Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə2/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 

Böyük insanların məqsədləri vardır,  
digərlərinin isə yalnız istəkləri. 
 V. Ġrvinq 
 
GĠRĠġ 
 
Bəşəriyyətin birgə və mənəvi mədəniyyətinin ən dəyərli 
sahiblərindən  biri  kimi,  dünyanın  dərk  edilməsində  xüsusi 
rolu olan fəlsəfə elmi varlığın ümumi problemlərinə baxış-
lar sistemidir. Fəlsəfə insan sivizasiyasının ən böyük nailiy-
yəti,  insan  biliyinin  ən  qədim  növlərindən  biridir.  Xüsusi 
elm kimi fəlsəfənin əsas  məsələsi təfəkkürün varlığa,  şüu-
run materiyaya münasibəti problemidir. Kainat, dünya haq-
qında  ümumi  nəzər  yaradılması  vacibliyindən,  məntiq  və 
idrak  nəzəriyyəsinə,  gerçəklik  haqqında  rasional  şəkildə 
əsaslandırılmış təfəkkür metoduna tələbatdan doğmuşdur. 
Bir elm kimi fəlsəfə öz inkişafının müxtəlif dövrlərində 
müxtəlif məsələləri şərh etməklə, öyrənməklə, təhlil və izah 
etməklə məşğul olmuşdur. Antik dövrdə elmlər elmi hesab 
olunan  fəlsəfə,  sonralar  ayrı-ayrı  xüsusi  elmlərin  məşğul 
olmağa başladığı bir sıra problem və nəzəriyyələrin tədqiqi 
ilə maraqlanırdı. 
İlk əvvəllər fəlsəfə içərisində ehtiva olunan biliklər da-
ha sonralar düşüncə sahibləri tərəfindən edilən elmi kəşflər 
və  elmin  sürətli  tərəqqisi  nəticəsində  ayrı-ayrı  elmlər 
fəlsəfədən ayrılmağa başladı. İnsanların dünyaya baxışının 
ən ümumi ifadəsi olan, müdriklik haqqında elm olan fəlsəfə 
digər elmlərdən öz univesallığı ilə fərqlənir. 
Cəmiyyətin və fəlsəfə elminin inkişafı sayəsində elmlər 
arasında  bölgü  əmələ  gəldi  və  zaman  keçdikcə  bu  bölgü 
artmağa başladı. Elə bu səbəbdəndir ki, bəzi filosoflar səhv 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
6        
olaraq  artıq  fəlsəfənin  bir  elm  kimi  çoxdan  bölündüyünü, 
predmetinin isə artıq parçalandığını qeyd edir, bu haqda öz 
fikirlərini irəli sürürlər. 
Bu fikirlərlə ona görə  razılaşmaq  olmaz ki, heç bir di-
gər elmlər fəlsəfə kimi insan və dünya haqqında ən ümumi 
fikir söyləyə bilməz. «Fəlsəfənin çoxsaylı tərifləri vardır ki, 
onların  əksəriyyəti  bir-birinə  ziddir.  Lakin,  o  təriflərdə 
ümumi  cəhətlər  də  vardır  ki,  orada  fəlsəfənin  mahiyyəti 
açılır. Bir sözlə fəlsəfə insan fikrinin yaranmasını, inkişafı-
nı  göstərmişdir.  Fəlsəfə  orjinal  xüsusiyyətlərə  malikdir.» 
(70, səh.11). 
Qeyd  etmək  lazımdır  ki,  bir  obyekt  müxtəlif  elmlər 
tərəfindən  öyrənilə  bilər.  Lakin,  fəlsəfə  ictimai  şüurun 
qədim  formalarından  biri  olmaqla  varlığın  və  idrakın  ən 
ümumi  qanunauyğunluqların  inikası  olmaqla  yanaşı  eyni 
zamanda  həm  də  dünyagörüşü  metodologiyasıdır.  «Bilin-
diyi  kimi  ilk  zamanda  fəlsəfə  içərisində  yer  alan  elmlər 
daha  sonrakı  zamanlarda  xüsusilə  elm  sahələrində  edilən 
kəşflər, göstərilən nailiyyətlər və sürətli tərəqqi onu fəlsəfə 
çatısı altından ayırmışdır.» (100, səh.15). 
 Dünyagörgörüşünün  isə  mahiyyət  və  məna  tarixdə  və 
günümüzdə  materializm  və  idealizm  olması  ilə  iki  qrupa 
ayrılır.  Bu  bir-birinə  zidd  olan  iki  qrup  arasında  sanki  ba-
rışdırıcı  mövqe  tutan  fəlsəfi  cərəyanlardan  da  biri  peripa-
tetizm adlanır. 
Mənşəyini  «birinci  müəllim»  adlandırdıqları  Aristotel-
dən  götürən  peripatetiklər  fəlsəfə  adlı  bir  elmin  inkişafına 
bir  sıra  parlaq  dühaların  yaradıcılıq  fəaliyyətlərilə  güclü 
təkan vermişdirlər. Elladanın sonuncu nəhəng filosofu olan 
Aristotelin davamçıları olan peripatetik filosofların içindən 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 

daha  çox  zəka  sahibləri,  hərtərəfli  düşüncə  mütəffəkirləri 
özünü biruzə verir. 
Şərq  peripateizimi  cərəyanının  nümayəndələri  qədim 
yunan  filosoflarının  yaradıcılığı  ilə  yaxından  tanış  idilər. 
Bu cərəyanın nümayəndələri xüsusilə  Platonun və Aristo-
telin gerçəklik haqqında fikirlərinə böyük bir önəm verirdi-
lər. Şərq peripateiziminin nümayəndələri  Ptolemeyin astro-
nomiya  barədə  söylədiklərini  və  Evkilidin  həndəsi  ide-
yalarını mükəmməl bilməklə yanaşı bu fikirləri dəstəkləyir.  
Bu  cərəyanının  nümayəndələrinim  «Müəllimi-əvvəl» 
(«Birinci müəllim») deyə adlandırdıqları ensiklopedik düha 
olan  Aristotelin  nəhəng  və  əvəzsiz  fəlsəfi  irsini  islam  dini 
nöqteyi nəzərindən izah edir, bu fəlsəfi irsə islami bir rəng 
verirdilər.  Peripatetik  məktəbi  (yunanca  Peripatetio-gəzişi-
rəm, ərəbcə əl-Məşşaiyyə) e.ə. 335-ci ildə Aristotel tərəfin-
dən  yaradılmışdı,  bu  sözün  mənşəyi  isə  filosofun  Likey 
xiyabanında gəzişərək öz tələbələrəinə dərs deməsi ilə bağlı 
idi.  Aristotelçiliyin  davamı  kimi  meydan  gəlib  formalaşan 
peripatetizm  cərəyanında  digər  antik  filosofların  müəyyən 
görüşləridə  öz  əksini  tapmışdı.  Bu  filosoflara  Platonu 
(e.ə.428-348) və Plotini (205-270) göstərmək olar. 
Aristotel elmi-fəlsəfi yaradıcılığını insan biliyinin həqi-
qi ensiklopediyası adlanıran filosof Ağayar Şükürov bu ba-
rədə öz tədqiqatlarında yazırdı. «Çox vaxt orta əsrlər fəlsə-
fəsini  Aristotel  nüfuzunun  bölünməz  ağalığı  sahəsi  hesab 
edirlər. Bu  şübhəsiz doğrudur, lakin  müəyyən hədd-hüdud 
daxilində. Hər şeydən əvvəl, Aristotel yeganə yunan filoso-
fu idi ki, bütün əsərləri ərəb dilinə, sonralar isə latın dilinə 
tərcümə olunmuşdur.» (70, səh.194). 
 Orta əsr Şərq fəlsəfəsində məşşaiyyə (məşşailik) adı ilə 
də tanınan Şərq peripatetikləri içərisində Əbu Yusif Yaqub 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə