Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə24/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
72        
yə görə mürəkkəb cisimlərin tərkib ünsürü olan odlu hissə-
ciklər efirdən enməyərək Yer üzərində mövcud olmuşdur. 
Tusi    bu  barədə  antik  yunan  fəlsəfəsində  iki  fikrin 
olmasını göstərərək Anaksaqorun fikirlərinin izahına diqqət 
yetirmişdir.  Cismin  keyfiyyətinin  özündə  mövcud  olması 
və  ya  xaricdən  daxil  olması  haqqındakı  mülahizələrdə 
problemin  dürüst  izahını  məzacda  görürüdü.  Anaksaqorun 
və  ona  zidd  olan  filosofların  düşüncələrindəki  oxşar  və 
fərqli  cəhətləri  izah  edərkən  Tusi  barışdırıcı  mövqedən 
çıxış etmişdir. 
Çevrilmənin  nəticəsində  istiliyin  yarandığını  və  bu 
yaranmanın izahına aid beş sübut gətirən Tusi bu fikrin də 
isbatına  yer  ayırmışdır.  Sürtünmədən  qızışan  cismin  od 
olmadan  yanması,  müxtəlif  cismdən  düzəldilmiş  qablarda 
suyun  eyni  vaxtda  qızması,  ağzı  tıxanmış  qabın  qızması, 
səhəngin suyunun oda çevriləndən sonra partlaması, buzun 
üstünə  qoyulmuş  cismin  soyuq  olması  Tusinin  çevrilməyə 
dair gətirdiyi dəlillərdir. 
Maddi  substansiyaların  tədqiqindən  sonra  qeyri-maddi 
substansiyaların  haqqında  məlumat  verən  Tusi  nəfs  və  əql 
barədə  öz  şəxsi  mülahizələrini  peripatetizm  və  işraqilik 
fəlsəfəsi  cəhətdən  mülahizə  edir.  Mücərrəd  substansiyalar 
olan nəfs və əql, maddi substansiyalar olan materiya, forma 
və cisim kimi geniş izah edilmişdir. Nəsirəddin Tusiyə görə 
göyə  və  yerə  aid  olan  nəfslərdən  fəaliyyətin  yaranması 
mümkündür.  İdrak  və  hərəkətə  malik  olan  göy  nəfsi  təbii 
hərəkətlə dövr edərək kainatın əqli fəaliyyətini izləyir. Göy 
nəfslərinin əgər məqsədi olsaydı, o, öz məqsədinə çatdıqda 
fəaliyyətini  dayandırar,  yaxud  da  məhdud  bir  hədəfə 
çatmağa  can  atardı.  Bütün  bu  proseslər  göy  nəfsində 
mövcud olmadığı üçün o, ümumi bir əqlə məxsusdur. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
73 
Nəbati,  heyvani  və  insani  adlı  üç  qrupda  fəaliyyət 
göstərən  yer  nəfsi,  əlaqəli  və  əlaqəsiz  surətdə  qidalanma, 
boy  atma,  törətmə,  dərk  etmə,  iradi  hərəkət  ünsiyyət  for-
malaşmışdır.  
Ümumiyyətlə,  bəzi  fikirlərində  dialektik  ünsürlərə  də 
meyl  edən  filosof  burada  da  inkişaf  ardıcıllığını  əsas 
götürmüşdür. Minerallara təkcə aid edilməyən nəfs anlayışı 
digər  mürəkkəb  cisimlərin  materiyalarını  formada  aktual 
edir. Nəfsin bədənlə bağlı olmasına geniş izah verən filosof 
nəbati,  heyvani və  insani nəfslərin oxşar  və  fərqli cəhətlə-
rini  ayırmağa  cəhd  göstərmişdir.  Qidalanma,  boy  atma  və 
törətmə  kimi  xassələri  nəbati  nəfsə,  əlavə  olaraq  hiss  və 
hərəkəti  heyvani  nəfsə  aid  edən  filosof  insani  nəfsi  ən 
kamil  nəfs  kimi  qəbul  edirdi.  İnsanın  işlərinin  əvvəlini  də 
məzacda  deyil,  nəfsdə  görərkən  nəfsin  forma  olmasına 
inanırdı. 
Bədənin  ayrı-ayrı  hissələri  ilə  bağlı  olan  nəfs  qidanı 
materiyaya  şamil  edib,  materiyanın  inkişafına  bais  edir. 
Tədricən  kamilləşərək  özünün  son  inkişafını  nitqin 
yaranması  ilə  insani  nəfsdə  sona  çatdırır  və  labüd  olan 
ölüm prosesi baş verincə ruh kimi bədəndə mövcud olur.  
Canlılar  aləmində  təkamül  nəzəriyyəsini  yaradaraq 
nəbati,  heyvani  və  insani  varlıqların  yaranma  mərhələlə-
rində  hər  bir  sonrakının  əvvəlkindən  üstün  fəaliyyətlərə 
malik  olduğunu  göstərir.  Tusi  bunların  bir-birini  vücuda 
gətirməsinə inanaraq,  qeyri-kamillikdən kamilliyə keçməsi 
haqqında da fikir yaratmışdı. 
Ziddiyyət  təşkil  edən  şeylərin  də  nəfsdə  var  olmasına 
aid  müxtəlif  izahlar  verən  Tusi,  bu  məsələni  də  öz  əsər-
lərində sübut etməyə cəhd göstərirdi. Nəfsdə mövcud olan 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
74        
bütün  əksiliklərdən  hansısa  biri  üstünlük  təşkil  edərək 
özünü biruzə verir. 
Tusi  bütün  aristotelçilər  kimi  nəfsin  bədəndən  sonra 
əmələ gəldiyini və bəsit qeyri-maddi substansiya olduğunu 
qəbul  edirdi.  Nəfsin  bədəndən  sonra  mövcud  olmasına  isə 
sübut kimi nəfsin az olmasını gətirirdi. 
Nəfsin  bədəndən  təsirlənməsini  və  əksini  qəbul  edən 
Tusi,  İbn  Sinanın  bu  barədəki  fikirlərinə  diqqər  yetirir. 
Bədənin  müxtəlif  fəaliyyətlərinin  vərdiş  adlanan  hadisəyə 
çevrilməsi  nəfsdə  bədənin  iz  buraxmasına  bir  işarədir. 
Nəfsin  bədənə  göstərdiyi  təsirini  isə  ilahi  mövqedən  şərh 
edərək,  bunların  hansının  harada  üstün  olmasını  nəfslərin 
və məzacların müxtəlifliyi ilə şərh edir. 
Qeyri-maddi substansiyanın digər növü olan əql sadəcə 
insanı  nəfsdə  özünə  məskən  tapması  ilə  sayca  az,  keyfiy-
yətcə üstünlük təşkil edən bir substansiyadır. Emanasiyanın 
yaratdığı ilk əql və doqquz göysferasına aid olan on fəal əql 
mövcuddur.  Göy  nəfsinə  malik  olan  bu  əqllərdən  başqa, 
yerdə  mövcud  olan  insani  nəfsə  malik  olan  əql  də  vardır. 
İnsani əql adlandırılan bu əql isə potensial və ya maddi əql  
və vərdişlə olan əql adlı iki qrupda təşəkkül tapır. İnsanda 
mövcud  olan əql onu  yer üzünün ən  şərəfli varlığı edir  və 
digər mövcud canlılardan bu səbəbə görə ayrı düşür. 
Göründüyü  kimi  filosofun  əql  haqqındakı  baxışları  da 
peripatetizin  təsiri  altında  şərh  etmişdir.  N.Tusi  əql 
haqqındakı  fikirləri  də  Fərabi,  İbn  Sina  və  Bəhmənyarın 
fəlsəfəsinin ardını təşkil edir. 
N.Tusi  məşşai  filosofalarından  fərqləndirən  əsas 
cəhətlərdən  biri  onun  cismani  həşr,  yəni  ölümdən  sonra 
dirilmə  ilə  əlaqədar  olan  fikriləri  irəli  sürməsi  idi.  İradə 
azadlığına  böyük  önəm  verən  filosof  vacib  varlığın 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə