Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə20/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
60        
Mümkün  varlıqda  səbəb  və  nəticə  əlaqəsinin  periodik 
fırlanmasına  inanmayaraq,  onların  ilk  səbəbdən,  vacib 
varlıqdan yaranması ideyasını irəli sürürlər. Bütün mümkün 
varlıqlar  mövcud  olması  və  fəaliyyət  göstərməsi  üçün  ilk 
səbəbə  möhtacdırlar.  Və  elə  bu  möhtaclıq  da  onların 
nəticəyə  çevrilməsinə  biganə  qalmır.  Vahid  olması  bütün 
peripatetik  filosoflar  tərəfindən  tərəddüdsüz  qəbul  edilən 
vacib  varlıqdan  törəyən  ilk  mümkün  varlıqların  sayı 
mübahisə  mövzusuna  çevrilmişdir.  Bu  mövzuda  fikir 
ayrılığı  yaradan  peripatetiklərin  hər  biri  öz  mülahizəsinin 
doğru olması qənaətinə gəlmişlər. 
Nəsirəddin  Tusi  isə  öz  növbəsində  gerçək  vahiddən 
emanasiya  prosesində  yalnız  vahid  nəticə  törəməsi  fikrini 
müdafiə  edir.  Lakin,  N.Tusi  vahid  varlıqdan  vasitəçilik 
yolu  ilə  çoxlu  şeylər  törəyə  bilməsi  fikrini  «Problemlərin 
həlli»  adlı  əsərində  irəli  sürür.  Bu  mövzu  barədə  uzun 
müzakirələr  aparan  filosof  dolayı  sübutlardan  sonra 
Fərabinin  «həqiqi  vahiddən  yalnız  vahid  çıxar»  tezisi  ilə 
razılaşır. 
Mümkün  varlığa  izah  verən  Tusi,  materiya,  forma, 
cisim,  əql  və  nəfsi  mümkün  varlığın  substansiyası  kimi 
qəbul edir. Öz baxışlarına görə şiə peripatetiki kimi tanınan 
filosof mümkün varlığı gerçək olan aləm hesab edirdi. Od, 
su, hava, torpaq adlı dörd sadə ünsürdən mürəkkəb cisimlər 
yarandığını qeyd etmişdik.  
Əsas  Şərq  dünyagörüşündən  qaynaqlanan  bu  dörd  ün-
sürdən də minerallar, bitkilər və heyvanlar kimi mürəkkəb 
cisimlər  yaranır.  Tusiyə  görə  Yer  üzərində  heç  bir  sadə 
cisim  yoxdur,  təbiətin  əsasını  təşkil  edən  bu  üç  mürəkkəb 
maddə arasında bir yaxınlıq da vardır. (50, səh.244). 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
61 
Bu  dörd  ünsürün  hər  birinin  tərkibində  materiya  və 
forma  özünə  məskən  salmışdır,  bu  substansiyalar  hər  bir 
ünsürün  tərkibində  mövcuddur  və  vəhdət  təşkil  edir.  Əgər 
bu  birlik,  vəhdət  ortadan  götürülərsə,  deməli,  köhnə  cisim 
məhv  olacaq,  əvəzində  isə  yeni  bir  cisim  bərqərar  ola-
caqdır.  Daim  davam  edəcək  bu  prosesin  nəticəsində 
mümkün varlıqlar öz mövcudluğunu bir formadan digərinə 
nüfuz etməklə saxlaya biləcəklər. 
Mümkün  varlığın  mərtəbələrdən  ibarət  olmasını  vur-
ğulayaraq,  öz  dünyagörüşünə  əsalanaraq  bunlar  üç  mər-
təbədən  olması  mühafizəsini  isbat  etdirməyə  çalışır.  Ali 
cisimlər,  nəfslərin  çoxluğu  ilə  fərqlənən  hərəkət  etdiricilər 
və əqllər kimi mərtəbələnən bu bölgü cisimlərin idrak dərə-
cəsinə görə təyin edilmişdir. Hərəkət edən planetlərə və də-
yişməyən  ulduzlara,  göylərə  ali  cisimin  aid  olduğunu  irəli 
sürür. Ali cismlər sayı yeddi olan planetlərdən və 1520 fəa-
liyyətsiz ulduzdan ibarətdir. Ali cisimlərin varlığını dərk et-
mək üçünsə yalnız müşahidə lazımdır və bu eksperimental 
yolla  ali  varlığı  isbat  edirmək  olar.  Qədim  Şərq  və  antik 
yunan dünyagörüşü əqidəsinə əsaslanan peripatetiklər kimi 
N.Tusi də göyün səkkiz qatlı olması fikri ilə razılaşmışdır. 
Ptolmeyin  Geosentirik  nəzəriyyəsinə  əsaslanaraq  ali 
cisimlərin  və  dünyanın  mərkəzində  Yer  planetinin  dur-
duğunu,  ali  cisimlərin  isə  heç  zaman  dəyişməyəcəyini  və 
eyni  zamanda  heç  zaman  məhv  ola  bilməyəcəyini  Bəh-
mənyarın fəlsəfəsinə əsalandırır. Təbiət haqqında fikirlərinə 
görə  ilahiyyata  tamailə  zidd  fikirlər  söyləyərək  ali  cismi 
təşkil  edən  ümsürlərin  də  mahiyyət  etibarilə  qədim 
olduğunu və idarəedicilərinin də nəfs və əql olduğunu irəli 
sürür.  İlahiyyatçılar  isə  ali  cismin  idarə  edilməsində 
«mələk»lərin fəal rol oynaması fikrini qeyd etmişlər. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
62        
İctimai-siyasi  məsələlərdə,  humanitar  elmlərdən  şəriət 
məsələlərinə  üstünlük  verən  Tusi dəqiq elmlərdə  isə şəriət 
üləmalarının ziddinə gedir. Materiya və formaya da Tusi bu 
baxımdan  öz  müfəssəl  izahını  vermişdir.  Təbii  cisimlərin 
varlığında materiyanı əsas götürərək, formanı bir şərtləndi-
rici kimi şərh edir. Materiyanı formanın istinadgah nöqtəsi 
kimi  götürərək,  materiyanın  formaya  görə  meydana  çıx-
masını bildirir. 
Mümkün varlığın substansiyası kimi izah etdiyi materi-
ya və forma terminlərinin şərhini verən zaman materiyanın 
hərəkəti üzərində xüsusilə çox dayanır. Hərəkəti isə cismin 
mexaniki  yerdəyişməsindən  ibarət  olması  qənaətinə  gələ-
rək, hərəkətin kəmiyyətə, keyfiyyətə və məkana görə olma-
sına  inanır.  Formanın  tərkibində  ola  bilən  materiyanın 
müxtəlif hərəkətlərini «Mövcudatın bölgüsü və onun qisim-
ləri» əsərində şərh edib, bu bu hərəkətə aid çoxlu nümunə-
lər göstərir. 
Materiyanın forma ilə vəhdətindən mümkün varlıqların 
təzahür  etmsəini  və  formanın  məhv  ola  bilməsi  ilə  ma-
teriyanın  məhedilməzliyi  arasındakı  fərqi  izah  edərkən  bu 
mövzuya  aid  misallar  gətirir.  Öz  baxışlarının  doğruluğunu 
hər  hansı  bir  metal  əşyanın  məhvi  onun  metal  olmasının, 
metallığının arasındakı fərq kimi izah edir.  
Birləşməyə  hər  zaman  təbii  meyl  edən  sadə  maddələr 
kainatda  mineral,  bitki  və  heyvan  adlı  üç  formada  özünə 
yer  tapdıqda  mücərrəd  varlıqlar  olması  mənasını  itirərək 
real  varlığa  çevirilir.  Digər  mücərrəd  varlıqlardan  fərqli 
olaraq,  mineral,  bitki  və  heyvanlar  real  varlıqlardır  və  bu 
real varlıqlar isə heç zaman forma materiyadan ayrı ola bil-
məz. Ərəbdilli ədəbiyyatlarda əl-həyulə və əl- maddə kimi 
göstərilən materiya isə bütün aristotelçilər üçün maddi dün-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə