Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə12/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
36        
Marağaya  gətirilən  cənazəsi  qardaşının  yanında  torpağa 
tapşırılır. 
 Bunlardn  əlavə  olaraq  Nəsirəddin  Tusi  nəslindən  Zi-
yaddin ibn Əsiləddin Həsən, Mirzə Kafi və Sadiq Ordubadi 
kimi  elm  və  fəzilət  sahibləri  də  yetişmişdir.  Bir  sıra  tarixi 
mənbələrdə  Tusi  nəslinin  davamçılarının  XIV  əsrdə 
Marağadan  Ordubada  köçdüyünü  qeyd  edirlər.  Hər  zaman 
hörmət və diqqət obyektinə çevrilən  bu nəslin davamçları 
Səfəvilər  imperiyasının  rəhəbərləri  tərəfindən    də  böyük 
ehtirama layiq görülmüşdür. Hətta bu nəsilə hörmət əlaməti 
olaraq  Səfəvi  hökmdarı  I  Şah  Abbas  (3287-1629)  bu 
şöhrətli  nəslinin  məskunlaşdığı  Ordubad  mahalından 
ümumiyyətlə  vergi  alınmaması  haqqında  xüsusi  sərəncam 
da  vermişdi.  Səfəvi  hökmdarı  I  Şah  Abbasın  baş  vəziri, 
məşhur  dövlət  xadimi,  şair  Hatəm  bəy  Ordubadi  də  Tusi 
nəslinin davamçılarından biri olmuşdur. 
Məşhur  Azərbaycan  şairi  Əvhədi  Marağayi  (1274-
1338)  1306-cı  ildə  yazdığı  «Dəhnamə»  («On  məktub») 
məsnəvisini də  Nəsrəddin Tusinin nəvəsi Xacə Ziyaəddin 
Yusif ibn Əsiləddin Həsənə ithaf etmişdir. Nəsrəddin Tusi 
nəslindən davamçıları sonralar da bu ərazidə yaşamış, elm, 
ədəbiyyat  və  incəsənətin  demək  olar  ki,  bütün  növləri  ilə 
məşğul olmuşlar. 
Nəsirəddin  Tusinin  təkcə  yaradıcılığı  deyil,  ictimai-
siyasi fəaliyyəti deyil, eyni zamanda müəllimlik qabiliyyə-
tinin  və  bir  ata  kimi  də  hansı  mövqeyə  malik  olması  oğ-
lanlarının  fəaliyyəti  ilə  nəzərə  çarpır.  Bəziləri  Nəsirəddin 
Tusini işğalçılarla əlaqəyə girməkdə və xəlifənin ölümündə 
onu təqsirkar  hesab etsələr  də  bu dərin  düşüncəli  insan öz 
həyatı boyu bəlkə də heç bir səhvə yol verməmişdir. Geniş 
bir  əraziyə  malik  olan  Hülakülər  dövlətinin  tərkibində  


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
37 
Cənubi  və  Şimali  Azərbaycanı  da  əhatə  etməklə  250 
kvadrat  kilometrə  çatan  Azərbaycanın  yüksək  mövqeyə 
malik  olması  və  digər  ərazilərdən  ictimai-siyasi,  elmi-
mədəni keyfiyyətlərinə görə yüksək mövqeyə malik olması 
da Tusi əməyinin  məhsulu idi.  
Marağa rəsədxanasındakı elmi fəaliyyətə rəhbərlik edən 
Tusi  burada  15  nəfərdən  ibarət  olan  iş  yoldaşlarının 
köməkliyi  sayəsində  burada  astronomiyaya  aid  cədvəllər 
hazırlanır,  bir  sıra  astronomik  hesablamalar  yerinə 
yetirilirdi.  Eyni  zamanda  Tusi  Ələmut  qalasında  yerləşən 
400  min  əsəri  də  rəsədxanaya  gətirmiş  və  burada  böyük 
kitabxana  da  təsis  etmişdi.  Bunu  da  demək  yerinə  düşərdi 
ki,  2008-ci  il  YUNESKO  təşkilatı  tərəfindən  Marağa 
rəsədxanası ili elan etmişdi. 
Əksəriyyətini  nestorianlar  təşkil  edən  buddist  qoşunla-
rının  və  bir  tərəfdən  də  islamı  hədələyən  ismailillərin 
fəaliyyətinə  biganə  qalan  ərəb  xəlifələri  dinin  nəinki 
qorunub  saxlanılmasına  bəlkə  də  zəifləyib  aradan  çıxm-
asına  səbəb  ola  bilərdi.  Hülakü  xan  isə  1256-cı  ildə  VIII 
ismaili şeyxi Ruknəddin Xurşahı (1255–1256) öldürdükdən 
sonra  1258-ci  ildə  Nəsirəddin  Tusinin  məsləhəti  ilə  37-ci 
və sonuncu abbasi xəlifəsi Mütəsim Billah (1242-1258) da 
öldürüldü.  Bundan  sonrakı  dövrü  isə  məşhur  fransız 
şərqşünası  Anri  Masse    (1886-1969)  «Romadakı  dinclik 
dövrü» ilə  müqayisə edirdi. Bu dinclik  dövrü isə  şübhəsiz 
ki, Tusinin əməyinin nəticəsi idi. 
Anası və həyat yoldaşı əqidəcə xristian olan Hülakünün 
şübhəsiz  ki,  müsəlman  dünyasına  basqını  əslində  başqa 
məna daşıyırdı. İlk əvvəllər  müsəlmanları amansızca qıran 
monqol  qəsbkarlarının  bu  fəaliyyətinə  də  Tusi  kimi 
uzaqgörən  və  tədbirli  bir  adam  mane  ola  bilərdi. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
38        
Monqolların  və  qeyri-müsəlman  xalqların  bu  niyyətini  və 
həmin  niyyətin  baş  tutmaması  haqqında  fikirlər  A.  Mas-
senin «İslam» kitabında da öz dolğun ifadəsini tapmışdır. 
Tusinin pedaqoji fəaliyyətindən bəhrələnən, bu dühanın 
yetirmiş olan bir çox məşhur alimlərin adını çəkmək yerinə 
düşərdi.  Nəcməddin  Qəzvini  (1203-1277),  Qütbəddin 
Şirazi  ləqəbi  ilə  tanınan  Mahmud  ibn  Məsud  ibn  Müslih 
Şirazi  (1236-1311),  Əllamə  Hilli  adıyla  daha  çox  tanınan 
Həsən  ibn  Yusif  ibn  Əli  ibn  Mutəhhir  Hilli  (1250-1326), 
İbn Kəmmunə İsraili (...-1284 və digərləri Tusinin pedaqoji 
fəaliyyətinin məhsulu idilər. Tusinin sevimli şagirdlərindən 
olan  Seyid  Rüknəddin  Astarabadi  onun  kitablarına  şərhlər 
yazmışdır.  Bu  dahi  alimin  məşhur  tələbələrindən  olan 
Qütbəddin Şirazi göy qurşağı hadisəsini fransız alimi Rene 
Dekartdan  (3296-1650)  tam  300  il  əvvəl  düzgün  bir 
səpkidə şərh etmişdir. 
N.Tusi  nin  yaradıcılığı  haqqında  danışdıqda  ilk  öncə 
onu  qeyd  etmək  lazımdır  ki,  onun  necə  mükəmməl  təhsil 
alması yazdığı hərtərəfli və çoxsahəli elmi traktatlarında da 
özünü  biruzə  verir.  Amma  çox  təəsüflər  olsun  ki,  sayı 
onlarla olan bu elmi əsərlərdən bir neçəsi dilimizə tərcümə 
olunmuşdur.  Dövrün  tələbinə  və  qayda-qanununa  əməl 
edərək  fars  və  qismən  də  ərəb  dilində  yazan  filosofun 
əsərlərinin  sayını  Ağabala  Rzayev  «Nəsirəddin  Tusi»  adlı 
kitabında  206  əsərin  adı  verilir.  Bunlardan  əlavə  həmin 
kitabda  14  əsərinin  adını  çəkir,  bu  əsərlər  haqqında  qısa 
məlumat verir. Ayrı-ayrı mənbələrdə sayı dəyişik göstərilsə 
də  Tusi  haqqında  məlumat  verənlərin  hamısı  Tusinin  elmi 
yaradıcılığının rəngarəng olduğunu təsdiqləmişlər.  
Nəsirəddin  Tusi  bütün  elm  sahələri  ilə  yaxından  tanış 
olan,  geniş  elmi-fəlsəfi  irsə  malik  olan  ensikolpedik 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə