244
Buxovları qıran
rik Allah yalnız Sənsən. Sən xeyirxahsan və həmişə
sevənsən. Mən Səni sevirəm, Məsihlə birləşdiyimə və
Onda ruhani sağ olduğuma görə Sənə minnətdaram.
Mən dünyanı və onda olan şeyləri sevməməyi qərara
gəlirəm, cismani təbiəti və onun bütün ehtiraslarını
çarmıxa çəkirəm.
İndi Məsihdə olan həyatıma görə Sənə minnətdaram.
Günaha «yox», Sənə isə «bəli» deyə bilmək üçün məni
Müqəddəs Ruhun ilə doldur. Mən bütünlüklə Səndən
asılı olduğumu bəyan edirəm, şeytana və bütün yalan-
larına qarşı dururam. Hisslərimin mənə dediklərinə
baxmayaraq, Allah Kəlamının həqiqətinə inanmağa
qərar verirəm. Mən ruhdan düşməyəcəyəm; Sən bütün
ümid mənbəyi olan Allahsan. Sənin üçün heç bir şey
çətin deyil. Mən arxayınam ki, Sənin Kəlamına uy-
ğun tərzdə yaşamağa çalışdıqca bütün ehtiyaclarımı
ödəyəcəksən. Məni möhkəmləndirən Məsih vasitəsilə
hər şəraitdə razı qala bildiyimə və məsuliyyətli həyat
yaşa bildiyimə görə Sənə minnətdaram.
Mən indi şeytana qarşı dayanıram, ona və bü-
tün murdar ruhlarına məndən uzaqlaşmağı əmr
edirəm. Mən Allahın verdiyi bütün zireh və silah-
lara bürünməyə qərar verirəm ki, şeytanın bütün
hiylələrinə qarşı dayana bilim. Mən öz bədənimi diri
və müqəddəs qurban kimi Allaha təqdim edirəm və
Allahın diri Kəlamı ilə ağlımın yeniləşməsinə qərar
verirəm. Belə etməklə mənim üçün Allahın iradəsinin
yaxşı, razı salan və kamil olduğunu təsdiqləyə
biləcəyəm. Rəbbim və Xilaskarım İsa Məsihin adlı ilə
dua edirəm. Amin.
Yatmazdan qabaq dua
Rəbbim, Sənə minnətdaram ki, məni Öz ailənə
gətirmisən və mənə səmadakı hər cür ruhani nemətlə
İsa Məsihdə xeyir-dua vermisən. Yuxu vasitəsilə bu
Məsihdə azadlıq addımları
245
yeniləşmə və təravətlənməyə görə Sənə minnətdaram.
Mən bunu övladların üçün olan xeyir-dualardan biri
kimi qəbul edirəm, yatarkən ağlımı və bədənimi qoru-
mağı Sənə etibar edirəm.
Gün ərzində Sənin və həqiqətin haqqında
fikirləşdiyim kimi, yatarkən də həmin yaxşı
düşüncələrin ağlımda davam etməsinə qərar verirəm.
Yatarkən mənə hücum etmək istəyən şeytanın və
cinlərinin hər bir cəhdinə qarşı müdafiə üçün özümü
Sənə tapşırıram. Vahiməli yuxulardan ağlımı qoru.
Mən bütün qorxuları inkar və rədd edirəm, eləcə də
bütün qayğı yükümü Rəbbim, Sənə ötürürəm. Səni qa-
yam, sığınacağım və möhkəm qalam kimi qəbul edərək
özümü Sənə tapşırıram. Qoy Sənin sülhün indi bu
istirahət yerinə gəlsin. Rəbb İsa Məsihin güclü adı ilə
dua edirəm. Amin.
Evi/mənzili/otağı pak etmək üçün dua
Yanlış ibadətin bütün əşyalarını çıxardıqdan və dağıtdıqdan son-
ra lazım gələrsə, hər bir otaqda bu duanı ucadan edin:
Göylərdə olan Atam, mən Sənin göyün və ye-
rin Rəbbi olduğunu bəyan edirəm. Öz ali gücündə
və sevgində həzz almaq üçün bütün şeyləri mənə
vermisən. Yaşamaq üçün bu yeri mənə verdiyinə görə
çox sağ ol. Mən evimi özüm və ailəm üçün ruhani
təhlükəsiz bir yer kimi bəyan edirəm və düşmənin
bütün hücumlarından müdafiə etməyi Səndən xahiş
edirəm. Mən dirilmiş və göylərdə Məsihlə birgə otur-
muş Allahın övladı kimi keçmişdə və ya hal-hazırda
yaşayanların, eləcə də mənim fəaliyyətlərimə görə
bu evdə özü üçün yer istəyən hər bir şər ruha çıxıb
getməyi və bir daha geri qayıtmamağı əmr edirəm.
Mən bu yerə qarşı edilmiş bütün lənətləri və caduları
inkar və rədd edirəm. Göylərdə olan Atam, Səndən
246
Buxovları qıran
xahiş edirəm ki, düşmənin içəri girib mənim və ailəm
üçün Sənin məqsədlərini pozmaq cəhdlərindən qoru-
mağa görə öz müqəddəs döyüşkən mələklərini bu ye-
rin ətrafına gözətçi kimi qoyasan. Rəbbim, bunu Rəbb
İsa Məsihin adı ilə etdiyinə görə Sənə minnətdaram.
Amin.
Qeyri-məsihçi mühitində yaşamaq üçün dua
Yanlış ibadətin bütün əşyalarını çıxardıqdan və dağıtdıqdan son-
ra yaşadığınız yerdə bu duanı ucadan edin:
Göylərdə olan Atam, yaşamağa və yatmaq vasitəsilə
yeniləşməyə görə yer verdiyin üçün çox sağ ol. Mənim
üçün otağımı (və ya bu otağın bir hissəsini) ruha-
ni təhlükəsiz bir yer kimi ayırmağını Səndən xahiş
edirəm. Mən başqa sakinlər tərəfindən yalançı allah-
lara və ya ruhlara verilən sadiqliyi inkar və rədd
edirəm. Mən keçmişdə və hal-hazırda bu otaqda
yaşayanların, mən də daxil olmaqla fəaliyyətlərinə
əsaslanmış şeytanın bütün iddialarını inkar və rədd
edirəm. Allahın övladı olduğuma, eləcə də göydə
və yerdə bütün səlahiyyətlərə malik olan Məsih ilə
həmvaris olduğuma əsasən şər ruhlara bu yeri tərk
etmələrini və bir daha qayıtmamalarını əmr edirəm.
Göylərdə olan Atam, Səndən xahiş edirəm ki, bura-
da yaşadığım müddətdə məni qorumaq üçün müqəddəs
döyüşkən mələklərini göndərəsən. İsanın qüdrətli adı
ilə dua edirəm. Amin.
Həqiqətdə gəzməkdə davam edin, belə ki kimliyiniz və
dəyəriniz Məsihdə kim olduğunuzdan irəli gəlir. Ağlınızı həqiqət
ilə yeniləşdirin, belə ki sizin qəbul edilməniz, təhlükəsizliyiniz
və əhəmiyyətiniz yalnız Məsihdədir.
Biz sizə məsləhət görürük ki, siz aşağıdakı həqiqətlər üzərində
gündəlik fikirləşəsiniz, növbəti həftələr ərzində səhər və axşam
Dostları ilə paylaş: |