Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
255
belə yol göstərmişdir (Matta 19:16, 17). Çarmıxdan əvvəl qanun
altında olarkən Allahın seçilmiş xalqı Allaha olan imanlarını qa-
nuna əsasən yaşamaqla nümayiş etdirmişdilər. Amma çarmıxdan
sonra lütf altında olarkən siz belə insana müjdəni bəyan etmək
istərdiniz. Aydındır ki, bizim müjdəçiliyə yanaşmağımız Pente-
kost günündən sonra dəyişilib, beləcə də ruhani münaqişələri həll
etməyimiz dəyişilib.
Həvarilərin İşləri kitabı çarmıx ilə Müqəddəs Yazıların bir
yerə yığılması arasında keçid dövrünün tarixi bir yazısıdır. Bu
vacib kitabdan nə qədər metodologiya və teologiya götürməli
olduğumuz haqqında məsihçilər arasında bəzi fikir ayrılıqları var.
Bu səbəbdən də mən məsləhət görərdim ki, cinlərin qovulma-
sı barəsində metodologiya üçün yeganə əsas kimi Həvarilərin
İşlərindən nümunələr istifadə edərkən diqqətli olasınız. Nümunə
nəzəriyyədən sonra gəlir, ancaq əksər problemlər nəzəriyyəni
nümunədən yaratdığımız zaman yaranır. Lakin Həvarilərin İşləri
aydın göstərir ki, cinə tutulmuş insanlarla qarşılaşma çarmıx-
dan sonra davam edir və şər qüvvələr məbədin artımına hələ də
müqavimət göstərir. Amma bu tarix kitabı həmin qüvvələr ilə
mübarizədə son sözü demir.
2. Məktublarda cinləri qovmaq barəsində heç bir təlimatın
olmaması o demək deyil ki, məsihçilərin ruhani problemləri
ola bilməz. Bu, o deməkdir ki, Məsihdə azad yaşamaq üçün
məsuliyyət səlahiyyət verilmiş xüsusi şəxsdən fərdi imanlıya
keçib.
Qanun altında olan fərdi imanlının qaranlıq padşahlığı üzərində
səlahiyyəti yox idi. İndi Allahın lütfü ilə yenidən doğulmuş hər
bir imanlı göylərdə Məsihlə birlikdə oturub. İmanlılar üçün
azadlıq Məsihin artıq etdiyi işə, eləcə də tövbə və imanla Ona
şəxsən necə cavab vermələrinə əsaslanıb. Məsihdə azad yaşa-
maq və cinlərə qarşı durmaq barəsində bütün məktublar boyunca
təlimatlar var, amma başlıca məsuliyyət başqa şəxsin deyil, fərdi
imanlının üzərinə düşür. Mən nə sizin yerinizə tövbə, nə iman
edə bilərəm, nə də sizin üçün Allaha tabe olub şeytana qarşı dura
256
Buxovları qıran
bilərəm, amma həmin şeyləri etməkdə sizə kömək edə bilərəm.
Biz məsələyə bu mövqedən yanaşsaq, bir-birimizə necə kömək
etməyi öyrədən Timoteyə yazılmış məktubda çox dəqiq hissə var
(2 Timotey 2:24-26):
Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə
mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olma-
lıdır. Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir.
Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə,
onlar həqiqəti anlayar, ayıq ola bilərlər və istəyini yerinə
yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar.
Bu hissə aydın öyrədir ki, həqiqət insanları azad edir və
tövbəyə imkan verən isə Allahdır. Məsihçilikdə məsləhət vermə
öyrəndiyimiz texniki üsullardan daha böyük bir şeydir. Bu, Allah
ilə görüşdür. O, Ecazkar Məsləhətçidir. Yalnız Allah ürəyi sınmış
insanları sağalda bilər və əsirləri azad edə bilər. Amma Allah On-
dan asılı olan xidmətçiləri vasitəsilə işləyə bilər.
Əgər siz kimdənsə özünün iştirakı olmadan cin qovmaqda
uğur qazanmısınızsa, bəs siz çıxıb gedəndən sonra cini geriyə
qayıtmaqdan saxlayan nə olacaq? Həmin şəxs özü azadlığı üçün
məsuliyyəti üzərinə götürməsə, onun aqibəti yazıq adamınkı kimi
ola bilər, ondan bir murdar ruh çıxarılmışdı və həmin ruh özündən
də daha pis olan başqa yeddi ruhu gətirmişdi (Matta 12:43-45).
Mən ruhani təzyiqə məruz qalmışlara kömək etmək işində
çox az təlim keçən bir seminariyanı bitirmişdim. Ona görə də
mən ruhani təzyiqə məruz qalanlara kömək etmək üçün yaxşı
hazırlıqlı deyildim. Bildiyim yeganə metod cinləri çağırıb, adlarını
və dərəcələrini öyrənib qovmaq idi. Bu yanaşmada pastor və ya
məsləhətçi adamı azad edir və cindən məlumat əldə edirdi. Niyə
cinlərə inanaq? Onların hamısı yalançıdırlar. «Yalan söyləyəndə
öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır»
(Yəhya 8:44).
Məncə, məktublar fərqli bir mənzərəni təsvir edirlər. Birinci-
Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
257
si, azad edən Məsihdir və O, artıq gəlib. İkincisi, biz Allahın
Kəlamından və hər həqiqətə yol göstərən Müqəddəs Ruhdan
məlumat əldə etməliyik, çünki həmin həqiqət bizi azad edəcək.
Mən neçə illər kimdənsə cin qovmağa çalışmamışam. Amma
mən yüzlərlə insanlara şəxsi və ruhani münaqişələri əsl tövbə
və Allaha iman vasitəsilə yoluna qoymaqda kömək edərkən on-
ların Məsihdə azadlıq tapdıqlarını görmüşəm. Mən artıq cinlər
ilə birbaşa iş görmürəm və onlarla dialoq etmirəm. Heç mən
onlara məsləhət vermə görüşündə özlərini göstərməyə də im-
kan vermirəm. Mən yalnız insana Allaha tabe olmaq və şeytana
qarşı durmaq məsuliyyətini üzərinə götürməkdə kömək edirəm
(Yaqub 4:7).
Mən təcrübəmdən öyrənmişəm ki, əgər siz birinci Allaha tabe
olmadan şeytana qarşı durmağa çalışsanız, siz onunla döyüşə çı-
xacaqsınız. Digər tərəfdən, siz şeytana qarşı durmadan Allaha
təslim olaraq hələ də əsarətdə qala bilərsiniz. Faciə budur ki,
əksər reabilitasiya xidmətləri bunların heç birini etmir.
3. Cinə tutulmuş insanı azad etmək böyük qüvvə ilə toqquş-
ma deyil, həqiqətlə üzləşmədir.
Həqiqət insanları azad edir (Yəhya 8:32). Müqəddəs Kitabda
bizə gücü izləməyi öyrədən hansısa ayə yoxdur, çünki bir imanlı
kimi Məsihdə bizə gərək olan bütün gücə artıq malikik (Efes.
1:18, 19). Məsihçi həyatı üçün güc həqiqətdədir; şeytanın gücü
yalandadır. Şeytan istəmir ki, bir imanlı kimi Məsihdə gücünüzü
və səlahiyyətinizi biləsiniz, çünki onun gücü yalnız qaranlıqda
təsirə malikdir. Dünyada olan bütün qaranlıqlar bir şamın işığını
söndürə bilməz. Məsihçilər həqiqətin ardınca getməlidirlər, çün-
ki Onun iradəsini yerinə yetirmək üçün artıq onların gücü və
səlahiyyəti var. Biz şeytanla vuruşanda bizim səylərimizi təsirli
edən şey həqiqətdir, çünki onun başlıca strategiyası aldatmadır.
Şeytanın taktikaları qorxu yaratmaq üçün nəzərdə tutulub. Qorxu
imanlını idarə edəndə Müqəddəs Ruh onu idarə etmir və bu işdə
başda dayanan şeytan olur. Düşməndən qorxu və Allaha iman bir
Dostları ilə paylaş: |