Namiq Abbasov, Rəhim Həsənov
~ ~
6
olaraq artıq fəlsəfənin bir elm kimi çoxdan bölündüyünü,
predmetinin isə artıq parçalandığını qeyd edir, bu haqda öz
fikirlərini irəli sürürlər.
Bu fikirlərlə ona görə razılaşmaq olmaz ki, heç bir di-
gər elmlər fəlsəfə kimi insan və dünya haqqında ən ümumi
fikir söyləyə bilməz. «Fəlsəfənin çoxsaylı tərifləri vardır ki,
onların əksəriyyəti bir-birinə ziddir. Lakin, o təriflərdə
ümumi cəhətlər də vardır ki, orada fəlsəfənin mahiyyəti
açılır. Bir sözlə fəlsəfə insan fikrinin yaranmasını, inkişafı-
nı göstərmişdir. Fəlsəfə orjinal xüsusiyyətlərə malikdir.»
(70, səh.11).
Qeyd etmək lazımdır ki, bir obyekt müxtəlif elmlər
tərəfindən öyrənilə bilər. Lakin, fəlsəfə ictimai şüurun
qədim formalarından biri olmaqla varlığın və idrakın ən
ümumi qanunauyğunluqların inikası olmaqla yanaşı eyni
zamanda həm də dünyagörüşü metodologiyasıdır. «Bilin-
diyi kimi ilk zamanda fəlsəfə içərisində yer alan elmlər
daha sonrakı zamanlarda xüsusilə elm sahələrində edilən
kəşflər, göstərilən nailiyyətlər və sürətli tərəqqi onu fəlsəfə
çatısı altından ayırmışdır.» (100, səh.15).
Dünyagörgörüşünün isə mahiyyət və məna tarixdə və
günümüzdə materializm və idealizm olması ilə iki qrupa
ayrılır. Bu bir-birinə zidd olan iki qrup arasında sanki ba-
rışdırıcı mövqe tutan fəlsəfi cərəyanlardan da biri peripa-
tetizm adlanır.
Mənşəyini «birinci müəllim» adlandırdıqları Aristotel-
dən götürən peripatetiklər fəlsəfə adlı bir elmin inkişafına
bir sıra parlaq dühaların yaradıcılıq fəaliyyətlərilə güclü
təkan vermişdirlər. Elladanın sonuncu nəhəng filosofu olan
Aristotelin davamçıları olan peripatetik filosofların içindən