Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə42/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
129 
 
 
 
 
 
 
 
 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
130        
Ziya  Göyalp  milliliyin  daşıyıcısı,  müəyyənləşdiricisi 
olan  xalq  sərvətlərini,  şifahi  və  yazılı  ədəbiyyatı,  dini, 
əxlaqı,  musiqini,  bir  sözlə  mənəvi  dəyərləri  xammal  kimi 
təsvir  edir,  bu  xammalları  isə  alimlər,  tədqiqatçılar, 
sənətşünaslar  mükəmməl  şəkildə  emal  etməli,  işləməlidir-
lər.  Onu da  qeyd etmək lazımdır ki,  «kültür» sözü əslində 
latıncadakı  «kultura»  dan  yaranıb.  Bu  «kultura»nın  bir 
anlamı isə «becərmə, becərilmə» torpağın emalıdır. 
Böyük  sosioloqun  daha  bir  mülahizəsinə  görə  kültür 
milli,  mədəniyyət  isə  beynəlmiləldir.  Kültürlə  mədəniyyət 
arasında  həm  birləşmə,  həm  də  ayrılma  vardır.  Lakin 
mədəniyyət həm bilgilərlə, düşüncə ilə bağlı olduğu halda, 
kültür  duyğularımızla  bağladır.  Duyğularımızla  bağlı  olan 
mənəvi  aləmimiz  –  kültür  obyektiv  varlıqdır.  Dil,  din, 
əxlaq, estetika kimi duyğusal elementlər baxımından ortaq 
olan,  yəni  eyni  tərbiyəni  görmüş  fərdlərdən  ibarət  olan 
zümrə  millət  adlanır.  Milli  mənəvi  dəyərlərimiz  dedikdə 
məhz  duyğularımızla  bağlı  olan  kültürümüz  –  dilimiz, 
dinimiz,  əxlaqımız  nəzərdə  tutulur.  Ziya  Göyalpın  fikirlə-
rinə  əsaslanaraq  belə  nəticəyə  gəlmək  olur  ki,  mədəniyyət 
bilgilərlə,  düşünüşlə  bağlıdır.  Hər  hansı  bir  fərd  duyğular-
dan  azad  deyil.  Çünki  insanlardakı  ruh  (psixologiya)  duy-
ğular  və  fikirlərdən  ibarətdir.  Yəni,  psixologiya  alimlərinə 
görə  duyğu  həyatımızın  əsasıdır,  düşüncə  həyatımız  ona 
aşılanmışdır. Deməli, ruhumuzun normal halda ola bilməsi 
üçün  fikirlərimizin,  düşüncə  və  bilgilərimizin  duyğuları-
mıza tamamilə uyğun olması lazımdır.  Öz düşüncələrinin,  
fikirlərinin  duyğularına  –  mənəvi  aləmə  uyğun  gəlməyən 
insanı təsəvvür etmək çətindir.  
Ona görə də biz əgər mədəniyyəti bilgilərlə, duşunuşlə 
bağlı qəbul etsək, onda görərik ki, o, duyğularımızla bağlı 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
131 
olan  kültürümüzün  (mənəvi  dəyərlərimizin)  inikşafına 
xidmət etməlidir. 
Milli mənəvi dəyərlər hər hansı millətin tarix boyu əldə 
etdyi nailliytləridir. Yeni dünyaya gəlmiş hər hansı br insn 
hələ  beşikdə  ikən  eşitdiyi  laylalar  ilə  ana  dilinin  təsiri 
altında  qalır.  Buna  görədir  ki,  ən  sevdiyimiz  dil  ana 
dilimizdir.  Ruhumuzu  təşkil  edən  bütün  dini-əxlaqi,  bədii-
etetik duyğularımız da bu dil vasitəsilə anlamışıq. Əslində 
ruhumuzun  sosial  duyğuları  dinə,  əxlaq  və  estetikaya  – 
ədəbiyyata  aid  duyğulardan  ibarətdir.  İnsan  ən  səmimi,  ən 
dərin  duyğularını  ilk  tərbiyə  zamanı  alır.  Hər  bir  normal 
insan hansı  millətin tərbiyəsini alıbsa, ancaq onun ülküsü- 
idealı uğründa çalışa bilər. Böyük İskəndər «Mənim gerçək 
atam Filipp deyil, Aristoteldir. Çünki birinci maddiliyimin 
–  maddi  quruluşumun,  ikinci  mənəviyyatımın  –  mənəvi 
quruluşumun  meydana  gəlməsinə  səbəb  olmuşdur»  – 
deyirdi. 
Bu  baxımdan  mədəniyyətimizin  inkişafı  mənəvi 
dəyərlərimizin  inkişafından  asılıdır.  Mənəvi  dəyərlər  xalqı 
ruhən  yaşadan,  ona  ideya,  istiqamət,  stimul  verən  bir 
dəyərdir.  Bu  dəyər  hətta  içtimai  hadisələrə  səbəb  ola 
biləcək qüvvəyə malikdir. 
Fransız  sosioloqu  Emil  Dürkheym  duyğunu  (kültürü), 
düşüncəni  (mədəniyyəti)  toplum  yaradır  fikrini  irəli  sürür 
və  toplumda  kollektiv  şüuran  rolunu  qeyd  edir,  iş  bölü-
münü  (əmək  bölgüsünü)  solsial  həmrəyliyin  əsası  sayırdı. 
Bununla  da  O,  tarixi  materializmin  iqtisadi  modelini  arxa 
plana  keçirirdi.  «Milli  iqtisadiyyatımız  ancaq  iqtisadi 
gerçəkliyimizi tədqiq etdikdən sonra iqtisadi hadisələrindən 
normal  və  xəstə  olanları  ayırd  edə  biləcək  və  ancaq  o 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
132        
zaman  iqtisadi  xəstəliklərimizin  müalicəsi  üçün  arayış  və 
ya resept verə biləcəkdi (41, s. 70)». 
E.Dürkheym daha bir yazısında qeyd edirdi ki, milli iq-
tisad elmi hər yerdə milli ülkudən öncə deyil, sonra doğur. 
Millətimizin  mənəvi-əxlaqi  dəyərləri  ilə  bağlı,  bütöv-
lükdə  mənəvi  mədəniyyəti  dastanlarımız,  nağıl  və  folk-
lorumuz,  miflər,  əfsanələr,  dini  inanaclar,  eləcə  də  əxlaq 
hüquq  texnika  və  iqtisadiyyatla  bağlı  qaydaların,  elm  və 
fəlsəfə ilə bağlı görüşlərin hər biri kollektiv təsəvvürlərdir. 
Dini  inamın  –  etiqadın  və  nəzəriyyənin  ziddi  sayılan 
ayinlər və praktiki fəaliyyət də öncə ağılda təsəvvür olunub 
sonra  həyata  keçilirdikləri  üçün  əslində  hər  biri  kollektiv 
(ortaq)  təsəvvürlərdir.  İçtimi  kollektiv  təsəvvürlər  çoşqün 
böhranlar  əsasında  çox  şiddətli  həyacanlara  bölünərək  son 
dərəcə  böyük  qüdrət  və  gücə  malik  olurlar.  İctimai 
təsəvvürlərin  bu  durumuna  ülkü    məfkurə  adı  verilir. 
İçtimai  təsəvvürlər  gerçək  (əsl)  ülkü  halını  aldıqdan  sonra 
həqiqi inqilabların səbəbi olurlar (41, s. 67). 
Məsələn, XVIII əsrdən XX əsrə qədər xalqımızın döv-
lətçilik ənənələrinin əvvəlcə xanlıqlar, sonra isə imperiyalar 
tərəfindən  bölüşdürülməsi  azərbaycançılıq  məfkurəsini 
yaratdı. 
XIX  əsr  Azərbaycan  marifçiliyi  bu  məfkürənin  təsiri 
altında  fəaliyətə  başladı.  Bu  haqda  professor  N.Şəmsizadə 
yazır:  «Azərbaycan  maarifçiliyi  Abbasqulu  Ağa  Bakıxanov 
simasında maarifçi mütləqiyyət simasında meydana atılır və 
Axundov  nümunəsində  respublikaçı    baxışlara  qədər  tarixi 
bir  inkişaf  yolu  keçir».  H.Zərdabi,  H.Z.Tağıyev, 
Ə.Hüseynzadə,  Ə.Ağayev,  Ə.Topçubaşov,  M.Ə.Rəsulzadə, 
C.Məmmədquluzadə,  Ü.Hacıbəyov,  M.Ə.Sabir  və  H.Cavid 
kimi  şəxsiyyətlərin  və  onların  başçılıq  etdiyi  ədəbi-tarixi 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə