262
Buxovları qıran
«Amma Ata Allahı sevmirsiniz, elə deyilmi?»
O, yalnız göz yaşları ilə cavab verə bildi. Onun göylərdə olan
Atası barəsində anlayışı yerdəki atasının siması tərəfindən təhrifə
uğramışdı. O, İsanın və Müqəddəs Ruhun həyatına fəal surətdə
daxil olduğunu dərk edirdi, amma ağlında isə Ata Allahı anası
tərəfindən şifahi tərzdə təhqir olunarkən yaxınlığında hərəkətsiz
və laqeyd bir şəkildə oturmuş dünyəvi atası kimi təsvir edirdi.
Emosional baxımdan o, diaqramın sol tərəfinin teoloji baxımdan
doğru olduğunu bilsə də, əslində sağ tərəfində idi. Mən ona Allahın
xasiyyətlərindən bəhs edən A.U. Tozerin kasetlər dəstini verdim.
O, kasetlərə üç dəfə qulaq asdı və heç bir təsir göstərmədi. Amma
münaqişələrini həll edəndən və Məsihdə azadlıq tapandan sonra
Müqəddəs Ruh onun ruhu ilə birgə şəhadət etdi ki, o, Atanın öv-
ladıdır və o, emosional baxımdan həqiqətdə dayandı.
Münaqişədə olan insanların da çox vaxt özləri barəsində yanlış
fikirləri var. Onların çoxu Məsihdə kim olduqlarını bilmirlər, heç
Allahın övladı olmağın nə demək olduğunu da başa düşmürlər.
Bunun nəticəsində onlar xilaslarına şübhə ilə yanaşırlar. Bir çox-
ları başqalarından fərqli olduqlarını düşünürlər – onların məsihçi
həyatları başqalarına kömək etdiyi kimi özlərinə kömək etmir.
Bəziləri ruhi xəstəlikdən qorxurlar və narahatçılıqla dolublar.
Demək olar ki, hamısı özlərini sevilməyən, dəyərsiz və rədd
edilmiş hiss edirlər. Onlar özünə hörməti yaxşılaşdırmaq üçün
düşündükləri hər bir şeyi ediblər, amma heç biri kömək etməyib.
Bəziləri problemin ruhani olduğundan şübhələnirlər, amma onlar
münaqişələri necə həll etməyi bilmirlər.
Stefani anoreksiyadan əzab çəkirdi. O, qidalanma pozğunlu-
ğundan əzab çəkənlər üçün olan xəstəxanada yatmışdı və çoxlu
məsləhətvermə görüşlərində iştirak etmişdi, amma çox az irəliləyiş
var idi. Tələbələrimdən biri ruhani problemdən şübhələnmiş və Ste-
fanini mənimlə görüşə gətirmişdi. İki məsləhətvermə görüşündən
sonra o, sıxıntıdan azad idi. Stefani Məsihdə aldığı azadlıq haqqın-
da məsləhətçisinə danışmaq üçün xəstəxanaya qayıtdı. Məsləhətçi
ona, sadəcə olaraq, müvəqqəti ruh yüksəkliyində olduğunu söylədi.
Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
263
Əgər belədirsə, Stefani hələ də bu ruh yüksəkliyində yaşayır, çün-
ki hal-hazırda müjdəçiliklə Rəbbə xidmət edərək o, Məsihdə olan
azadlığından həzz alır!
Nəhayət, münaqişədə olan insanlar çox vaxt iki padşahlıq haq-
qında təhrifə uğramış anlayışa malik olurlar. Onlar iki bərabər,
amma zidd qüvvələrə ilişdiklərini düşünürlər: bir tərəfdə «pis şey-
tan», o biri tərəfdə isə «yaxşı Allah» və «mən yazıq» ortalıqda ili-
şib qalmışam. Bu, əlbəttə, doğru deyil və əgər bunlara inanırlarsa,
belə insanlar məğlubiyyətdə yaşayırlar. Həqiqət budur ki, Allah
hər yerdə mövcuddur, hər şeyə qadirdir və hər şeyi bilir. Şey-
tan məğlub edilmiş düşməndir – və biz isə Məsihdəyik, Onunla
birlikdə göylərdə oturmuşuq.
3. Məsələni cinlərlə deyil, fərdlə həll edin
Bəzi insanlara Allah deyil, daha çox şeytan yaxın, gerçək və
güclü görünür. Belə insanlar, adətən, başlarında həqiqətə zidd
fikirlər eşidirlər. Onlar daim yalanlar ilə qarşılaşırlar; onlara de-
yilir ki, məsləhətvermə görüşündən çıxıb getsinlər; yaxud onlara
inciklik və ya utandırma ilə hədə-qorxu gəlirlər.
Məsləhətə gəlmiş çox hörmət etdiyim bir qadın qəfildən qapıya
doğru qaçdı. «Siz nə edirsiniz?» — deyə, mən ondan soruşdum.
«Sən mənim xətrimə dəyəcəksən» — deyə, o, qorxa-qorxa ca-
vab verdi.
Mən onu əmin etdim ki, eşitdikləri yalandır və o da yavaşca
stula oturdu.
Belə əqli toqquşmalar qeyri-adi bir şey deyil. Ona görə də
mən məsləhətə gəlmiş insanlara həmişə izah edirəm ki, ağıl
idarəetmə mərkəzidir. Əgər onlar ağıllarında idarəetməni əldən
buraxmasalar, onda biz məsləhətvermə görüşündə idarəetməni
itirməyəcəyik. Məni mənfi və ya ittiham edən düşüncələrin ya di-
vardan, ya öz xatirələrindən, ya da cəhənnəmin dibindən gəlməsi
maraqlandırmır. Yalnız bu düşüncələrə inandıqları halda onlar in-
sanları idarə edə bilər. İnsanların əqli idarəetməni əllərində saxla-
264
Buxovları qıran
maqlarına kömək məqsədilə ağıllarında nə baş verdiyini mənimlə
bölüşmələrini onlardan xahiş edirəm. Mən istəyirəm ki, onlar
həmin aldadıcı düşüncələri işığa çıxarsınlar. Yalanlar ifşa olunan
kimi iblisin gücü itir.
Bəzən insanlar iki səbəbə görə sizinlə bölüşmək istəməyəcəklər.
Birincisi, əgər insanlar onlara inanmayacağınızı hiss etsələr,
sizinlə bölüşməyəcəklər. Əgər məsləhətə gəlmiş şəxs səslər
eşidirsə, dünyəvi məsləhətçilər və bir çox məsihçi məsləhətçilər
bunları şeytani səslər hesab etməyəcəklər. Biz hamımız son-
ra nə baş verəcəyini bilirik. Ona psixoloji diaqnoz qoyulur və
müalicə məqsədilə resept yazılır. Bunu görən narahat insanlar
başlarına gələnləri məsləhətçilərlə bölüşəcəklər, amma daxildə
baş verənləri isə bölüşməyə heç səy göstərməyəcəklər. İkincisi,
bu səslər çox qorxuducu ola bilər. Həmin səslər onlara deyir ki,
məsləhətə gəlmiş insanları, məsləhətçiləri və onların ailələrini,
eləcə də dostlarını incidəcəklər.
Bu səbəbdən də siz məsləhət verdiyiniz insanların gözlərinə çox
diqqətlə fikir verməlisiniz. Əgər onların başları gicəllənirsə, donuq
baxışlarla baxırlarsa və ya otaqda ora-bura baxmağa başlayırlarsa,
dayanın və onlardan daxillərində nə baş verdiyini soruşun. Əgər
siz diqqət yetirməsəniz, məsləhətvermə görüşündə idarəetməni
itirə bilərsiniz. Mən insanların başında böyük bir mübarizənin get-
diyini görəndə bəzən onlara həyətdə gedib gəzişmələrini məsləhət
görürəm. Onların seçimləri var və öz iradələrini həyata keçirə
bilərlər, mən onların bunu bilməsini istəyirəm.
Öz emosiyalarını hər şeydən üstün tutan insanlar bir fi-
kir beyinlərinə girən kimi ona uyğun hərəkət edir. Onlar sanki
iradələri olmayan bir insan kimi yaşayırlar. Mən onlara deyirəm:
«Əgər sizə hansısa bir fikir gəlibsə, tez onu həyata keçirməyin.
Mənimlə onu bölüşün.» Bu, bəzi insanlara dönüş gətirir. Öz emo-
siyalarını hər şeydən üstün tutan insanlar kömək etmək üçün
ən çətin insanlardır, çünki onlar heç vaxt öz düşüncələri üçün
məsuliyyəti həqiqətən öz üzərlərinə götürmürlər.
Məsləhətvermə görüşündə idarəetməni əldə saxlamağa kömək
Dostları ilə paylaş: |