Məsihdə azadlıq tapmaları üçün başqalarına
kömək etmək
265
məqsədilə azadlıq addımları çox xüsusi olan dua və bəyanat ilə
başlayır. Əgər sizin kömək etdiyiniz insanlar Allaha olan ima-
nı bəyan ediblərsə, şeytan onlara toxuna bilməz, çünki onların
üzərində onun səlahiyyəti yoxdur.
Mən azadlıq görüşündə insana heç vaxt toxunmuram və sizi də
bu işdən çəkindirirəm. Bu, mənim üçün çətindir, çünki təbiətən
mən qucaqlamağı sevən adamam. Amma insan azad olana qədər
onda olan şeytani qüvvələr sizdə olan Müqəddəs Ruhdan qaç-
maq istəyəcəklər. Siz, adətən, cinə tutulmuş insana yaxınlaşa
bilməzsiniz. Bir qadının diqqətini mənə yönəltməsi üçün qoluna
toxunmuşdum və sonralar o, mənə dedi ki, sanki cinsi zorakılığa
məcbur edildiyini hiss edirdi.
Mən heç vaxt insanları fiziki olaraq tutub saxlamıram, çünki
bizim döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil (2 Kor.
10:3, 4). Əgər onlar mənim ofisimdən qaçıb gedirlərsə, mən
onlara icazə verirəm. Mən dua edib gözləyirəm və adətən, onlar
beş dəqiqənin içərisində geriyə qayıdırlar. Mən onların ağıllarını
məcbur etmirəm və ya idarə etmirəm. Onlar istəsələr qala bilərlər,
istəsələr gedə bilərlər.
Əgər sizin kömək etməyə çalışdığınız insan satanizmlə fəal
surətdə məşğul olubsa, böyük toqquşmaya hazır olun. 2-ci addım-
da şeytana ibadət etmiş insanlar üçün xüsusi inkar və rəddetmə
duaları var. Onların etdikləri hər bir şey məsihçiliyin tamamilə
əleyhinədir, çünki şeytan Məsihin əleyhdarıdır. Həmin inkar və
rəddetmə dualarını etmək bir neçə saat vaxt apara bilər. Şey-
tani ayinlər baxımından zorakılığa məruz qalmış zərərçəkənlər
üçün lazım olan azadlığı tapmaqda ruhani münaqişələri həll
etmək yeganə addım deyil. Paul deyir: «Allahdan qorxub kamil
müqəddəsliyə çataraq bizi cisimdə və ruhda murdarlayan hər
şeydən özümüzü təmizləyək» (2 Kor. 7:1). Onların Allah haq-
qında qırıq anlayışlarını və özlərinə verdikləri qiymətləndirməni
yenidən bərpa etmək vaxt, çoxlu sevgi, qəbul edilmə və başa
düşən məsihçi cəmiyyətinin dəstəyini tələb edir. Paul bu xidməti
2 Kor. 4:1-4-də yekunlaşdırır:
266
Buxovları qıran
Beləliklə, bizə verilən mərhəmətlə bu xidmətə təyin
olunduğumuz üçün ümidimizi itirmirik. Xəcalət gətirən
gizli yolları rədd etmişik. Hiylə işlətmirik, Allahın sözünü
təhrif etmirik, amma həqiqəti açıq elan etməklə Allahın
önündə, hər insanın vicdanı qarşısında özümüz barədə
zəmanət veririk. Əgər yaydığımız Müjdə qapalıdırsa, yal-
nız həlak olanlar üçün qapalıdır. Onları bu dövrün allahı
korazehin etdi ki, Allahın surəti olan Məsihin ehtişamlı
Müjdəsinin işığı imansızların üzərinə doğmasın.
4. Onlara azadlıq addımlarından
keçməkdə kömək edin
Neçə illər bundan əvvəl Allaha tabe olmağın və şeytana qarşı
durmağın o qədər də çətin bir iş olmadığına inanmışdım. Mən,
əlbəttə, inanıram ki, Allah bəzilərimizi ağıllı, bəzilərimizi isə
olduqca ağıllı yaradıb; amma inanmıram ki, Onun lütfü yalnız
olduqca ağıllılar üçündür, bu, hər birimiz üçündür. Özlərinin ol-
duqca ağıllı olduğunu düşünənlər məsihçi həyatının planını elə
sadə etməlidirlər ki, Allahın ən sadə varlığı belə onu anlaya bilsin
– düzdür, biz onu o qədər bəsit etməli deyilik ki, o, həqiqəti əks
etdirməsin.
Gəlin bunu belə düşünək. Fərz edək ki, labirintdə ümid-
siz bir halda itmisiniz. Labirint ustasının sizə labirintin bütün
mürəkkəbliklərini izah etməsini və ya labirintdə sağ qala bilmək
bacarıqlarını öyrətməsini istərdinizmi? Labirintdə itdiyinizə görə
sizi fərsiz adlandıran qanunpərəst vəzçini görmək istərdinizmi?
Xeyr – məncə, siz yolu, həqiqət və həyatı tanımaq istərdiniz.
Allaha aparan yollar bu qədər çoxsaylı ola bilməz! Günah etmək
üçün milyonlarla yollar var, amma bütün günahlara bir cavab var.
Siz minlərlə müxtəlif yollarla zorakılığa məruz qala bilərsiniz,
amma bunun nə cür baş verdiyinə baxmayaraq, öz xeyrinizə görə
sizə zorakılıq edəni bağışlamalısınız.
Eynilə də, sizi azad edəcək yalnız bir Nəfər – Məsih var. Azad-
lıq Addımları sizi azad etmir; o, sadəcə, səhv və ya düz istifadə