Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə14/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
42        
verdiyi  cədvəllərdən  istifadə  edirmiş.  Professor   Həbibulla 
Məmmədbəyli  bu  əsərdə  uzunluq  dairəsinin  ölçüsü-
nü Qrinviçdən  34-35  dərəcə  qərbdən  götürüldüyü fikirinə 
əsaslanaraq,  belə  bir  fərziyyə  irəli  sürmüşdü  ki,  Tusi 
hələ X. Kolumbdan  çox-çox əvvələr materikin varlığından 
xəbərdar  imişlər.  Çünki, Qrinviçdən  34-35  dərəcə  qərbdə 
yerləşən  uzunluq  dairəsinin  ölçüsü  də  elə  məhz   Cənubi 
Amerika  materikinin  şərqinə  aid  olan  ərazilərdən  keçir. 
Görünür  ki,  Kolumbun  Hindistana  dəniz  yolu  axtarmaq 
bəhanəsilə dünya səyahətinə çıxmasına cəsarət verən də elə 
məhz  Tusinin  «Zic-i  elxani»  əsərində  verilən  məlumatlar 
olmuşdu.  Bu  da  bizə  bunu  deməyə  əsas  verir  ki,  Tusi 
bilavasitə  olaraq  böyük  coğrafi  kəşlərin  yaranmasında  da 
bir vəsilə rolunu oynamışdı.  
Alman astronomu 
İohann 
Keplerin ( 1571 - 1630) 
1627-ci  ildə  hazırladığı  «Tabulae  Rodolphinae»  («Rudolf 
сədvəlləri»)  adlı  əsərə  qədər  350  il  boyunca  astronomiya 
sahəsində  «Zic-i  elxani»  əsəri  əsas  mənbə  kimi  istifadə 
olunmuşdur.  İstanbulun  Kandilli  rəsədxanasının  kitabxa-
nasında  bu  əsərin  bir  nüsxəsi  qorunub  saxlanmışdır.  H. 
Məhəmmədbəyli    «Zic-i  elxani»nin  bir  nüsxəsini  də 
Tusinin  oğlu  Əsiləddin  Həsən  tərəfindən  köçrüldüyünü  və 
bu  nüsxənin  Paris  kitabxanalarında  olduğunu  da  qeyd 
etmişdir. 
Tusinin  astronomiyaya  aid  həsr  etdiyi  əsərlərin  içəri-
sində on üç risalədən ibarət olan «Təhrir-əl Macəsti» əsəri 
də özünəməxsus bir yer tutur. Ptolomey düşüncəsi üzərində 
yazılan  bu  əsərdə  Tusi  Ptolomey  astronomiyasına  böyük 
qiymət  verirdi.  Tusi  bu  əsərində  də  astronomiyaya  aid 
özünəməxsus  fikirlər  söyləmişdir.  Alimin  qələmə  aldığı 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
43 
«Təhrir-əl  mütavassitat»  əsərində  də  onun  astronomiya, 
hənədəsə və cəbr elminə aid orjinal fikirləri toplanmışdır. 
Tusinin  təbiətşünaslığa  dair  irəli  sürdüyü  fikirlərin 
içərisində  təbiət  cisimlərinin  bir-birindən  təcrid  olunma-
ması,  bir-biri  ilə  möhkəm  bağlı  olması  haqqında  müla-
hizələr  aparıcı  yer  tutur.  Məşhur  astronom    təbiətşünaslığı 
fəlsəfə  ilə  əlaqələndirərək  qeyd  edirdi  ki,  təbiət  insanların 
elmi idrakının obyekt mərkəzinə çevrilməlidir. 
Nəsirəddin Tusinin üzərində ən çox işlədiyi əsrlərindən 
biri  də  «Həll  əl-müşkülat»  yəni  «Problemlərin  həlli»  deyə 
tanınır.  İbn  Sinanın  «İşarələr  və  qeydlər»  tarktatına  həsr 
etdiyi bu şərhi daha çox fəlsəfi məna kəsb edir. Həyatının 
iyirmi ilini bu kitabın şərhinə həsr edən filosof İbn Sinanın 
peripatetik  fəlsəfəsini  təbliğ  edərək,  onu  cəhalət  və 
fanatizm  pərdələrindən  azad  edə  bilmişdi.  Ələmut 
qalasında həbsdə olarkən tamamladığı bu əsərində Tusi İbn 
Sinanın «İşarələr və qeydlər»i müsəlman teoloqu Fəxrəddin 
Razinin  ilahiyyat  nöqteyi  nəzərincə  verdiyi  şərhdən 
uzaqlaşdırmağa çalışmışdır.  
Çünki,  Fəxrəddin  Razi  İbn  Sinanın  fələsəfəsini  şərh 
edərkən, bu  məsələyə  sxolastik  mövqeydən  yanaşmış, onu 
mütəkkəlimlərin  kəlama  əsaslandırdığı  dünyagörüşü 
mövqeyindən  şərh  etmişdi.  Nəsirəddin  Tusi  isə  Fəxrəddin 
Razinin  əksinə  olaraq  bu  əsərin  mövzusunu  məşşaşiyə 
(Şərq  peripatetizimi)  təliminə  yaxın  olduğunu  subut  edə 
bilmişdi. İbn Sinanın bu əsərini onun davamçısı Əsirəddin 
Əbhəridən  mükəmməl  bir  sutətdə  öyrənən  filosof 
Fəxrəddin  Razinin  dolaşıq  və  məntiqsiz  şərhini  aydın  bir 
biçimdə təkzib edərək, İbn Sinanın fələsəfəsinin orjinallığı 
və dəqiqliyi ilə hansı səviyyədə olduğu işıqlandırılmışdır. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
44        
Tusinin  Azərbaycanda  riyaziyyat  elminə  böyük  təkan 
verməsi danılmaz bir faktdır. «Nəsirəddin Tusi riyaziyyatın 
müxtəlif sahələrinə (cəbr, həndəsə, triqonometriya, ədədlər 
nəzəriyyəsi və s.) aid 30-dan çox əsər yazmışdır. Bunlardan 
«Təhriri-Öqlidis» («Evkilidin şərhi»), «Şəkl ül-qita» («Tam 
dördtərəfli  haqqında  traktat»  və  ya  «Kəsişmələr  şəkli»), 
«Cəmi  əl  –hesab  bit-taxt  və-ə-turab»  («Tozlu  lövhənin 
kömyilə hesab məcmuəsi»), «Ər-risalə əş-şəfiyə ən şəkk fi-
əl-xütut  əl-mütəvəziyyə»  («Paralel  xətlər  haqqında 
şübhənin  aradan  qaldırılması»),  «Kitab  əd-dərbə  və-əl-
qismə» («Vurma və bölmə haqqında kitab»), «Risalət fi əl-
hesab  və-əl-cəbr»  («Hesab  və  cəbr  əsəri»),    «Risalə  fi 
annahi la yunkinu ən yactamu a min ədədaun mürəbba ayn 
fərdayn  ədəd  mürəbba»  («İki  ədədin  kvadratları  cəminin 
kvadrat ədəd olması haqqında əsər»), «Ət-Tərbi əd-Daira» 
(«Dairənin  kvadraturası»)  kimi  əsərləri  göstərmək  olar.» 
(Az.En.səh.558) 
Nəsirəddin Tusinin yazdığı məşhur əsərlərindən biri də 
uzun  zaman  Şərq  və  qismən  də  Qərb  ölkələrinin 
məktəblərində  həndəsə  dərsliklərinə  çevrilən  «Təhrir-
Öqlidis»  («Evkilidin  şərhi»)  adlı  əsəridir.  Məşhur  yunan 
riyaziyyatçısı Evkilidin həndəsi üsullarını və ya həndəsənin 
təhriri  haqqında  yazılmış  bu  əsər  həndəsənin  inkişafına 
əsaslı  bir  surətdə  təsir  göstərmişdir.  Bundan  əlavə  olaraq 
Almagestin  də  həndəsəsinə  və  astronomiyasına  aid  çoxlu 
şərhlər yazan bu iki yunan alimlərinin həndəsəsi arasındakı 
oxşar  və  fərqli  cəhətlərini  bir  sıra  əsərlərində  təhlil 
etmişdir.  «Təhrir-Öqlidis»  əsəri  1594-cü  ildə  ərəb  dilində 
Romada,  1567-ci  ildə  latın  dilində  Londonda  çap 
olunmuşdur.  «Təhrir-Öqlidis»  («Evkilidin  şərhi»)  əsəri  15 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə