Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə16/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
48        
toplusu», «Cəbr  və müqabilə»,  «Bağdadın  tarixi»,  «İşığın 
əks  olunması  və  sınması  haqda  risalə»,  «Evklid  optikası», 
«Göy  qurşağının  öyrənilməsinə  dair  risalə»,  «Qiymətli 
daşlar  haqqında  kitab»,  «Tibb  qanunları»,  «Dövlət  maliy-
yəsi haqqında risalə», «Xoşbəxt günlərin seçilməsi», «Dai-
rənin ölçüsü», kimi əsərləri də öz yerini tutmuşdur.  
Bunladan  başqa  filosofun  fəlsəfəyə  aid  yazdığı 
əsərlərdə  «Başlanğıc  və  son»,  «Ruhun  həqiqiliyi  haq-
qında»,  «Vacibin  isbatı»,  «Fəlsəfi  işarələrin  şərhi», 
«Hikmətin  növləri»  də  özünəməxsus  yer  tutur.  Tusinin 
«Başlanğıc  və  son»  kimi  tərcümə  olunan  «Ağazü  əncam» 
və yaxud «Məbdə və məad» əsəri eyni zamanda «Təzkirə» 
(«Nəsihət») kimi də tanınır.  
Tusi bu əsərində axirət dünyası, qiyanət günü haqqında 
müfəssəl  məlumat  verir  və  cənnət  və  cəhənnəmdə 
insanların ictimai siyasi mənşəyindən asılı olmayaraq əməl 
dəftərlərinə görə siniflərə bölünəcəyinin bildirir.  
Tusinin  qələmə  aldığı  «Övsafül  əşraf»  («Alicənab 
insanların  xarakterləri  və  keyfiyyətləri»)  risaləsində  onun 
teologiyaya dair fikirləri toplanmışdır. Müqəddəs «Qurani-
Kərim»dən  çoxlu  ayələr,  hədislər  və  müdrik  sözlərin 
çoxluq  təşkil  etdiyi  bu  əsərdə  hərəkətin  və  imanın  əsl 
mahiyyəti işıqlandırılmışdır. 
N.Tusinin  məntiqə  dair  fikirləri  onun  «Təcrid  əl-
məntiq» və «Şərh ül-işarət» əsərlərində öz əksini tapmışdır. 
O,  «Təcrid  əl-məntiq»  əsərinin  4-cü  fəslində  klassik 
Aristotel  məntiqinin  predikativ  sillogizmlərlə  bağlı  olan 
əsas  müddəalarının  izahını  vermişdir.  Böyük  alimin  bu 
izahı demək olar ki, müasir formal məntiq üsulubla eyniy-
yət  təşkil  edir.  Tusinin  «Şərh  ül-işarət»  əsərində  hökmlər, 
sillogizmlər,  induksiya  və  analogiya  kimi  məntiqi  termin-


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
49 
ləri  geniş  izah  olunur.  Sillogizmləri  sadə    və  mürəkkəb 
olmaqla  iki  qisimə  bölən  Tusi  sadə  sillogizmlərin  də  öz 
növbəsində  iki müqəddiməsi olduğunu vurğulayırdı. «Şərh 
ül-işarət»  əsərdə  eyni  zamanda  sofistik  sillogizmlər 
haqqında da ətraflı məlumat verilir.  
Tusinin  ictimai-siyasi  düşüncələrinin  toplandığı  əsər-
lərin içərisində «Qədim şahların adət və ənənələri haqqında 
traktat», «Qanunnamə» və «Əbək xana nəsihətlər» əsərləri 
də  özünəməxsus  bir  yer  tutur.  Bunalardan  başqa  Tusinin 
optikaya,  tibbə,  iqtisadiyyata  və  astrologiyaya  aid  olan 
əsərlərinin içərisində «İşığın əks olunması və sınması haq-
da  risalə»,  «Evklid  optikası»,  «Göy  qurşağının  öyrənilmə-
sinə  dair  risalə»,  «Qiymətli  daşlar  haqqında  kitab»,  «Tibb 
qanunları»,  «Dövlət  maliyyəsi  haqqında  risalə»,  «Xoşbəxt 
günlərin seçilməsi» və başqalarını misal çəkmək olar.  
Bu  dahi  alimin  böyük  həvəslə  və  məsuliyyət  hissi  ilə 
qələmə aldığı əsərlərə dünyanın bir sıra məşhur kitabxana-
larında  və  muzeylərində  rast  gəlmək  mümkündür.  İn-
giltərənin,  Fransanın,  Almaniyanın,  İtaliyanın,  Rusiyanın, 
Misirin, Türkiyənin ən nüfuzlu və ən mötəbər dairələrində 
Tusinin əsərləri ciddi bir şəkildə mühafizə olunur. 
Bir çox tədqiqatçılar Tusinin Təbriz şəhərində müxtəlif 
elmləri  özündə  ehtiva  edən  akademiya  yaratdığını  qeyd 
edirlər. Bu akademiyada dövrün bütün elmlərinin tədrisi ilə 
məşğul  olan  çoxsaylı  alim  kütləsinə  N.Tusi  rəhbərlik 
edirdi.  Tusinin  banisi  olduğu  Təbriz  akademiyasının  nəz-
dində 67 müalicə evi fəaliyyət göstərirdi.  
Tibbdə  statik  metodu  tətbiq  edən  bu  böyük  alim 
akademiyada  baytarlıq  şöbəsi  də  ayırmış  və  baytarlığa  aid 
«Fərəcnamə» («Xöşbəxtlik kitabı») adlı bir əsər də yazmışdı. 
Ensiklopedik  filosofun  qələmə  aldığı    «Cavahirnamə» 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
50        
(«Qiymətli  daşlar  haqqında  kitab»)  əsərində  isə  qiymətli 
daşların  və  mədənlərin  xarakterik  xüsusiyyətləri    barədə 
söhbət  açılır.  Tusinin  qələmə  aldığı  «Risaleyi-Tibb»  («Tibb 
kitabı»)  və  «Cəvahirnamə»  («Qiymətli  daşlar  haqqında 
kitab»)  əsərlərdə  mineralların  və  başqa  təbii  müalicə 
vasitələrinin xarakterik xüsusiyyətlərindən söhbət açır.  
Tusinin  «nəfs  elmi»  deyə  adlandırdığı  psixologiya 
elminə  dair  irəlisürdüy  fikirlər  əsasən  «Əxlaqi-Nasiri»  və 
«Övsafül  əşraf»  («Alicənab  insanların  xarakterləri  və 
keyfiyyətləri») əsərlərində  toplanmışdır.  Bu əsərlərdə  Tusi 
psixoloji  keyfiyyətlərin  izahını  vermiş,  bu  anlayışları 
düzgün  və  maraqlı  bir  səpkidə  şərh  etmişdir.  «Tusi 
psixologiyanı-  nəfs  elmini  təbiət  elmləri  təsnifatına  daxil 
etmiş, «nəfs» anlamı altında ruh, psixika, mənəviyyat, ağıl, 
şüur  və  iradənin  ahəngdarlığını  zəruri  saymışdı.  O,  insan 
xarakterinin iradi və ixtiyari aşılama (tərbiyəvi təsirlə) yolu 
ilə dəyişdiyini qeyd etmişdi.» (3, səh.669). 
Tarixə  aid  yazdığı  əsərlər  içərisində  əsasən  Hülakü 
xanın  tərcümüyi-halı  və  monqol  qoşunlarının  Bağdadı 
alması kimi  tarixi hadisələrdən  bəhs  edir.  İsmaillilərin də 
əsrlərlə  sürən  fəaliyyəti  və  bu  təriqətin  əsas  ideyalarından 
da  əsərlərində  bəhs  edir.  «Bağdadın  tarixi»  əsərində  Tusi 
bu  nüanslara  xüsusi  diqqət  yetirmiş  və  eyni  zamanda 
Şərqin  bu  böyük  şəhərinin,  təhsil,  elm  və  mədəniyyət 
mərkəzinin  tərəqqi  və  çiçəklənmə  dövrü,  bu  şəhərin  keş-
məkeşli və faciəli tarixi işıqlandırılmışdır. 
Əruz vəzninin qaydaları və ayrı-ayrı bəhrlərin formaları 
haqqında  da  Tusi  öz  qeydlərini  aparmışıdır.  Tusi  məntiqə 
həsr etdiyi «Əsas ül-iqtibas»ın («İqtibasın əsasları») 10-cu 
fəsli və «Meyar üş-şeir» («Şeirin meyarı») adlı əsərində də 
ədəbiyyat  nəzəriyyəsindən  bəhs  edir.  Gözəl  şeir  yazmaq 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə