Məsihdə azadlıq tapmaları üçün başqalarına
kömək etmək
259
yanaşmaya, nə də psixoloji məsələləri və şəxsi məsuliyyəti nəzərə
almayan hansısa cini qovma xidmətinə çevrilsin. İkincisi, meto-
du başqalarına öyrətmək olar, çünki bu, qeyri-adi ənamlardan və
ya çağırışdan asılı deyil. Üçüncüsü, bu, uzunsürən nəticələr hasil
edir, çünki qərar çıxaran və şəxsi məsuliyyəti üzərinə götürən şəxs
pastor və ya məsləhətçi deyil, məsləhət almağa gəlmiş insandır.
B
aşqalarına azadlıq tapmalarında kömək etmək üçün
qaydalar
Həqiqətlə üzləşmə istənilən məsləhətvermə prosesində tələb
olunan həmin şəxsi bacarıqları tələb edir. Siz şəfqətli, mühakimə
etməyən və mehriban olmalısınız. Siz yaxşı dinləyici olmalısı-
nız və başqasının dərdinə şərik olmağı bacarmalısınız. Süleyman
xəbərdarlıq edirdi: «Eşitməzdən qabaq cavab vermək səfehlik və
rüsvayçılıqdır» (Sül. Məs. 18:13). Ona görə də, siz nəyisə həll
etməzdən əvvəl əhvalatı eşitməlisiniz. Əgər siz problemin nə oldu-
ğunu bilməsəniz, cavabın nə olduğunu tapa bilməzsiniz.
1. Daha ətraflı məlumat toplayın
Mümkünsə, kömək etdiyiniz şəxs birinci məsləhətvermə
görüşündən qabaq «Məxfi şəxsi sorğunu» (əlavəyə baxın) dol-
dursun. Biz məbədlərdə məsləhətçi sözünün əvəzinə «ruhlandı-
ran» və məsləhətvermə görüşü sözünün əvəzinə «azadlıq görüşü»
sözündən istifadə etməyi üstün tuturuq. Siz araşdırmanın üzünü
köçürə bilərsiniz və ya öz istifadəniz üçün dəyişdirə bilərsiniz.
Amma bir çox insanlar yazılı vərəqdə müəyyən məxfi məlumatları
yazmayacaqlar.
Birinci, insanın ailəsi haqqında qısaca məlumat əldə etməlisiniz.
Valideynlərinin və ya nənə-babalarının hansı dini məşğuliyyətləri
olub? Onlar okkult və ya saxta dinlə məşğul olublarmı? Evlərində
bir-biriləri ilə yola gediblərmi? Ailə tarixində boşanma və zina hal-
ları olubmu? Normal münasibətlər olmayan ailələr yanlış fikirlər
260
Buxovları qıran
Diaqram 14a
Sevən və qayğık
eş
Yaxşı
və mərhəmətli
Şərtsiz lütfk
ar
Həmişə yaxın və əlçatan
Yaxşı hədiyyələr verən
Bəsləyən və ruhlan
dır
an
Qəbul edən
Əd
alətli, in
saflı və
tərəfk
eşlik
etməyən
Mətanətli və etibarlı
Nifrətlə d
olu və laqeyd
Zalım və bağışlam
ayan
Şərti olar
aq bəyənən
Eh
tiyac vaxtın
da boyun
qaçır
an
Hər bir yaxşı
şeyi həya-
tım
dan götürüb apar
an
Tənqi
di və tələbk
ar
Rəd
d edən
Əd
alətsiz, in
safsız və
tərəfk
eşlik edən
Mətanətsiz və etibarsız
Allah haqqında həqiqət aşağı- dakıların süzgəcindən keçir:
1. Biliksizlik 2. Y
alançı
peyğəmbərlər və müəllimlər
3. Küfr d
olu əqli düşün
cələr
4. Erkən inkişaf dövrlərin
də
şəxslər
ar
ası
düzgün olm
a-
yan mün
asibətlər
5. Səlahiyyətli in
sanların,
xüsusilə vali
deynlərin
nüm
unəsi
Məsihdə azadlıq tapmaları üçün başqalarına kömək etmək
261
inkişaf etdirirlər. Məsələn, bir çox uşaqlar valideynlərinin boşan-
masına görə özlərini günahlandırırlar. Bəziləri evlərində baş ver-
miş olan hadisələrə görə illərlə valideynlərinə qarşı kin, qəzəb
hissi daşıyırlar.
Siz ailənizdə alkoqolizmə, narkomaniyaya və ya cinsi
əxlaqsızlığa aludəçilik hallarının olub-olmaması ilə maraqlanma-
lısınız. Ailənin tarixində ruhi xəstəlik olubmu? Hansı növ idman
və yemək vərdişləri ailənin xarakterik xüsusiyyətləridir? Evinizdə
düzgünlük necə qiymətlənirdi?
İnsanların hekayələrini dinləmək üçün onlardan uşaqlıq
və məktəb illərində keçirdikləri həyat təcrübələrini mənimlə
bölüşmələrini xahiş edirəm. Siz onların şəxsi və ailə tarixçələrini
dinləməklə hansısa bir şeyi həll etməyə çalışmırsınız. Burada
məqsəd onların başına gələnləri və düşüncə tərzlərinin niyə belə
olduğunu başa düşməkdir. Siz onları «addımlar»dan keçirdikcə giz-
li xırdalıqlar ortalığa çıxacaq və «Məxfi şəxsi sorğu» onların fiziki,
əqli, emosional və ruhani həyatları ilə əlaqədar vacib məlumatlar
verəcək.
2. Yanlış
fikirləri müəyyən edin
Ruhani münaqişədə ilişib qalmış bir çox insanlar Allah haqqında
təhrifə uğramış anlayışa malik olurlar. Diaqram 14a-da sol tərəfdə
verilmiş Allah haqqında həqiqi anlayışlar çoxlu sayda mənfi həyat
təcrübəsi tərəfindən təhrifə uğradığına görə, onlar Allah haqqında
yanlış anlayışlara çevrilmişdir.
Bir pastorun həyat yoldaşı mənə tələbkar anasının hökm sür-
düyü ciddi qaydalar olan ailəsi haqqında danışdı. Atası iradəsiz bir
adam idi, anası qızlarının üstünə qışqırarkən o, heç bir müdaxilə
etmirdi. Otuz dəqiqə olardı ki, biz söhbət edirdik və mən: «Siz
İsanı həqiqətən sevirsiniz, elə deyilmi?» — deyə, ondan soruş-
dum.
«Əlbəttə» — deyə, o cavab verdi.
«Siz, eləcə də, Müqəddəs Ruhu sevirsiniz.»
«Bəli, sevirəm.»