Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə30/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
91 
arxalanmalı, xalqın psixologiyasına bələd olmalıdır. Çünki, 
dövlət başçısı dar gündə yalnız sədaqətli rəiyyətin köməyilə 
xilas ola bilər. 
Belə  dar  günlərdən  biri  olan  müharibə  zamanı  dövlət 
başçısı dörd prinsipi əsas tutmalıdır. 
1.
 
Əgər  dövlət  başçısının  müharibəni  hərbi  yolla 
qazanmağa nail ola bilmirsə o zaman sülh bağlamalıdır. 
2.
 
Dövlət  başçısı  müharibə  etdiyi  zaman  sərkərdələrin 
məsləhətini dinləməlidir. 
3.
 
Xoşagəlməz  ehtimalları  nəzərə  almalı,  bu  barədə 
tədbir tökməlidirlər. 
4.
 
Qələbə  çaldığı  zamanda  da  ehtiyat  və  ədalət 
prinsipini əsas tutmalıdır. 
Göründüyü kimi Tusinin humanizm  ideyaları möhkəm 
təməllərə  əsaslanırdı.  Tusi  qələmin  yəni  elmin  gətirdiyi 
faydalardan  söz  açır,  qılıncın  yəni  mühaibənin  gətirəcəyi 
fəsadları  pisləyirdi.  İnsanpərvərliyi  ilə  tanınan  mütəfəkkir 
müharibə  vaxtı  düşməni  öldürməkdən  çox  əsir  tutmağa 
üstünlük  verirdi.  Əgər  əsir  öldürülərsə  bunun  dövlətə  heç 
bir  faydası  yoxdur,  əgər  əsir  öldürülməsə  onlardan  biyar 
işlərində  işlətmək,  girov  qoymaq,  hansısa  bir  əmlakla 
dəyişdirmək, əsiri minnət qoymaqla əfv etmək də olar.  
Tusi qələmin dörd faydasından bəhs edir: 
1.
 
Cəmiyyətdə elmin oynadığı funksiyanı artır. 
2.
 
İnsanları gizli xəbərlərdən aşkar edir. 
3.
 
Sözlərin xatırlanmasında böyük rol oynayır. 
4.
 
Həqiqətləri xalqa çatdırır. 
Qələmin  gücü  qılıncın  gücündən  üstün  olduğu 
səbəbdən  dövlət  başçısının  bilikli  olması  zəruri  şərtdir, 
dövlət  başçısının  qələmə  və  qələm  əhlinə  hörmət  etməsi 
dövlətin tərəqqisinə müsbət təsir edir. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
92        
Filosof  öz  dövrünün  haqsızlıqları  qarşısında  boyun 
əyməməyi  məsləhət  görürüdü.  Əvvəllər  haqsızlıqdan  xilas 
olmaq üçün ilahi qüvvəyə sığınmasını məsləhət görən Tusi 
sonralar  ilahi  qüvvəninin  haqsızlığın  qarşısını  almasında 
həlledici  rol  oynamadığı  qənaətinə  gəlir.  Müdrik  alim  öz 
zəmanəsinin  adamlarına  çalışmağı,  azadlığa  doğru  can 
atmağı məsləhət görürdü. Saray çəkişmələri zamanı təcrübə 
toplayan  uzaqgörən  vəzir  Nəsirəddin  Tusi  öz  xalqını 
monqol  qəsbkarlarının  zülmündən,  işgəncələrindən  xılas 
etmək üçün bütün mübarizə vasitələrindən istifadə etmişdi. 
Dövlət  başçısının  kamilliyi  onunla  xarakterizə  olunur 
ki, sülh lazım olduğu zaman müharibəni tərcih etməsin, əks 
tərəflə saziş bağlamaq  üçün əlindən gələn bütün vasitələrə 
əl  atmalıdır.  «Düşmənləri  yola  gətirib  onlarla  saziş 
bağlamağa  səy  göstərməli  və  ehtiyatlı  olmaldır,  lakin  elə 
etməlidir  ki,  müharibə  və  olüb-öldürməyə  ehtiyac 
qalmasın. Müharibəyə ehtiyac yarandıqda isə iki haldan biri 
olacaqdır: ya hücum edəcək, ya da müdafiəyə keçəcəkdir.» 
(31, səh. 234). 
Qarşıdurmalar  zamanı  müharibə  ən  son  vasitə  olduğu 
üçün  ordu  rəhbərliyi  cəsur,  sadiq  və  təcrübəli  hərbiçiyə 
tapşırılmalı  və  dövlət  başçısı  qətiyyən  döyüşdə  iştirak 
etməməlidir.  Müharibə  zamanı  dövlət  başçısı  özünü  təm-
kinli  aparmalı,  düşməni  zəif  hesab  edərək  çılğınlığa  əl 
atmamalıdır. 
Nəsirəddin  Tusi  siyasi  hakimiyyət  barədə  fikir  bil-
dirərkən  bu  məsələyə  dini  nöqteyi-nəzərdən  yanaşırdı.  Bu 
da dahi alimin yaşadığı dövr üçün çox təbii bir hal idi, belə 
yanaşma  dövrün  real  tarixi  mənzərəsi  konteksinin  əsas 
özünəməxsus və spesfik xüsusiyyətlərindən biri idi. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
93 
Diplomatik  ənənələri,  beynəlxalq  siyasəti  mükəmməl 
bilən  hökmdar  təkcə  ölkənin  daxili  siyasətini  deyil,  eyni 
zamanda  ölkənin  xarici  siyasətini  də  uğurla  aparmalıdır. 
Ölkədə  nizam-intizam  bərpa  etmək  üçün,  hərc-mərcliyin 
qarşısını  almaq  üçün,  beynəlxalq  səviyyədə  dövlətin 
nüfuzunu  qoruyub  saxlamaq  üçün  qılınc  əhlini  yəni,  hərbi 
gücü  daima  nəzarət  altlna  almaq  lazımdır.  Çünki,  hərbi 
gücün  nəzarət  altından  çıxması  dövlətin  sonu  deməkdir. 
Dövlət  başçısı  hərbi  qüvvənin  nəzarətdə  saxlamaq  üçün 
dörd prinsipi rəhbər tutmalıdır: 
1.
 
Ordunu maliyyə cəhətdən təmin etmək
2.
 
Vəzifə bölgüsünə düzgün riayət eləmək
3.
 
Ordu  içərisində  fərqlənənlərə  daima  diqqət 
göstərmək; 
4.
 
Qəniməti hərbiçilər arasında düzgün bölmək
Dövlətin möhkəmlənməsində təməl ünsürlərdən sayılan 
vergi toplanması barədə də Tusi öz müddəalarını irəli sürür. 
Dövlət  başçısı  dörd  təbəqənin  nümayəndələrində  vergi  ala 
bilər.  Əkinçilər,  tacirlər,  maldarlar  və  quşçulardan  alınan 
vergi dövləti iqtisadi cəhətdən möhkəmləndirməlidir.  
Ə.Fərabinin «Xeyirxah şəhərin sakinlərinin görüşlərinə 
dair»  əsərindəki  və  N.  Gənəcəvinin  «İsgəndərnamə» 
əsərinin  birinci  hissəsindəki  utopik  fikirlərdən  bəhrələnən 
Tusinin  arzuladığı  yeni  cəmiyyətdə  insanlar  azadırlar.  Bu 
cəmiyyətdə  bərabərlik  hökm  sürdüyündən  əhali  içərisində 
varlı və yoxsul təbəqələşməsi yoxdur. Burada güclü nizam-
intizam hökm sürdüyü üçün cəmiyyətin idarə edilməsi üçün 
xüsusi idarəedici qüvvənin varlığı da lüzumsuzdur. Tusinin 
nöqteyi-nəzərincə  əgər  cəmiyyətdə  düzgün  nizam-intizam 
hökm sürürsə o zaman hökmdarın varlığına bir o qədər də 
ehtiyac  yoxdur.  «Hər  dövrdə,  hər  zamanda  hökmdara 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə