Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə23/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
69 
simlərin  bu  keyfiyyətini  mənbələrin  zidd  olması  ilə  izah 
edir. 
Mürəkkəb  cisimlərin  tərkib  elementini  təşkil  edən 
ünsürlərin bir mərkəz ətrafında toplanması qənaətinə gəlir. 
Bu  zaman  daha  ağır  cisimlərin  mərkəzdən  uzaqda  yerləş-
məsini də mərkəzə cəzb olunma qüvvəsi ilə bağlayır. 
Ünsürlərin,  yəni  sadə  cisimlərin  arasındakı  qoşalaşma 
adlı  təbiət  hadisənin  izahını  təbii  meyllə  bağlı  olduğunu 
göstərir.  Suyun  sahəsindən  havanın  qalxması  və  suyun 
enməsi, havanın sahəsindən odun enməsi, odun sahəsindən 
havanın  enməsi  adlı  altı  qoşalaşmanı  «Problemlərin  həlli» 
adlı əsərində fərqləndirmişdir. 
N.Tusi  yə  görə  cisimlərin  keyfiyyətə  görə  dəyişmələri 
zamanda, formalarına görə dəyişmələri isə qəflətən baş ve-
rir.  Bir  formadan  digərinə  keçid  müddəti  ani  baş  verdi-
yindən məhv olma və meyadana çıxma prosesləri baş verir. 
Ünsürlərin əmələ gəlməsində isə bir-birinə mütabiq olan iki 
ünsürün  biri  digərini  ortaya  çıxartdığını  və  dörd  ünsürün 
nizamlı fəaliyyətini göstərmişdir. Dörd ünsürün nizamlı və 
sabit  hərəkətinə  daxilindəki  dövri  hərəkət  təsir  edir.  Bu 
dövri  hərəkətin  pozulması  nəticəsində  isə  yeni  formalar 
yaranır, köhnəlmiş formalar isə pozulub sıradan çıxır. 
Havadan  suyun,  sudan  havanın  əmələ  gəlməsini  izah 
edərkən  məşhur  kəlam  filosofu  Şeyx  Əbülbərəkət  Bağda-
dinin fikirlərinin  yanlış olduğunun isbatına  çalışmışdır. Su 
ilə hava arsında  meydana gəlmə və  məhv olma əlaqələrini 
inkar  edən  mütəkəllimlərin  ideyalarını  təbiətşünaslıq  dün-
yagörüşü cəhətdən təkzib etmişdir. 
Odun öz fəaliyyəti nəticəsində havaya, havanın da oda 
çevrilməsinə  hava  ilə  od  arasında  qoşalaşma  kimi  baxan 
Tusi  bu  sahədə  əsasən  İbn  Sinanın  baxışlarına  və  izahına 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
70        
əsaslanırdı.  Od  yanarkən  havayla  əlaqəyə  girməsindən  və 
odun  əvvəlki  istiliyinin  qalmamasından  bunlar  arasında 
çevrilmə  yaranır.  Bu  oxşar  çevrilməni  havadan  da  güclü 
üfürmə  zamanı  od  yaranmasında  görən  Tusi  od  və  hava 
arasında olan bağlılıqdan, qoşalaşma hadisəsini bunlara da 
şamil etmişdi. 
Su ilə torpaq arasında baş verən prosesləri təbii meyllə 
izah edərək üçüncü qoşalaşma anlayışını yaradır. Torpağın 
suya  çevrilməsi  haqqında  İbn  Sinanın  bu  fikirləri  möv-
cuddur:  «Bərk  cisimlərin  axan  sulara  çevrilməsi  hadisəsi 
mexaniklərə məlumdur.» Bu qoşalaşmanı izah edərkən bəzi 
kristal  elementlərin  suda  həll  olunmasını  və  suyun  ərp 
bağlayaraq torpağa çevrilməsini misal olaraq göstərir. 
Ünsürü cisimləri müxtəlif mövqeydən izah edən Tusinin 
qənaətincə,  ünsürlərin  müxtəlif  formalarının  özünə  aid 
tərzdə  düzülüşündən  mürəkkəb  cisimlər  yaranır.  Müxtəlif 
növləri  və  müxtəlif  cinsləri  olan  və  dörd  təməl  ünsürdən 
törəyən  bu  cismlər  yuxarıda  göstərdiyimiz  üç  sahəyə 
bölünür.  Bu  bölgü  inkişafı  əsas  tutaraq  mineral,  nəbati  və 
heyvani deyə bölünmüşdür.  Bunların hər biri ayrı-ayrılqda 
növlərə,  siniflərə  fərdlərə  öz  növbəsində  bölünürlər.  Mü-
rəkkəb cisimlərin fərd çoxluğunun səbəbini tək mahiyyətdə 
deyil, dörd ünsürün müxtəlif nisbətində görürdü. 
Mücərrəd olan başlanğıc bütün maddi əsaslara eyni mü-
nasibət göstərmədiyindən yaranmış müxtəlifliklər mücərrəd 
başlanğıcın  müxtəlif  formada  olmasına  şərait  yaradır. 
Təməlini  dörd  maddənin  müxtəlif  tərkibi  təşkil  edən 
mürəkkəb  maddələrin  müxtəlifliyinin  nəticəsində  özündən 
sonra  yarananlar  da  müxtəlif  olur.  N.Tusi  yə  görə  əgər 
formalar  özlərini  törətmiş  və  ya  özlərinə  səbəb  olsaydı, 
müxtəliflik  dörddən  artıq  mövcud  olmazdı.  Tərkiblərin 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
71 
müxtəlif  olması  nəticəsində  yaranmış,  maddi  əsasa  malik 
olan  müxtəlifliklər  onlar  maddiyatının  müxtəlif  zaman 
ərzində  mövcud  və  məhv  olmasına  imkan  verir.  Bunun 
əsasını  isə  filosof  mürəkkəb  maddələrin  orta  məzacda  bir-
birinə təsir göstərməsi ilə izah edir. Orta keyfiyyət məzacı-
nı tərkibi azaldıqda və ya artıqda isə keyfiyyət və formada 
yaranmış dəyişikliklər zamanı cismin də məhvi labüddür. 
Filosofun  «Məcmuəyi-rəsail»  əsərində  də  «ümməhat» 
yəni  «Analar»  deyə  adlandırdiğı  dörd  ünsür  barəsində  
fikrilərinə  rast  gəlmək  mümkündür.  «Analar»ın  ən  aşağı 
mərtəbəsində  torpaq,  ondan  yuxarı  mərtəbəsində  su,  sonra 
hava,  sonra  isə  od  yerləşmişdir.  Bu  «Analar»dan  yüksək 
mərhələ  isə  kainat  hesab  olunur.  Həmçinin  «törəmələrin» 
ən aşağı mərtəbəsi mədən, yüksək mərtəbəsi isə nəbatatdır. 
Bu da öz növbəsində həm mədənə, həm də «Analar»a üstün 
gələrək, onları özünə tabe edir. Bu səbəbdən nəbatat inkişaf 
edir. Nəbatatdan yüksək mərhələ isə heyvanat aləmidir. Bu 
da  mədəndən,  nəbatatdan  və  «Analar»dan  üstün  olaraq, 
onları  özünə  tabe  edir,  nəbatatı  öz  xörəyinə  çevirir.  Hey-
vanat  aləmindən  yüksək  mərhələ  isə  insasndır.  Bu  da  öz 
növbəsində  Heyvanatdan,  mədəndən,  nəbatatdan  və 
«Analar»dan  üstün  olaraq,  onları  öz    cisminə  tabe  edir. 
İnsan  öz  ağlı  və  nitqi  ilə  dörd  ünsürdən:  mədəndən, 
nəbatatdan  və  heyvanat  aləmindən  fərqlənərək,  çoxlu 
elmlərin  və  incə  sənətlərin  meydana  çıxmasında  xüsusi 
məharətə malkidir.» (24, səh.4). 
Məzac  sadə  cisimlərin  formasını  saxlayaraq,  keyfiyyət 
dayaqlarının dəyişilməsilə özü də dəyişikliyə uğrayır. Çün-
ki, cismin keyfiyyəti materiyaya təsir göstərərək, onun xa-
lisliyini  yaratmış olur. Bəzən formaların pozulması nəticə-
sində bir-birinə  zidd olan keyfiyyətlər  yarana bilir. N.Tusi 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə