Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə46/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   42   43   44   45   46   47   48   49   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
142        
önəmli  amillərdən  hesab  oluna  bilər.  Çünki,  bəzilərinin 
tərbiyə  zamanı  əhəmiyyətsiz  hesab  etdiyi  bu  oyunlar 
bilvasitə  və  bilavasitə  uşaqların  psixologiyasına,  onların 
fiziki  xarakterlərinə    möhkəm  təsir  göstərir.  Əyləncəli 
oyunlar  isə  uşaqların  əhval-ruhiyyəsinə  psixi  cəhətdən 
müsbət  təsir  göstər  və  bu  zaman  uşaqların  davranış  qay-
dalarına şənlik, gümrahlıq və sevinc hissləri hakim olur. 
Uşaqların  fiziki  inkişafında  tibbi  və  psixoloji  təsirlərin 
rolunu  düzgün  qiymətləndirən  Tusi  qələmə  aldığı  «Etiqa-
dat» və «Otuz fəsil» əsrlərində  və eyni zamanda  «Qanun» 
kitabına  yazdığı  izahda  fiziki  tərbiyənin  əhəmiyyətində 
söhbət  açırdı.  Uşaqların  gümrah,  sağlam  və  iradəli 
böyüməsi üçün onları çətinliyə alışdırmaq lazımdır, çünki, 
naz-nemət  içərisində  böyümüş  uşaqda  nə  əxlaqi  saflıq,  nə 
də  fiziki  kamillik  bərqərar  ola  bilməz.  Uşaqların  fiziki 
cəhətdən  sağlam  böyümsi  üçün  onalrı  günəş,  su  və  təmiz 
havaya  olan  zəruri  ehtiyacı  da  nəzərə  alınmalıdır. 
Orqanizimin  möhkəmlənməsi  üçün,  onun  hər  cür 
xəstəliklərdən uzaq olması üçün bu üç amilin oynadığı rol 
əvəzedilməzdir. 
Tusi  insanın  fiziki  cəhətdən  sağlamlığı  ilə  onun  nəfsi 
sağlamlığının  kamil  olması  arasında  heç  bir  fərq  görmür, 
nəfsi  sağlamlığı  praktiki  cəhətdən  faydalı  olan  əməklə 
məşğul olmasında görürdü. O, «Əxlaqi-Nasiri»nin əsərinin 
«Fəzilətlərin  mühafizə  edilməsinin  rəhni  olan  nəfs 
sağlamlığı  haqqında»  fəsilində  bu  barədə  öz  fikirlərini 
mülahizə  edərək  insanlara  hər  bir  hərəktdə  ifrata 
varmamağa səsləyir və dahi yunan filosofu Aristotelin orta 
xarakterlər haqqında irəli sürdüyü fikirləri dəstəkləyirdi. 
Tusi  bu  barədə  fikirlərini  davam  etdirərək  yazırdı: 
«İnsanın  yalnız  mənəvi  kasıblığına  və  fiziki  cılızlığına 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
143 
şərait  yaradan  pis  nəfsin  artmasına  son  qoymağın,  habelə 
onun  ruhən  və  cismən  sağlamlığına  xidmət  edən  yaxşı 
nəfsin tərbiyə edilərək xoşbəxtliyə qovuşdurmağa aparması 
göstərir  ki,  əgər  bir  nəfs  sağlam  və  fazildirsə,  hikmətlərə 
yiyələnməyə,  səadət  əldə  etməyə,  həqiqi  elmlərə  sahib 
olmağa  xüsusi  həvəs  və  meyl  göstərilsə,  onun  sahibi 
çalışmalıdır  ki,  vəziyyəti  qoruyub  saxlaya  bilən  işlər 
görsün, bu şəraiti davam etdirmək üçün lazımi tədbirlərə əl 
atsın.» (107). 
Gigiyena  və  düzgün  qidalanma  haqqında  fikirlər  Tusi 
dövrü üçün qeyri-spesfik hal hesab edilirdi. Gündəlik düz-
gün  və  normal  qidalanmanın  insan  sağlamlığına  və  insan 
ömrünə göstərdiyi müsbət cəhətlərdən söhbət açan  müdrik 
alim  insanlara  yüksək  dəyərlərə  malik  olan  mənəvi 
keyfiyyətlərin  qabardılmasını  məsləhət  bilirdi.  Ülvi  amal-
lara, nəcib hisslərə xidmət edən insan qidalanma zamanı da 
ifrata  yol  verməməlidir,  çünki,  qidalanma  zamanı  ifrata 
varmaq  və  xüsusilə  də  ağır  xörəklərdən  istifadə  etmək 
zehni  kütləşdirir,  insanı  süst,  laqeyd  və  yorğun  edir.  Eyni 
zamanda  xəstəliklərin  bir  çoxu  həddən  ziyadə  qidalan-
maqdan və çox yeməkdən yaranır, elə bu səbəbdən də insan 
öz ağlı ilə nəfsi-izzətinə qalib gəlməlidir. 
Tusiyə görə ailə qurarkən gözəllik, sərvət,  əsil-nəcabət 
kimi  xarakterlərlə  əhəmiyyət  vermək  önəmli  deyil,  ailə 
quran  zaman  yalnız  malın  mühafizəsi  və  nəslin  davamı 
kimi  əsas  kriteriyaları  nəzərə  almaq  vacibdir.  «Əxlaqi-
Nasiri» əsərində müdrik düşüncə sahibi ailə quran şəxslərə 
bu  məsələ  barədə  hərtərəfli  müzakirə  aprmağı  məsləhət 
bilir,  ailənin  əsl  mahiyyəti  barədə  geniş  izahat  verir.  Ər-
arvad  mübasibətlərinin  bütün  təfərrüatlarına  diqqət 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
144        
yetirərək  yaxşı  qadını  anaya  və  dosta,  pis  qadını  isə 
düşmənə və oğrulara bənzədirdi. 
Həyat  yoldaşı  seçərkən  qadına  gözəllik  nöqteyi-nəzə-
rincə  dəyər  vermək  düzgün  fikir  deyil,    bütün  sahələrdə 
olduğu  kimi  bu  məsələyə  də  orta  mövqeydən  yanaşmaq 
lazımdır. Tusi pis xasiyyətləri özündə  cəmləşdirən  qadınla 
yaşmaqdansa  belələrindən  boşanmağı  məsləhət  bilir  və  bu 
qəbildən  olan  qadınlardan  uzaqlaşmağı  tövsiyyə  edirdi. 
Çünki, düzgün davranış qaydalarına riayət etməyən yalançı, 
əxlaqsız  və  ləyaqətsiz  qadınlar  təkcə  ailədə  deyil, 
ümumiyyətlə cəmiyyətdə böyük fəsadlar törədə bilərlər. 
Öz  insanpərvər  ideyaları  ilə  Azərbaycan  düşüncə 
tarixində  əvəzediməz iz  buraxan  Nəsirəddin  Tusi  insanları 
xalq  içərisində  hörmət  qazanmağa  səsləyirdi.  Hörmət 
qazanmağın,  hörmət  sahibi  olmanın  yolu  isə  yalnız  dörd 
xüsusiyyətin  fərddə,  şəxsiyyətdə  var  olması  zamanı 
bərqərar  ola  bilər.  Bu  dörd  humanist  xarakter  bunlardır: 
doğruçuluq,  ədəblilik,  xöşbəxtlilik  və  elmilik.  Bu  dörd 
müsbət  keyfiyyətlər  sayəsində  insan  cəmiyyət  içərisində 
seçkin  bir  mənsəbə  sahib  ola  bilər,  yalnız  bu  dörd 
xarakterin  köməkliyi  sayəsində    cəmiyyətin  hörmət 
bəslədiyi bir şəxsin səviyyəsinə qədər yüksəlmək olar. 
Tusi  elm  öyrənilməsinə  əmək  sərf  edilməsinə  böyük 
qiymət  verir  və  hamını  bilik  və  savad  sahibi  olmağa 
səsləyirdi.  Elm  öyrənmək  istəyən  insanlara  məsləhər 
görürdü  ki,  öz  xarakterlərinə,  maraq  və  istesas  dairələrinə 
uyğun  gələn  fənnləri  öyrənsinlər  və  yalnız  mükəmməl 
bildiyi ixtisas və peşə sahəsində fəaliyyət göstərsinlər. «Hər 
fənnin tədrisində fitri istedadı inkişaf etdirən, səhhətə zərər 
verməyən,  zehni  itilədən,  zəkanı  parıldadan,  zövqü  artıran 
üsullardan  isitifadə  olunmalı,  peşə  vərdişinə  keçməlidir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə