Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə3/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
8        
ibn  İshaq  ibn  Səbbah  əl-Kindi  (801-873),  Əbu  Nəsr  Mə-
həmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzlağ əl-Fərah əl-
Farabi (870-950), Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən 
ibn Əli İbn Sina (980-1037), Əbülhəsən Bəhmənyar ibn əl-
Mərzban  əl–Azərbaycani  (993-1066),  Əbu  əl-Valid  Mə-
həmməd  ibn  Əhməd  ibn  Rüşd  (1126-  1198),  Siracəddin 
Mahmud  Əbubəkr  oğlu  Urməvi  (1198-1283),  Xacə  Nəsi-
rəddin  Əbucəfər  Məhəmməd  ibn  Məhəmməd  ibn  Həsən 
Tusi (1201-1274) və başqaları bu cərəyanın ən güclü nüma-
yəndələri idi.  
Bu  dövrdə  dünya  fəlsəfə  tarixinə  Azərbaycanın  töhfə 
etdiyi dahi filosoflardan biri olan ensiklopedik zəka sahibi, 
dövlət xadimi, görkəmli alim və mütəfəkkir Xacə Nəsirəd-
din  Məhəmməd  Tusi  fəlsəfə  tarixində  möhtəşəm  bir  iz 
qoymuşdur.  Bu  metafizik  filosofun  zəngin  və  orijinal  irsi 
təkcə Şərq müsəlman dünyası tədqiqatçılarının deyil, Qərb 
araşdırmaçılarının da diqqətini özünə cəlb edə bilmişdir. 
Dünyanın  bir  sıra  məşhur  ensiklopedik  filosofları  ilə 
adı  birgə  çəkilən,  bəşəriyyətin  idrak  tarixinin  yaradıcıla-
rından  biri  olan  N.Tusi  dövrünün  ən  parlaq  simalarından 
biri  olmuşdur.  Orta  əsrlərdə  özünün  inkişaf  səviyyəsini 
Şərq yaradıcılığında biruzə verən fəlsəfə Azərbaycan xalqı-
nın  dünyagörüşündə  də  müəyyən  izlər  buraxmışdı.  Daha 
çox  Avropasentirizm  mövqeyindən  çıxış  edən  bəzi  Qərb 
fəlsəfə  tarixçiləri  Şərq  fəlsəfəsinə  qarşı  laqeyd  münasıbət 
göstərsələrdə  Orta  əsrlərdə  ərəbdilli  filosofların  yardıcılığı 
özünü daha qabarıq bir şəkildə biruzə verirdi. 
N.Tusi  özünün  çoxcəhətli  yaradıcılığı,  ensiklopedik 
zəkası,  təkzibedilməz  mütəfəkkirlik  qabiliyyəti  ilə  təkcə 
Şərq  fəlsəfəsinə  deyil,  ümumdünya  təfəkkür  tarixinə  təsir 
edə  biləcək  bir  yaradıcılıq  yolu  keçmışdir.  N.Tusi  fəlsəfə 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 

ilə  yanaşı  astronomiya,  riyaziyyat,  optika,  minerologiya, 
məntiq, etika və başqa elmlərə dair dünya şöhrəti qazanmış 
əsərlərin  müəllifi  olması  onun  tədqiqatçılarının  müxtəlif 
elm sahələrindən olmasına səbəb olmuşdur. 
Gərgin əməyin nəticəsi olan Marağa rəsədxanasını qısa 
müddət  ərzində  Şərqin  elm  mərkəzinə  çevirməyi  bacaran 
bu  böyük  alim  dövrünün  bir  sıra  məşhur  elm  xadimlərini 
buraya toplamağa müvəffəq olmuşdu. N.Tusinin rəhəbrliyi 
ilə elmin müxtəlif sahələrinə aid qiymətli əsərlər də  yazıl-
mışdır.  Əsasən  astronomiya  və  həndəsəni  əhatə  edən  bir 
sıra mükəmməl dərslikləri isə N.Tusi şəxsən özü yazmışdı. 
XIII əsrdə bu Azərbaycan filosofunun zəngin irsi tədqiq 
dairəsinə malikdir. Təkcə ərəb ölkələrinin, İran və Türkiyə-
nin tədqiqatçıları deyil,  bir sıra Avropa, rus və Orta Asiya 
tədqiqatçıları  da  bu  işlə  məsuliyyətli  bit  şəkildə  məşğul 
olmuşlar və bu hərtərəfli, zəngin xəzinə öz layiqli qiymətini 
bütün  dünyada  tapmağa  nail  olmuşdur.  Dünya  fəlsəfə 
tarixinə  dair  araşdırmalar  aparan  bir  sıra  məşhur  alimlər 
C.Zeydan,  Ö.Fərrux,  M.Rizəvi,  H.Ziya,  K.Brokkelman, 
İ.Y.Kraçovski,  E.Braunun  N.Tusi  yaradıcılığına  verdiyi 
yüksək qiymət xüsusilə təqdirə layiqdir. 
Əsərlərinin  orijinallığı,  mövzularının  elmi  dərinliyi  ilə 
seçilən bu filosofun adına dünyanın bir sıra  məşhur ensik-
lopediyalarında, dünya kitabxanalarının kataloqunda da rast 
gəlmək mümkündür. N.Tusi haqqında ilk tarixi həqiqətləri 
şagirdlərinin  yaradıcılığında  ön  plana  çıxsa  da,  sonrakı 
dövrlərin məşhur tarixçiləri, salnaməçiləri və tərcümeyi-hal 
yazanları  bu  filosof  haqqında  geniş  söhbət  açmış,  onun 
keçdiyi  həyat  yolu  tarixin  qaranlıq  səhifələrindən  işıqlan-
dırılmışdır. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
10        
N.Tusi  yaradıcılığını  dəyərləndirən  professor  Ağabala 
Rzayev  belə  yazırdı:  «N.Tusi  elmin  bütün  sahələri  ilə 
intensiv  məşğul  olan  bir  akademiyadır.  N.Tusi  hər  gün 
hamımızın  müraciət  etməyə  ehtiyac  duyduğumuz  ensiklo-
pediyadır.» (65, səh.19.)  
Şərq  peripatetiziminin  ən  önəmli  nümayəndələrindən 
biri  kimi  məşhur  olan  Nəsirəddin  Tusi  yaşadığı  dövrdə 
«üçüncü  müəllim»  kimi  də  tanınmışdı.  Onu  da  qeyd  edək 
ki, «birinci müəllim» qədim yunan filosofu və ensiklopedik 
alimi  Aristotel  (e.ə.384-322),  «ikinci  müəllim»  isə    türk 
mənşəli  ensiklopediyaçı  alimi  Əbunəsr  Məhəmməd  ibn 
Məhəmməd əl-Fərabi (870-950) idi. 
N.Tusi  irsinin  öyrənilməsinə  təbii  ki,  öz  həmvətənləri 
biganə  qala  bilməzdi.  Xüsusilə  Abbasqulu  Ağa  Bakı-
xanovun  və  Mirzə  Fətəli  Axundzadənin  diqqət  mərkəzinə 
dönən bu elmi irs Həmidullah Məmmədbəylinin, Ziyəddin 
Göyüşovun, Zakir Məmmədovun, Zümrüd Quluzadənin də 
diqqətini  özünə  cəzb  etmişdir.  Məşhur  şərqşünas  Rəhim 
Sultanov  və  tarixçi  Ziya  Bünyadov  da  N.Tusinin  böyük 
heyranlarından idi. 
800  ilə  yaxındır  ki,  bu  elm  xadiminin  həyatı,  keçdiyi 
zəngin  yaradıcılıq yolu dünyagörüşü, onun astronomiyaya, 
ilahiyyata, riyaziyyata, hüquqa, fəlsəfəyə və başqa elm sa-
hələrinə aid  yazdığı əsərləri dünyanın ən ucqar ölkələrində 
belə dəfələrlə nəşr olunur, geniş surətdə yayılır. 
Dövrünün  tanınmış  adamlarını,  yüzdən  artıq  elm  fədai-
lərini başına  topladığı  Marağa  rəsədxənasını  xüsusilə  dəqiq 
elmlərin  sahəsi  ilə  məşğul  olan  filosofun  elmi  traktatları 
haqqında  «İranın  Kembiric  tarixi»  adlı  çox  cildli  en-
siklopediyasında  da  məlumat  verilir.  A.Bauzyaninin, 
D.Boylun, Y.Rıpkanın adı çəkilən əsərlərdəki məqalələrində 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə