyin vacibliyini anlayıblar. Aşağıdakı «Həqiqət bəyanatları»nı 
ucadan  oxuyun,  dediyiniz  barəsində  düşünün.  Sizə  gündəlik  bir 
neçə həftə ağlınızı həqiqət ilə yeniləşdirmək və inandığınız yalan-
ları dəyişdirmək üçün bunu oxumaq faydalı olar. 
Həqiqət bəyanatları 
1.  Mən dərk edirəm ki, Ata, Oğul və Müqəddəs Ruh kimi möv-
cud olan yalnız bir həqiqi və diri Allah var. Onun hər bir 
şeyi yaratdığı və hər bir şeyin Onda bərqərar olduğu üçün 
O, bütün hörmətə, izzətə, şərəfə layiqdir (Çıxış 20:2, 3; Ko-
los. 1:16, 17-yə baxın.).
2.  Mən dərk edirəm ki, İsa — Məsihdir, bəşər olmuş və bizim 
aramızda məskən salmış Kəlamdır. Mən inanıram ki, O, ib-
lisin əməllərini puça çıxarmaq üçün gəlib, başçı və hakimləri 
tərk-silah edib və onlara qələbə çalaraq aləmdə rüsvay edib 
(Yəhya 1:1, 14; Kolos. 2:15; 1 Yəhya 3:8-ə baxın.).
3.  Mən  inanıram  ki,  Allah  öz  sevgisini  mən  hələ  günahkar 
ikən  Məsihin  mənim  uğrumda  ölməsi  ilə  sübut  edib.  Mən 
inanıram  ki,  O,  məni  zülmət  hakimiyyətindən  xilas  edib 
Öz padşahlığına köçürtdü, Onda verilən satınalınmaya – 
günahlarımın  bağışlanmasına  malikəm  (Roma.  5:8;  Kolos. 
1:13, 14-ə baxın.). 


218
Buxovları qıran
4.  Mən  inanıram  ki,  indi  Allahın  övladıyam  və  bununla  da 
mən  səmada  Məsihlə  birlikdə  oturmuşam.  Mən  inanıram 
ki, iman vasitəsilə Allahın lütfü ilə xilas olmuşam və bu, 
mənim  tərəfimdən  edilən  heç  bir  əməlin  nəticəsi  deyil, 
hədiyyədir (Efes. 2:6, 8, 9; 1 Yəhya 3:1-3-ə baxın.).
5.  Mən  Rəbdə  və  Onun  böyük  qüvvəsində  möhkəm  olmağı 
seçirəm.  Mən  cismani  şeylərə  güvənmirəm,  çünki  döyüş 
silahlarımız  cisimdən  düzəldilən  silahlar  deyil,  qalaları 
dağıdan ilahi qüvvəyə malik silahlardır. Mən Allahın ver-
diyi  bütün  zireh  və  silahlara  bürünürəm.  Mən  imanımda 
möhkəm qalmağı və şeytana qarşı durmağı qərara alıram 
(2 Kor. 10:4; Efes. 6:10-20; Filip. 3:3-ə baxın.). 
6.  Mən inanıram ki, Məsihsiz heç bir şey edə bilmərəm, ona 
görə  də  Ondan  tamamilə  asılı  olduğumu  bəyan  edirəm. 
Mən  çoxlu  bəhrə  gətirmək  və  Atamı  izzətləndirmək  üçün 
Məsihdə  qalmağı  seçirəm.  Mən  İsanın  Rəbbim  olduğunu 
şeytana elan edirəm. Mən şeytanın həyatımda olan bütün 
saxta ənamlarını və hədiyyələrini rədd edirəm (Yəhya 15:5, 
8; 1 Kor. 12:3-ə baxın.). 
7.  Mən inanıram ki, həqiqət məni azad edəcək və həqiqət İsa-
dır.  Əgər  O,  məni  azad  edirsə,  mən  həqiqətən  azad  olu-
ram. Mən dərk edirəm ki, nurda gəzmək mənim Allah və 
insan ilə həqiqi şərikliyim üçün yeganə yoldur. Ona görə 
də mən hər bir düşüncəni əsir edib Məsihə itaət etdirərək 
şeytanın aldatmasına qarşı dayanıram. Mən bəyan edirəm 
ki, həqiqət və həyat üçün Müqəddəs Kitab yeganə etibarlı 
mənbədir (Yəhya 8:32, 36; 14:6; 2 Kor. 10:5; 2 Timotey 3:15-
17; 1 Yəhya 1:3-7-yə baxın.). 
8.  Mən  bədənimi  Allaha  diri  və  müqəddəs  qurban  kimi  və 
bədənimin üzvlərini isə salehliyin alətləri kimi təqdim etməyi 
seçirəm. Mən Allahın yaxşı, razı salan və kamil iradəsini 
ayırd etmək üçün ağlımı Allahın Kəlamı ilə yeniləşdirməyi 
seçirəm.  Mən  köhnə  mənliyimi  və  onun  şər  əməllərini 
üzərimdən çıxarıram və yeni mənliyə bürünürəm. Mən özü-


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə