Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə22/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
66        
nın varlığı vacib surətdə mövcud olan təbiilər üçündür. Yu-
xarıda  göstərdiyimiz  kimi  təbiətşünas  filosoflar  cisimləri 
sadə və mürəkkəb olmaqla da iki qrupa bölmüşdü. Bunların 
haqqında bir az bəhs etmişdik, Tusi sadə cisimlərin qurluşu 
barədə  dörd  konsepsiyanın  mövcudluğunu  xatırlayıb,  so-
nuncunu öz dünyagörüşünə uyğun bilib, peripatetik əsaslar-
la təhlil etmişdir. 
Bu  dörd  konsepsiyanın  fikirlərini  ətraflı  surətdə  şərh 
edərək, atomistlərin, mütəkkəlimlərin və ilahiyyatçıların ci-
sim haqqındakı düşüncələrinə peripatetizimin məntiqli ide-
yaları  ilə  qarşı  qoyur.  Sadə  cisimlərin  müxtəlifliyini  təkcə 
fiqurlarda görən atomistlərin və cismin sonsuz sayda atom-
lardan mövcud olması haqqında mütəkkəlimlərin fikirlərini 
tamamilə  rədd  edən  Tusi  cismin  zərrəciklərdən,  hissəcik-
lərdən ibarət olması fikri ilə razılaşır. Lakin, gerçək surətdə 
mövcud olan cisim hissəcikləri sonsuz bölünməyə qadirdir. 
Bu dörd fərziyyədən atomistlərin cisim haqqındakı fikirləri 
Tusiyə görə əsassız və qeyri-mümkün mülahizələrdir. 
Materiya və formanın nisbətindən meydana çıxan cisim 
mahiyyətə  malik  olmaqla,  eyni  zamanda  maddi  dünyanın 
özəyini də yaratmışdır. Sadə cisimlərin təbii formasının tə-
bii kürə olmasına və bütün cisimlərin özünəməxsus forması 
olmasına inam bəsləyirdi. Tusiyə görə hər bir ayrı cisimin 
məkanı  və  bu  məkanın  sərhədləri  vardır.  Bütün  cisimlərin 
sonlu  olmasına  digər  məşşaşi  filosofları  ilə  Tusi  eyni  qə-
naətə gəlirlər. Cisimlərin sonlu olmasına, onların məhv ol-
masının  səbəbini  dörd  ünsür  arasındakı  müvazinətin 
pozulmasında görür. 
Cismi  digər  cisimlərdən  fərqləndirən  məkanı  onun 
əhatəsində  yerləşən  digər  cisimlər  üçün  pozulmaz  bir  sər-
həd  yaradır.  Və  elə  bu  səbədəndir  ki,  bir  cisim  bir-biri  ilə 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
67 
ziddiyyət  təşkil  edən  iki  xüsusiyyəti  qəbul  edə  bilməz. 
Müəyyən  səbəbin  nəticəsində  isə  cisim  bəzi  keyfiyyət  də-
yişikliklərinə  məruz  qala  bilər.  Məsələn,  cisimi  qızdırmaq 
nəticəsində qızır, soyutmaq nəticəsində isə soyuyur. 
Sadə cisimləri öz keyfiyyətinə görə fərqləndirərkən Fa-
rabinin bu barədə yaratdığı ideyalara öz dəstəyini verir. Ən 
bərk cismin torpaq, ən yumşaq və axarlığa doğru çox meyl 
edənin  hava,  ən  aşağı  tempuraturda  bərqərar  olanın  su,  ən 
yüksək tempuraturda isə varlığını qoruya bilənin od olması 
qənaətinə gəlir. Tusi «İşarələr və qeydlər» adlı elmi-fəlsəfi 
traktatında  bu  mövzuya  ətraflı  və  konkret  fikirləri  ilə 
toxunmuşdur. 
Bütün  cisimlər  eyni  bir  substansiyadan  yarandığı  üçün 
eynilik təşkil edir, biri digərinə çevrilir. Formaca müxtəlif-
lik təşkil edən cisimllərin ən saf halı göylər aləmində möv-
cuddur.  Yer  üzərində  isə  materiya  cəhətdən  eynilik  təşkil 
etsələr  də,  saflığına  və  nəcibliyinə  görə  müxtəliflik  yaran-
mışdır.  Buna  səbəb  isə  onların  bir-birindən  fərqli  formaya 
malik  olmaları  və  mahiyyət  etibarilə  formaların  dəyişkən 
olmasıdır. 
Hərəkətin  və  məkanın  da  cismə  xas  olmasına  və  hərə-
kətin müxtəlif növlərə bölünməsinə də dair Tusi fəlsəfəsin-
də  fikirlər mövcuddur. Bu fikirləri də İbn Sina və Bəhmən-
yar  dünyagörüşünə  əsaslandıran  Tusi  dairəvi  hərəkəti  və 
düzxəttli hərəkəti bir-birindən fərqləndirmişdir. Dairəvi hə-
rəkəti düz xəttli hərəkətdən fərqli olaraq məkandan məkana 
deyil, bir vəziyyətdən başqa bir vəziyyətə doğru meyl edir. 
Əgər cisim özünə zidd olan digər cisimlə yaxınlaşmış-
dırsa,  onun  hərəkəti  düzxətlilikdən  dairəviliyə  doğru  meyl 
etmiş  olur.  Bunun  digər  bir  nəticəsində  isə  cisimin  sürəti 
ləngimiş  olur.  Filosofun  təbirincə  desək,  göy  cismlərinin 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
68        
hamısında, ünsüri cismlərin isə öz daxilində dairəvi hərəkt 
mövcuddur.  Cisimlərin  daxilində  gedən  hərkət  nəticəsində 
əmələgəmə  (kövn)  baş  verir.  Həmin  hissəciklərin  kürələş-
məyə  olan  meylinin  nəticəsində  hissəciklər  bir-birindən 
qopub  ayrılır  və  təklənmə  aləmi  meydana  çıxır.  Dairəvi 
hərəkət  edən  cisimlərin  ən  səciyyələndirici  xüsusiyyəti 
hansısa bir mərkəzin ətrafında dövr etməsidir. 
Aristotel  fəlsəfəsində  hərəkət  kateqoriyası  böyük  ma-
hiyyət  kəsb  etdiyindən  bu  termininin  izahına  aristotelçi-
lərdə  nəzər  yetirmişlər.  Düzxəttli  hərəkətin  nəticəsində 
qalxma  və  düşmə  hadisələri  yaranmışdır  ki,  bu  da  cismin 
mərkəzdən və ya mərkəzə istiqamət olması ilə izah olunur. 
Təbii  hərəkətin  dövri  və  düzxəttli  hərəkət  olmasının 
izahını verdikdən sonra, məcburi hərəkəti və aksidensiyaya 
görə  olan  hərəkəti  fərqləndirmişdir.  Aksidensiyaya  görə 
olan hərəkət və məcburi hərəkət birinci göstərilən təbii hə-
rəkətdən əsaslı bir surətdə ayrıılıq təşkil edir. Cisim hərəkət 
edən  başqa  bir  cisimin  tərkibində  olduqda  aksidensiyaya 
görə olan hərəkət baş verir. Bu zaman cisim özünə aid ol-
mayan yerdən yenə də özünə aid olmayan yerə köçür. Mi-
sal olaraq şkafın içərisindəki əşyaların hərəkətini göstərmək 
olar. 
Cisim aid olduğu yerdən digər aid olduğu yerə, mahiy-
yətindən  kənar  bir  səbəb  ilə  hərəkət  etdirdiyi  zaman  məc-
buri  hərəkət  baş  verir.  Məcburi  hərəkətin  ən  səciyyəvi  cə-
həti digər  bir cismin təsiri ilə  yaradılmasıdır. Bunların hər 
ikisi  özündən  olan  təbii  hərəkətdən  fərqli  keyfiyyətə  ma-
likdir. 
Od, su, hava və torpaq kimi sadə cisimlərin keyfiyyətini 
izah  etdikdən  sonra  onların  bir-birinə  zidd  olmasını  gör-
müşdür.  Bunlardan  müxtəlif  təsirlərə  malik  olan  sadə  ci-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə