Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə6/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
17 
olan  və  bu  dövrdə  tarixi  şəxsiyyət  kimi  formalaşmağa 
başlayan Nəsrəddin Tusinin fədakarlığı və yüksək intellekti 
sahəsində bu göstəricilər daha da inkişaf etməyə başladı.  
Bu  dövrdə  müsəlman  intibahı  da  öz  tərəqqi  dövrünü 
keçirirdi:  «XIII  əsrdə  Hülakü  xanın  hakimiyyəti  (1256-
1265) islam konteksində elm, ədəbiyyat, fəlsəfənin yenidən 
dirçəldilməsi  bir  tərəfdən  Şərq  məşşailiyinin  yayılması 
digər  tərəfdən  sufiliyin  güclü  təsir  dairəsi  başqa  bir 
tərəfdən,  ictimai-sosial  sferanı  bütünlükdə  əhatə  etmişdi. 
Şərq  fəlsəfəsinin  mahiyyətində  sufizm  hakim  mövqeyə 
malik olsa da, bu dövr müsəlman intibahı kimi xarakterizə 
olunur.»(15, səh.313). 
Azərbaycanın  ictimai-iqtisadi,  mədəni  və  siyasi  həya-
tına  onun  sərhədlərinin  sabitliyinə,  dünyagörüşünə,  mənə-
viyyatına  dilinə  və  başqa  sahələrinə  Hülakülər  dövlətinin 
uzun  müddət  mövcud  olması  amili  də  öz  təsirini  göstərə 
bilmişdir.  Çünki,  bu  dövlətin  idarə  edilməsində,  monqol 
elxanlarına  obyektiv və  subyektiv təsir göstərməsində, on-
lara  yalnız  doğru  addın  atmasında  Nəsrəddin  Tusinin 
oynadığı rol misilsiz bir qüvvəyə malikdir.  
Hülakülər dövründə ilk əvvələr həddən artıq sıxışdırılan 
və  öz  əmlakı  monqollar  tərəfindən  qarət  olunan  yerli 
feodallar  da  tədricən  öz  mənafeyini  qorumağa  müvəffəq 
oldu. Monqolların ilk yürüşlərinin və həmçinin monqolların 
ağır  vergi  siyasətinin,    yerli  feodalların  mülklərinin  qarət 
olunmasının və işğalçılıq müharibələrinin ağır təsirinə bax-
mayaraq,  zaman  keçdikcə  Azərbaycanda  elm  və  mədəniy-
yət inkişaf etdi, iqtisadi həyatda irəliləyiş müşahidə edildi. 
Nəsrəddin  Tusinin  yaşayıb-yaratdığı  dövrdə  müsəlman 
dünyasının  elm  adamları  müxtəlif  elmlər  sahəsində  böyük 
nailiyyətlər  əldə  etmişdi.  Cəbri  dəqiq  elm  səviyyəsinə 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
18        
qaldıran  müsəlmanlar  eyni  zamanda  təhlili  həndəsənin  də 
əsasını  qoydular.  Triqonometriyada  səthi  üçbucaqlar  və 
dairələri  ilk  dəfə  kəşf  edən  müsəlman  alimləri  bütün  elm 
sahələrində  öz  gücünü  sınamışdı.  Bu  dövrdə  müsəlman 
alimləri  eyni  zamanda  planetlərin  hərəkətini  öyrənmək, 
ulduzları  müşahidə  etmək  «Astronab»  adlı  cihazı  da  ilk 
dəfə ixtira etmişdilər. 
XIII  əsrin  sonlarında  Azərbaycan  tacirləri  artıq 
dünyanın  bir  sıra  ölkələri  ilə  ticarət  əlaqələrini  yenidən 
bərpa  etməyə  başladılar.  Monqol  yürüşləri  zamanı  böyük 
bir hissələri dağıdılmış Ərdəbil, Beyləqan, Marağa, Gəncə, 
Xoy, Səlmas, Naxçıvan, Şəmkir, Bərdə, və s. şəhərlər bərpa 
edildi.  Bu  dövrdə  fəaliyyət  göstərən  Təbriz  memarlıq 
məktəbi xüsusilə fərqlənirdi. Artıq Azərbaycan şəhərlərində 
də  memarlıq  sahələrində  irəliləyişlər  nəzərə  çarpır, 
sənətkarlıq da öz mərhələsinə çatmaqda idi. 
Bu dövrdə  mədrəsələrlə  yanaşı  zaviyələrdə,  məscidlər-
də,  xanəgahlarda  və  Dar  ül-Quran  adlı  yerlərdə  əsasən 
şəriət, din ehkamları və Quranın tilavəti tədris olunurdu. Bu 
uşaqlara  ayrı  fənlər  barəsində  isə  çox  qısa  məlumat 
verilirdi.  Əsasən,  orta  təhsil  tədris  edən  mədrəsələrin 
fəaliyyəti  də  monqol-tatar  qoşunlarının  hücumu  zamanı 
dağıdılmışdı. 
Təhsilin «məzhər» adlanan formasında isə əsasən ustad 
öz  şagirdi  ilə  müstəqil  və  fərdi  məşğul  olurdu.  XIII  əsrin 
sonlarında  dağıdılmış  mədrəsələr  tədricən  bərpa  olunur  və 
bu  elm  ocaqlarında  yenidən  tədris  sistemi  öz  fəaliyyətinə 
başladı.  Nəsrəddin  Tusinin  yaşadığı  dövrdə  Azərbaycanda 
elmi  təlimlər  iri  şəhərlərdə  tədris  olunmuş  mədrəsələrlə 
yanaşı, həm də fərdi surətdə tədris edilirdi. Dövrün bir sıra 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
19 
məşhur  və  tanınmış  elm  adamları,  şairlər,  yazıçılar  və  din 
xadimləri əsasən fərdi tədrisin məhsulu idilər. 
Bu  dövrdə  Azərbaycanda  məşhur  olan  mədrəsələr 
içərisində  Təbrizdə  «Qazaniyyə»,  «Fələkiyyə»,  «Şeyx  Kə-
maləddin  Xocandi»,  «Dəməşqiyyə»,  «Qazi  Şeyx  Əli», 
«Məqsudiyyə», «Müzəfəriyyə», «Nəsriyyə», Şənbi Qazan-
da  «Şəfeiyyə»,  «Hənəfiyyə»,  Bakıda  «Şah  məscidi»nin 
mədrəsəsi və başqalarını nümunə göstərmək olar.  Nəsrəd-
din Tusidən sonra Elxanilərin saray həkimi və vəziri olmuş 
Fəzlullah  Rəşidəddin  tərəfindən  XIV  əsrin  əvvəllərində 
Təbrizdə   «Rəbi-Rəşidi» şəhərciyi və  «Darüş-Şəfa» («Şəfa 
evi»)  adlı  elmi  mərkəz  yaradılmışdı.  Bu  dövrdə  Təbrizdə 
tikilən «Rəbi-Rəşidi» adlı böyük elm şəhərciyi Şərqin inti-
bah mədəniyyəti mərkəzinə çevrilmişdi. «Rəbi-Rəşidi» da-
rülfünunu Bağdadın Nizamiyyə mədrəsəsindən sonra Yaxın 
və Orta Şərqin ən nüfuzlu təhsil müəssisi hesab olunudr. 
Belə fərdi tədris üsulunun yetirməsi olan haqqında söhbət 
açdığımız  filosofun  1259-cu  ildə  tədris  etdiyi    Marağa 
Astronomiya Rəsədxanasında dövrün ən böyük kitabxanasına 
da  rast  gəlmək  olurdu.  Urgənc  və  Rey    rəsədxanalarının 
əsasında  yardilmış  Marağa  Astronomiya  Rəsədxanasının 
tərkibində  olan  kitabxanada  400  mindən  artıq  əlyazmalar 
toplayaraq, onları qoruyub saxlamağa çalışırdılar. 
Şərqdə  elm  və  tədqiqat  sahəsinə  çevrilən  bu  rəsəd-
xanada  aparılan  tədqiqatlar  Avropa  alimlərinin  əsərlərində 
öz  ifadəsini  tapmışdır.  O  dövrdə  fəaliyyət  göstərən  digər 
rəsədxanaların, məşhur Uluqbəy və Pekin rəsədxanalarının, 
habelə  bir  sıra  Qərbi  Avropa  rəsədxanalarının  fəaliyyətinə 
də müsbət təsir göstərə bilmişdi. 
Ərəb  tarixçisi  Muhammad  ibn  Şakir  əl-Kütubi  (...-
1363)  «Fəvvatu  əl-vafayat»  adlı  kitabında  da  bu  rəsədxa-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə