Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə40/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
123 
Süleyman,  Əyyub,  Musa  və  İsa  peyğəmbər  kamillik 
baxımdan  Əmirəlmöminin  Əli  (ə)  ilə  bərabər  tutmuşdur. 
Öz  dini  mənşəyi  etibarilə  şiə  müsəlmanı  olan  Tusi  imam 
Əlinin  kamil  insan  olmasını  bütün  oxucularına  nümunə 
göstərirdi. 
Tusi bir müsəlman alimi kimi «Qurani-Kərim»ə istina-
dən insanın bütün yaradılanlardan yüksəkdə durduğuna ina-
nırdı.    Mümkün  varlıq  olan  insan  təbitən  zəif  məxluq 
olması  etibarilə  öz  qısa  ömründə  günah  işlətməmək  üçün 
Allaha sığınmalı, Allahın göstərişinə, əmrinə, buyruqlarına 
ciddi  bir  surətdə  əməl  etməlidir.  Və  sözsüz  ki,  insanın  bu 
əməli  fəaliyyəti  elmi  fəaliyyətlə  vəhdət  təşkil  etməli,  bir-
birində ayrı düşməməlidir. 
Nəsirəddin  Tusi  insanın  kamillik  və  müdriklik  yönü-
mündə  təkmilləşməsində  və  ümumiyyətlə  insanın  ümumi 
tərəqqisinin  formalaşmasında  təhsilin,  elmin  oynadığı  rolu 
yüksək qiymətləndirmişdir.  
Tusi  eyni  zamanda  onu  da  qeyd  edirdi  ki,  bir  kamil 
insan  bütün  ayrı-ayrı  dinlərə  obyektiv  münasibət  göstər-
məsini  və  bu  dinlərin  səciyyəvi  xüsusiyyətlərindən  olan 
dini ritual və adət-ənənələrin hamısına hörmət bəsləməsini 
bildirmişdi. 
Bununla  belə  mütəfəkkir  kamil  insana  din  və  məzhəb 
seçərkən çox ehtiyatlı olmağı da məsləhət görürdü. Çünki, 
dini  mənsubiyyət  insanın  dünyagörüşünün  təməl  ünsür-
lərini  formalaşdırır.  Əgər  burada  səhvə  yol  verilərsə  o 
zaman kamil insan prototipinin formalaşması barəsində heç 
bir söhbət gedə bilməz. 
Tusinin  yaratdığı  kamil  və  müdrik  insan  mücəssəməsi 
elmi,  praktiki,  əxlaqi  və  dini  təməllərə  söykənirdi.  Bu 
təməllər  içərisində  ədalətli  davranış  da  xüsusi  bir 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
124        
əhəmiyyət  kəsb  edirdi.  İnsan-insan  və  insan-cəmiyyət 
münasibətlərinin  formalaşmasında,  bərqərar  olmasında 
ədalətlilik amili, ədalətlilik prinsipi xüsusi bir səciyyə kəsb 
edir. Kamil insan öz ədalətli və humanist fəaliyyəti ilə ətraf 
mühitdə  nümunəvi  davranış  göstərməlidir.  Kamil  və 
müdrik  insan  öz  kamilliyini  cəhətdən  cəmiyyətin  mənəvi 
cəhətdən təmizlənmiş ünsürlərini təşkil etməlidir. 
Nəsirədin  Tusinin  gəldiyi  qənaətə  görə,  nəfsi-izzəti 
cilovlamağı  bacaran,  ağılı  ilə  hisslərinə  qələbə  çalmağı, 
şərafətli ölümü rəzalətli yaşamaqdan üstün tutan, humanist, 
bəşəri  əməllər  yalnız  müdriklikliyin  və  kamilliyin 
yaranmasına  səbəb  olur.  Mütəfəkkir  müdrikliyi,  kamilliyi 
iffətli  və  şücaətli  olmaqdan  ayrı  görmürdü.  «Hər  iffətli  və 
şücaətli  adam  hikmətli  olmaz,  lakin  hər  hikmətli  həm 
iffətli, həm də şücaətli olar» 
Tusi insanlarda  mövcud olan bütün mənəvi qüsurların, 
əxlaqi  nöqsanların  səbəbini  iradi  cılızlıqda  görürdü. 
Mütəfəkkirə  görə  fiziki  zəiflik  insanlardakı  iradi  cılızlığın 
başlıca arqumentidir. Tusidən sonra bir sıra məşhur alimlər 
də    insanlarda  baş  verən  bir  sıra  qeyri-əxlaqi  hərəkətlərin 
başlıca səbəblərini bilavasitə iradi cılızlıqla, fiziki zəiflik və 
mənəvi  düşgünlüklə  bağlı  olduğunu  izah  etmişlər.  Tusinin 
qənaətincə,  insanın  iradi  cəhətdən  tərbiyə  olunması  onun 
fiziki  və  mənəvi  yetkinliyinin  formalaşmasına  təkan  verir 
və  insanın  kamil  və  müdrik  bir  şəxsiyyət  kimi  təşəkkül  
tapmasında böyük bir əhəmiyyət kəsb edir. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
125 
Mədəni insanın formulu: bilik, bacarıq, 
 mütəşəkkilik, mənəviyya, yaradıcı fəaliyyət. 
F.Məmmədov 
 
3.2.Tusi dünyagörüĢündə mədəni insan problemi. 
 
Mədəni  insan problemi  müasir  dövrün aktual  problem-
lərindən  biridir.  Professor  Fuad  Məmmədov  öz  tədqiqatla-
rında  mədəni  insan  formulasını  aşağıdakı  beş  amillə  şərt-
ləndirir: bilik, bacarıq, mütəşəkkillik, mənəviyyat, yaradıcı 
fəaliyyət. 
Bəşər  tarixinin  müxtəlif  dövrlərində  düşüncə  adamları 
bu  problem  ətrafında  fikir  söyləmişlər.  Müasir  dövrdə  isə 
bu  problem  kulturoloqların  çiynində  ən  böyük  yükə 
çevrilmişdir.  İqtisadi  inkişaf,  texnoloji  kəşflər,  internet 
imkanları, informasiya bolluğunun sürətli artımı insanların 
mənəvi əxlaqi keyfiyyətlərini geridə qoyur. Bunların para-
lel  inkişafı  üçün  kulturoloqların  mədəni  insan  problemi 
ətrafında düşünmələri vacibdir.   
Nəsrəddin  Tusi  yaradıcılığına  baş  vurduqda  bu  proble-
min ana xətt təşkil etdiyinin şahidi oluruq. Tusi cəmiyyətdə 
insanların  bir-biri  ilə  sıx  bağlı  olduğunu  və  bu  bağların  nə 
qədər  zəruri  olduğunu  vurğulayır,  insanların  ünsiyyət 
mədəniyyətinin inkişafını ön plana çəkirdi.  
O, insanların bir-birinin  köməyinə  ehtiyacı  olduğu be-
lə  şərh  edilir: «… Demək  lazımdır ki, hər kəs  öz  yemə-
yini, paltarını,   yerini  və  silahını hazırlamalı  olsa idi gə-
rək  əvvəlcə  dülgərliyi və  dəmirçiliyi  öyrənə, onların  va-
sitəsilə içmək, üyütmək, yoturmaq, eyni  zamanda əyirmək, 
toxumaq    üçün    lazım  olan    alətləri  hazırlamalı    və  başqa  
peşəl  əri  öyrənəydi,  sonra    öz  halına  qalaydı.  Bu    müddət  


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə