Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə54/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
167 
bütün    sahələrini  şərh    etmiş,  hətta    əxlaq    tərbiyəsinin 
üsulları  barədə də  fikirlərini  söyləmişdir. 
Bu  fikirləri  Tusinin  həm  «Əxlaqi-Nasiri»,  «Adabul-
mütəəllim»,  «Təlimül-  mütəəllim»,  həm  də    «Kitabi-  mə-
darik»  və  s.  kimi    əsərlərində    daha    qabarıq  şərh    edil-
mişdir. 
Tusinin  fikrincə, «insan öz şüuru və davranışı ilə bütün 
kainatı-mövcudatdan  fərqlənir.  Həm  də  hər  şeyi    öyrən-
məyə  qadir  varlıqdır»,  deyir  və    insanda    mənfi  və  ya 
müsbət xüsusiyyətlərin «baş qaldırdığını gördükdə» dərhal  
bu  və  ya  digər  «tədbir  və    formalırın    tətbiqi  gərəkdir» 
deyirdi. 
Əxlaq  tərbiyəsinin  üsulları  əsasən  «Əxlaqi-  Nasiri»nin 
bir  məqaləsindəki  «Əxlaqı  gözəlləşdirmə  peşələri», 
«Əxlaqın  gözəlliyi  neçə    növdür»,  «Tərbiyə»  məqamına 
çatmağın  növləri, «Yüksək məqama çatmaq və ona bənzər 
tərbiyə  üsulları  və  s.  kimi  başlıqlarla  birbəbir  izah  
edilmişdir.  Tusi    əxlaqı,  tərbiyəni    yalnız  övladına  xas» 
edərək, «öyrənən bilən adamı insan, bunları  özlərinə peşə  
etməyənləri  isə    heyvandan  da  betər,  lüzumiyyətdən  də 
kənar canlı» hesab edirdi.  
Tusi  «insanın pak və  əxlaqi  xasiyyətlərlə tanındığını, 
öz davranış və  rəftarı, söhbət və  rəftarı və ilqarı ilə birinin 
digərindən fərqləndiyini qeyd  edir və göstərir ki, bu və ya 
digər  hərəkətin  yaxşı  və    pis  olduğunu  anlatmaq  və  başa 
salmaq  üçün  görülən  hərəkətlərin  rəğbətləndirilməsi  və 
cəzalandırılması  zəruri  sayılmalıdır.  Tusinin  təklif  etdiyi 
«tərifləmə»,  «nəsihət  vermə»,  «mütəəllimlərə  tanıtma», 
«risalə və digər ləvazimat təqdim etmək  kimi rəğbətləndir-
mə»;  «pisləmək,  danlamaq»,  «məqsəddən  uzaqlaşdırmaq» 
kimi  cəza  tədbirləri  o  dövr  məktəblərində    geniş    tətbiq 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
168        
edilmiş  və    özü    tərəfindən  də,    yeri  gəldikcə,  istifadə  
edilmişdir. 
Tusi    istər  təlim,  istərsə  də  tərbiyə    prosesində  uşağın 
gördüyü  işləri  qiymətləndirməyi  tövsiyə  edərək  yazırdı: 
«Yaxşı  işlərə  görə  tərifləmək,  pis  işlərə  görə    pisləmək 
hökmən  lazımdır», lakin pedaqoq nəyə görə tərifləməyi və 
necə  pisləməyin  yerini  və    şəraitini  də  nəzərdən  qaçır-
mamağa çağırırdı. 
Tusi  təlim  barəsində  fikirlərini  davam  etdirərək 
«müəllim bu və ya digər üsuli-tərbiyəni tətbiq  edərkən, heç 
bir  rütbə,  vəzifə  və  silk  nəzərə    almamalı  və  cəsarətli 
olmalıdır.  Ayrı  seçkilik  yalnız  yüksək  rütbə  sahiblərinə 
xasdır» deyirdi. 
Pedaqoqun  irəli  sürdüyü  bu    fikrindən  aydın  olur    ki, 
hər hansı  bir uşaq olursa-olsun müəllim üçün fərqli olma-
malı,  yeri  gəldikcə  rəğbətləndirmədə  və  cəzalandırmada 
dəqiqlik gözlənilməlidir. 
Tusi  göstərir  ki,  bir  sıra  müəllim,  müdərris  və  
mütəkəllimlər bu  və  ya digər şirnikdirmə və cəzanı tətbiq 
edərkən ayrı-seçkiliyə yol verirlər ki,  bu da öz  növbəsində 
tərbiyə  və    tədrisə    olmazın  xətər    yetirməkdən  başqa  bir 
şey deyildir. 
Pedaqoq istər  ağır və  istərsə də yüngül cəza  verərkən 
«əql  və  kamal,  hədd  və  etiqadla  hərəkət    etməyi,  rəğbət-
ləndirmə  və cəzada» hədd  gözləməyi də   dönə-dönə  təklif  
edirdi. 
Şagirdləri,  mütəllimləri  döymək,  incitmək  və  onların  
heysiyyatına toxunmağı müəllim üçün ən böyük biabırçılıq 
və  bədnamlıqdan  kənar  olmayan  xüsusiyyət    hesab    edən 
Tusi  «mütəəllimlərə  tərifləmədən  və    pisləmədən  maədə  
cəza  tətbiq etməyi» lazım bilmirdi. O yazır  ki,  uşağın hər 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
169 
hansı  əməlini  tərif    edib  onu    sığallamaq  lazım  olduğu  
kimi, hər pis əməlinə görə  ona cəza  və  töhmət də  vermək 
zəruridir. 
 Bir  humanist  insan  kimi,  pedaqoq  alim  kimi    Tusi  
döymək,  incitmək,  işgəncə  vermək  kimi  fiziki    cəzaları 
rədd  edib, bu qəbildən olan cəzaların  əvəzinə əxlaqi üsul-
lar  tətbiq  etməyə çağırırdı. 
Əgər  «uşaq  pis, lazım olmayan, ədəbdən  kənar  işlər 
görərsə,  onu  başa  salmaq  gərəkdir»  deyə  yazırdı.  Başa 
salmaq  üçün  ona    müxtəlif  hekayə,  nağıl,  atalar    sözləri 
nəql    etmək  lazımdır.  Qəhrəmanlıq,  igidlik,  mərdlik  əks  
etdirən əsərləri oxumaq, rəcəz, qəsidə demək daha  faydalı  
olar»  -  deyən  Tusi    əxlaqi    tərbiyədə  inandırma    üsuluna  
geniş yer verməyi dövrünün bütün müəllimlərinə məsləhət 
görür  və    əsərlərində  də  bu  üsulların  təhlilinə  geniş  yer 
verirdi. 
Demək  olar   ki, Tusi  dövrünün uzaqgörən  bir  ziyalısı 
və  pedaqoqu  kimi    əxlaq  tərbiyəsinin    inandırma,  rəğ-
bətləndirmə,  cəzalandırma  və  şəxsin  nümunə    üsullarına 
geniş  yer  vermiş və bunun yollarını  da  dövrünün müəl-
limlərinə və  sonrakı nəslə  böyük  irs  qoymuşdur. 
Tusi  müəllim  və    mürəbbilərin  tərbiyədə  mövqeyi  və  
nüfuzuna da  geniş yer  vermişdir ki,  bu  barədə «Müəllim 
haqqında»  verilən  təhlildə  ətraflı    danışılmışdır.  Onu  da 
qeyd  etmək lazımdır  ki,  Tusi uşağın pis  əməlini ilk dəfə  
gördükdə guya bunu  təsadüfi və  gözlənilməz bir hal  kimi  
qələmə    verməyi  təklif    edirdi.  Bunu    ona  görə    etmək 
lazımdır    ki,    uşaq  həmin    pis  əməli  təkrar    etmək  üçün  
acığa    düşməsin  və    üzə  qabarmağa  cəsarət    etməsin 
«uşağın pis hərəkətini uşaq başa  düşürsə, üzə vurmamaq» 
məsləhətdir, - deyirdi. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə