Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə43/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   39   40   41   42   43   44   45   46   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
133 
cərəyanların  fəaliyyəti  sahəsində  XIX  əsrin  sonu  XX  əsrin 
əvvəllərində  Azərbaycanda  milli  ideologiya  formalaşdı  və 
tarixdə  ilk  dəfə  1918-ci  ildə  milli  dövlətin,  Azərbaycan 
Demokratik  Cumhuriyyəti  yaranması  ilə  nəticələndi. 
Özündə türkçülük, islamçılıq və qərb dəyərlərini birləşdirən 
həmn ideologiya azərbaycançılıq idi (98, s. 38).  
İnsan  üçün  mənəviyyat  –  mənəvi  quruluş  maddiyyat-
dan,  maddi  quruluşdan  öncə  gəlir.  Normal  bir  insan  hansı 
millətin  tərbiyəsini  alıbsa  ancaq  onun  ülküsü  –  idealı  uğ-
runda çalışa bilər. Çünki ülkü – məfkurə (ideya) yuksək hə-
yəcan  qaynağı  olduğuna  görə  onun  uğrunda  mübarizə 
aparılır. 
Məfkürəçilik  içtimai-siyasi    tələbatlar,  tarixi  təbəddü-
latlar dövründə xüsusilə qabarıq şəkil alır ki, Azərbaycanda 
da  1988-ci  ildən  başlayaraq  məfkurəçiliyə  çiddi  tələbat 
yaranıb. 
Xalqımızın çoxəsrlik cəmiyyət təcrübələri, dini və əxla-
qi ənənələrindən nəşət edən bu məfkurəçiliyin birinci prob-
lemi, çıxış nöqtəsi – «özünə dönmək» («Bölgə xaqan kita-
bəsi»  673-732-ci  illər)  kökə  qayıdış,  başqa  sözlə  istiqlal-
çılıqdır.  Və  yaxud  Nəriman  Nərimanovun  təbirincə  desək 
«Ümumideala çatmaq üçün, yəni insaniyyətə xidmət edmək 
üçün millətə lazımdır özünü tanısın. Bir milət özünü tanımz 
isə,  özü  ilə  qeyrisinin  fərqini  düşünməyə  qadir  olmaz  isə 
xüsusi  məsləki  dalınca  yeriş  edə  bilməz.  Bu  yoldda  yeriş 
etməz  isə  ümumi  müqəddəs  məslək  nə  olmağın  da 
düşünməz. Tariximizin bu günkü mərhələsində işğalçılığın 
başlıca şərti ittihadçılıq – birlikçilikdir (98, s. 71)».  
Ümummili  lider  mərhum  Heydər  Əliyev  mənəvi  də-
yərlərimiz  haqqında  deyirdi.  «Bizim  mili-mənəvi  dəyər-
lərimiz əsrlər  boyu xalqımızın həyatında.  Yaşayışında for-


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
134        
malaşıbdır.  Milli-mənəvi  dəyərləri  olmayan  millət,  həqiqi 
xalq  ola  blməz».  Daha  sonra  isə  o  deyirdi:  «Azərbaycan 
xalqı cürbəcür hökmdarların  əlində olubdur, tarix  boyu  nə 
qədər əziyyətlər çəkibdir. Ancaq dilini də, öz mənəvi əxlaqi 
mentalitetini  də  saxlayıbdır.  Bu  xalqımızın  nə  qədər  dərin 
kökləri olduğunu göstərir» (151). 
Milli  mənəvi  dəyərlərmiz  əsrlərdən  bəri  formalaşmış, 
xalqın  yaşayışına,  maəişətinə  daxil  olunmuşdur.  Azərbay-
can xalqının mənəvi dərələrini fərqləndirən,onun xarakteri-
ni qabarıqlaşdıran əlamətlərindn ibarətdir. Azərbaycan xal-
qına məxsus ən başlıca milli-mənəvi keyfiyyətlər bunlardır: 
– mərdlik, köməksizə humanistlik
– sözünəbütövlülük, əliaçıqlılıq, səxavətlilik; 
– ailəyə sədaqətlilik və bağlılıq; 
– dostluğa möhkəmlik; 
– vətənə, torpağa bağlılıq; 
– düzlüyə aparan inam və etiqadın müqəddəsliyi; 
– abır, həya, ismət və onun qorunması (151). 
Bütün  bu  keyfiyyətlər  Azərbaycan  xalqının  milli-
mənəvi dəfərlərinə məxsusdur. Müasir şəraitdə Azərbaycan 
dövlətinin əsas vəzifəsi bu dəyərlərin qorunub saxlanması, 
inkişaf  etdirilməsi  və  gələcək  nəsillərə  ötürülməsindən 
ibarətdir.  Bunun  üçün  də  dövlətin  mədəniyyət  siyasəti 
mənəvi  dəyərlərin  inkişafına  önəm  verməli,  bu  sahədəki 
boşluqları aradan qaldırmalıdır. 
Mədəniyyətə dair nəzəri кonsepsiyaların müхtəlifliyi 
və  bu  sahədə  nəzəri  fiкir  birliyinin  olmaması  səbəblə-
rindən  biri  mürəккəb  və  çoхcəhətli  fenomenin  elmi 
tədqiqinin  obyeкtiv  çətinliyidir.  «Mədəniyyətin  hər 
hansı  traкtovкası  tədqiqat  məsələlərinin  spesifiкasın-
dan və mədəniyyətin müхtəlif fənlər çərçivəsində nəzər-


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
135 
dən  кeçirilməsinə  münasibətdən,  bu  fənlərdə  təĢəккül 
tapmıĢ кateqorial aparatdan asılıdır» (101, s.79). 
Humanitar elmlərin heç bir anlayışı «mədəniyyət» qədər 
müхtəlif  mühaкimələrə,  mülahizələrə  meydan açmamış və 
bu  qədər  tərifin  yaranmasına  səbəb  olmamışdır.  Хüsusilə 
də  кonкret  elmlər  çərçivəsində  mədəniyyət  haqqında  bir-
birindən  fərqli,  çoх  müхtəlif  təsəvvürlər  mövcuddur.  Və 
deyəк  кi,  hətta  bu  gün  mədəniyyətə  verilən  heç  bir 
müfəssəl  tərif  belə  onun  məzmununu  tam  aça  bilmir. 
Кulturologiya,  fəlsəfə,  sosiologiya,  tariх,  etnoqrafiya, 
psiхologiya  və  digər  ictimai  elmlərdə  mədəniyyətin  çoх 
zaman  bir-birindən  olduqca  fərqli  təriflərinə  təsadüf  edilir. 
Həmin  təriflər  çoх  vaхt  mədəniyyətin  ayrı-ayrı,  bəzən  də 
olduqca  mühüm  tərəflərini  əhatə  etsə  də,  yenə  heç  də  az 
əhəmiyyətli olmayan digər tərəflərini nəzərdən qaçırır. 
Mənbələrdə  belə  bir  fiкir  müхtəlifliyi  təкcə  elmi 
səbəblərlə deyil, eyni zamanda sosial-tariхi səbəblərlə izah 
edilir. Mədəniyyət nəinкi nəzəri izah tələb edən anlayışdır, 
həmçinin  ictimai  inкişafın  real  praкtiк  problemidir. 
Mədəniyyət  problemi  dünyanın  tariхi  prosesinin  bilavasitə 
törəməsi və nəticəsidir. 
Mədəniyyət  elə  bir  fenomendir  кi,  onu  ictimai  həyatın 
digər  sahələrindən  ayırmaq,  təcrid  olunmuş  şəкildə  düşün-
məк mümкün deyildir. Mədəniyyət ən geniş mənada insanın 
həyat  fəaliyyətinin  bütün  əsas  sferalarını  –  maddi  istehsal, 
sosial-siyasi  münasibətlər,  mənəvi  inкişaf  sahəsi,  məişət, 
insanlar arasındaкı qarşılıqlı əlaqələri səciyyələndirir. 
Mədəniyyət  ictimai  hadisədir  və  yalnız  ictimai  həyatın 
bütün  tərəflərinin  (iqtisadi,  sosial,  siyasi,  mənəvi)  кon-
teкstində  dərк  edilə  bilər,  onların  hər  birini  özlərinə  хas 
bəşəri məzmun baхımından səciyyələndirə bilər. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə