Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə38/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   34   35   36   37   38   39   40   41   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
117 
həbində 12-ci şiə imamı Mehdinin 940-cı ildə mağaraya çə-
kilərək  qeyb  olduğu  və  yalnız  axirət  günü  zühur  edəcəyi 
ideyası imanın əsasını təşkil edir. Onu da qeyd etmək yeri-
nə  düşərdi  ki,  Mehdinin  qiyamət  günü  zühur  edəcəyi  ide-
yası  sünni  məzhəbinin  mötəbər  mənbələrində  də  öz  əksini 
tapmışdır. 
Tusi ibadət dedikdə zəruri varlıq olan Yaradana və Ya-
radana  yaxın  olanlara  sitayiş  edilməsinin  nəzərdə  tuturdu. 
Yaradana  yaxın  olanlar  dedikdə  mələklər,  peyğəmbərlər, 
imamlar,  övliyalar  nəzərdə  tuturdu.  Ali  varlığa  yaxın  olan 
bu  varlıqların  üstün  tutulması  dini  nöqteyi-nəzərincə 
mütləq vacibdir. 
Şəriət  sahiblərinin  halal  və  haram  haqqında  mövcud 
olan əmrlərə də diqqət edilməsi də çox vacibdir. Ən kamil,  
saf  və  təmiz  insan  olan  mütləq  insan  öz  mükəmməlliyi 
nöqteyi  nəzərindən  Allaha  daha  yaxın  ola  bilər.  Bunun 
üçün  mütləq insan şəriət qaydalarına  ciddi əməl etməlidir, 
halal və haram nüanslarına xüsusi diqqət yetirməlidir. 
Mütləq  vücudu,  mütləq  haqq  olan  ali  və  seçkin  varlıq 
olan  Allahın  yanında  mütləq  insan  öz  seçkin  əməlləri  ilə 
özünə  yer  tapa  bilər.  Ruhi  kamillik  və  yaxud  da  ilahi  ka-
millik  anlayışı  kimi  amillər  də  mütləq  insanda  məskən 
salmalıdır. 
Tusi cihad barədə də öz fikirlərini bildirir və qeyd edir 
ki, Yaradanın yolunda cihad etmək məsələsi ortaya çıxdığı 
zaman  bu  barədə  heç  bir  müsəlman tərəddüd etməməlidir. 
Mömin insanların onsuz da gec-tez bi həyatdan gedəcəklə-
rini  vurğulayaraq,  əqidə  və  məslək  yolunda  canlarını  əsir-
gəməyi mömin insan üçün düzgün davranış hesab etmirdi. 
Tusiyə  görə  bir  müsəlman  üçün  cihaddan  qaçmaqdan, 
cihaddan imtina etməkdən böyük rüsvayçılıq ola bilməz. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
118        
Bir şey soruşan, şübhəsiz bir şey bilməlidir. 
E. Benyotez 
III F Ə S Ġ L 
 
TUSĠNĠN KULTUROLOJĠ DÜNYAGÖRÜġÜ 
 
3.1.Tusinin kamillik və müdriklik fəlsəfəsi 
 
Nəsirəddin  Tusinin  geniş  və  çoxşaxəli  yaradıcılığının  
mərkəzi  obyektində  kamil  və  müdrik  insan  problemi  əsas 
yer  tutmuşdur.  XIII  əsrdə  sufi  təriqətlərinin  geniş  vüsət 
tapdığı  bir  zamanda  yaşayıb-yaradan  Tusi  sufi  fəlsəfəsin-
dən  bəhrələnməyə  bilməzdi.  «Əl-insan  əl-kamil»  yəni, 
kamil  insan,  «Əl-insan  əl-həkim»    yəni,  müdrik  insan 
problemi sufilər tərəfindən ortaya atılmışdı. 
Ümumiyyətlə, «Əl-insan əl-kamil» ifadəsini bir termin 
kimi  islam  dünyasında  ilk  dəfə  məşhur  ərəb  alimi 
Mühiyəddin  Əbu  Abdulla  Məhəmməd  ibn  Əli  əl-Hatəmi-
Tai  ibn  Ərəbi  (1163-1240)  işlədib.  islam  irfanının  atası 
hesab  olun  Mühiyəddin  Ərəbidən  sonra  bu  mövzu 
barəsində  çoxlu  mütəfəkkirlər  fikir  söyləmişdir.  Əsasən 
sufi  mütəfəkkirlərinin  toxunduğu  bu  mövzuya  Nəsirəddin 
Tusi də öz münasibətini bildirmişdir. 
Böyük  alim  zəmanəsinin  ən  məşhur  sufi  alimləri  ilə 
dostluq  etmiş  və  çox  güman  ki,  sufilərlə  fikir  mübadiləsi 
aparmışdır.  Sufilər  isə  insanın  kamilliyinə,  onun  müdrik-
liyinə böyük önəm verirdilər. 
Məşhur Azərbaycan fəlsəfə tarixçisi Zakir Məmmədov 
«Şihabəddin  Yəhya  Sührəvərdi  (həyatı,  yaradıcılığı  və 
dünyagörüşü)»  adlı  kitabında  orta  əslərin  məşhur  təsəvvüf 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
119 
mütəfəkkiri,  Sührəvərdilik  adı  altında  geniş  yayılmış  
təriqətin  banisi,  Azərbaycan  filosofu  Şihabəddin  Yəhya 
Sührəvərdinin  yaratdığı  işraqilik  fəlsəfi  təliminin  Nəsirəd-
din  Tusinin  dünyagörüşünə  və  eyni  zamanda  onun  şagird-
lərinin yaradıcılığına böyük təsir göstərdiyini qeyd edərkən 
yazırdı. 
Tusiyə görə hər bir insan özünü kamilləşdirmək, özünü 
təkmilləşdirmək  yolundan  keçə  bilər.  «İnsanların  hamısı 
özlərinin mənfi xüsusiyyətlərini aradan qaldıra bilər. Bunun 
üçün onlar haqq yoluna qayıtmalı, Uca Yaradanın bizə bəxş 
etdiyi  ağıl  və  təfəkkürdən  bacarıqla  istifadə  etməlidirlər. 
Əgər  insan  bu dünyaya  nə  üçün  gəldiyini anlaya bilmirsə, 
deməli,  o,  özü  özünü  anlaya,  haqq  yoluna  qayıda 
bilməyəcək.  Ağıl  insana  ona  görə  verilib  ki,  nəyin  pis, 
nəyin yaxşı olduğunu ayırd edə bilsin.» 
Sufilər  kimi  Tusi  də  insanlara  öz  nəfsini  qorumaqla 
kamilləşməsinə  inanırdı.  «Kim  bu  dünyanın  müvəqqəti 
olduğunu  dərindən  dərk  edə  bilsə,  o,  dünya  malına 
aldanmayacaq  və  nəfsini  pisliklərdən  qoruya  biləcək. 
Nəfsini  saxlaya  bilən,  onun  qulu  olmaq  təhlükəsindən 
özünü sığortalayan hər bir insan haqq divanına alnıaçıq və 
üzüağ gedəcək.» 
Əgər  insanın    özünü  təkmilləşdirməsinə  mane  olan 
səbəblər  özünü  biruzə  verməsə  bu  zaman  ideal  insan 
prototipi  ortaya  çıxmış  olur.  Tusinin  nöqteyi-nəzərincə 
insanın kamilləşməsində, onun ideal bir şəxs kimi bərqərar 
olmasında,  hər  bir  şeydən  öncə,  insanın  heyvani  arzu  və 
şəhvani istəkləri mane olur. 
İnsanın mədəniyyət yaradan müstəqil və azad fəaliyyət 
qabiliyyətinin səbəbi onda şüurun, idrakın olmasıdır. Artıq 
intibah dövründə «ağıllılıq» «insanlıq» təzahürü kimi qəbul  


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə