Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə39/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   35   36   37   38   39   40   41   42   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
120        
edilirdi.  Çünki  məhz  ağılın  olması  insana  təbiət  cismi  və 
allahın əlində oyuncaq kimi deyil, şəxsi mənəvi məhsuldar 
qüvvəyə  malik  məxluq  kimi  fəaliyyət  göstərmək  imkanı 
vermişdir.  Beləliklə  insanın  fəaliyyəti  şüurun  fəaliyyətinə 
bərabər tutulur. 
Nəsirəddin  Tusinin  qələmə  aldığı  «Əxlaqi-  Nasiri» 
əsəri  həm  sistematikliyi  cəhətdən,  həm  də  məzmun  baxı-
mından  İslam  dinində  əxlaq  düşüncəsinin  kamillik 
dönəminin  ən  önəmli  örnəyidir.  Tusi  dünya  şöhrətli  «Əx-
laqi-Nasiri»  əsərində  şəhvəti  və  paxıllığı  pisləyir,  bu 
nüansların  heyvani  xüsusiyyət  olduğundan  insanın    kamil 
və  müdrik  bir  şəxs  kimi  formalaşması  yolunda  əngəllər 
törədir. 
Kamillik  haqqında  fikirlərini  «Övsafül  əşraf»  («Alicə-
nab  insanların  xarakterləri  və  keyfiyyətləri»)  əsərində  da-
vam etdirən mütəfəkkir insanların bu yolda Allaha sığınma-
sını  məsləhət  görürdü.  «İnsan,  hər  şeydən  öncə,  kamilliyə 
gedən  yolda  Uca  Allaha  sığınmalı,  bütün  fəaliyyətini  də 
bunun  üzərində  qurmalıdır.  O,  həqiqəti  sevməli,  səbirli 
olmalı,  sağlam  həyat  tərzi  keçirməli,  yaxşılıq  etməyi 
özünün həyat idealına çevirməlidir.» (28, səh.14). 
Kamilləşmə  yolunu  tutan  şəxs  maddi  tələbatlara  deyil, 
mənəvi tələbatlara önəm verməlidir. Kamil və müdrik insan 
kimi  yetişmək    istəyən  hər  bir  şəxs  üçün  mənəvi  tələ-
batların  təmin  edilməsində  ən  zəruri  amillərdən  biri  hesab 
olunan  elmi  biliklərin  toplanması  prosesi  ön  plana 
gətirilməlidir. 
İnsanın  elmi  və  əməli  fəaliyyətinin  nəticəsində  onun 
kamilləşməsi  amili  ortaya  çıxır.  Kamilləşmiş    insan  isə 
əbədi  səadətə  nail  olur,  bu  zaman  insan  özünə  mənəvi  bir 
rahatlıq tapır.  


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
121 
Mütəfəkkirə görə insanın kamilləşməsi və müdrik insan 
kimi  formalaşması  prosesi  anadangəlmə  bir  proses  deyil. 
Fitri olmayan bu proses yalnız həyat yolunda elmi və əməli 
fəaliyyətin  bir-birini  tamamlanması  zamanı  ortaya  çıxa 
bilər.  
Haqq  yolundan  dönən  və  dünya  malına  aludə  olan 
insanın  kamilləşməsindən  heç  söz  də  gedə  bilməz.  İnsan 
kamilləşmək  üçün  öz  nəfsinin  köləsi  olmaqdan  imtina 
etməli,  Allaha  səmimi  qəlbdən  inanmalı  və  uca  yaradan 
səcdə  etməlidir.  İbadət  etmək  insanın  qəlbini  paklaşdırır 
onu ülvi və saf hisslərə doğru səsləyir. 
Tusinin  ağır  və  məşəqqətli  həyatı  insanlar  üçün 
müdriklik  məktəbi  olmağa  əsl  namizəddir.    Tusi  harada 
olmasından və nə işlə məşğul olmasından asılı olmayaraq, 
ən çətin və ən dolaşıq şəraitlərdən belə alnıaçıq çıxmışdır. 
Tarixçilərin  dəhşətli  və  qorxunc  bir  həbsaxana  kimi 
qeyd etdiyi Ələmut həbsxanasında həyatın bütün acınacaqlı 
üzünü  görən,  bu  həbsxanada  həyatın  əzablarına  müd-
rikcəsinə  sinə  gələn  Tusi  hələ  uşaqlıqdan  kamil  bir  insan 
kimi ətraf aləmin diqqətini özünə çəkməyi bacarmışdı. 
Tusinin «Seyr-ül sülük» əsərində təsəvvüfün əlamətləri 
nəzərə  çarpır,  eyni    zamanda  onu  da  qeyd  etmək  yerinə 
düşərdi  ki,  «Seyr-ül  sülük»  ifadəsi  təsəvvüf  fəlsəfəsində 
insanın kamilləşməsi yolunda böyük bir anlam kəsb edir.  
Seyr-ül  süluk  –  ifadəsində  seyr  hərfi  anlamda  ərəb 
dilindən  tərcümədə  seyr  etmək,  gəzmək,  Süluk  isə  girmək 
və  getmək  kimi    mənaları  ifadə  edir.  Bu  ifadə  təsəvvüf 
fəlsəfəsində  nadanlıqdan  elmə,  mənfi  əxlaqdan  müsbət 
əxlaqi  dəyərlərə,  insanın  öz  vücudundan  zəruri  varlığın 
vücuduna  doğru  seyr  etmək,  başqa  sözlə  kamilliyə  doğru 
hərəkət etməkdir. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
122        
Nəsirəddin  Tusi  sufilər  kimi  qeyd  edirdi  ki,  Seyr-ül 
süluk  vasitəsilə  insan  kamillik  mərtəbəsinə  uca  bilir: 
«Təsəvvüfə  qədəm  qoymuş  hər  kəs  (salik)  əvvəli  şəriət, 
sonu həqiqət olan kamillik yolunu (təriqət) keçməlidir. Hal 
ani,  keçici,  məqam  isə  nisbətən  sabit,  dayanıqlı  psixoloji 
vəziyyətdir.  Məqam  sufilərin  cidd-cəhd  sayəsində 
çatdııqları kamillik mərtəbəsidir.» (20, səh.395). 
Təsəvvüf  fəlsəfəsinə  görə  mənəvi  kamillik  yoluna 
qədəm  qoyan  insan  yəni,  salik  hal  və  məqamlardan 
keçməlidir.  Hər bir insan uca yaradana qovuşmaq yolunda 
öz ruhunu mərhələli olaraq inkişaf etdirməlidir. 
Kamilləşmə  yoluna  qədəm  basan  insan  maddi  mahiyyət 
kəsb  edən  bədənini  tərbiyə  etməlidir.  Əgər  kamilləşmiş  in-
sanın ruhu mənfur xislətlərdən xilas olaraq yüksək  zirvələri 
fəth  edərsə,  bu  zaman  zəruri  varlıq  olan  uca  yaradana  daha 
yaxın olur. 
Təsəvvüf  fəlsəfəsinin  ən  başlıca  qayəsi  də  elə  insanı 
kamillik  mərtəbəsinə  qaldırmaq  idi.  Kamil  insan  əgər  Ali 
varlığın  dərgahına  ucalarsa  bu  zaman  insan  şərəfli  bir 
məqama çataraq həqiqət haqqında bilikləri əldə etmiş olur. 
Kamil  insan  hər  yönü  ilə  ideal  və  örnək  bir  insandır, 
ölümü,  axirət  gününü  düşünmək  kamilliyin  ən  səciyyəvi 
xüsusiyyətlərindən  hesab  olunur.  Tusi  kamillik  anlayışına 
dini  rövnəq,  dini  anlam  verir,  yer  üzünün  əşrəfi  olan 
insanın kamilliyini dindən ayrı düşünmək istəmirdi. 
Xacə  Nəsirəddin  Tusi  «Əmirəlmöminin  Əlinin(ə) 
fəzilətləri  barədə  risalə»  əsərində  müqəddəs  «Qurani-
Kərim»ə əsaslanaraq imam Əli ibn Əbutalibi (600-661) bir  
kamil  insan  kimi  vəsf  edir.  Malik  olduğu  fəzilətləri 
nöqteyi-nəzərindən peyğəmbərlərin içərisində ən üstün olan 
altı  mürsəl  peğəmbər  hesab  olunan  Nuh,  İbrahim, 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə