Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə62/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
192        
asılı  hesab    edirdi.  «Müəllim  üçün  ruh,  ümid  mənbəyi, 
vətən  səadəti və  tərəqqisinin təməlçisi, bəşəri idrakın  aqil 
və  səadətli  insanı» deyə yüksək  qiymət  verir və  vətənin  
tərəqqi  və    səadətini    onun    fəaliyyəti  ilə    bağlayır.  (55, 
səh.90). 
Nəsirəddin  Tusi  dərya    hikməti  ilə    baş    verən    bütün  
tərəqqi və  tənəzzülün müəllimin  iradəsindən  asılı  hesab  
edir  və  onun    böyük  bir  zamanın  aparıcısı    kimi    zənn  
edirdi. 
Mütəfəkkir  müəllimi  islah  və  intizama    xidmət  
göstərən    neçə-neçə    nəslin    aparıcısı  və    tərbiyəçisi  kimi 
qələmə  alır və  haqqında  çox   yüksək fikirlər söyləyirdi. 
O,  yalnız  müəllimlərin  deyil,  valideynlərin  də    tərbiyə-
çisidir  deyirdi. 
Tusi  şagirdə    əbcəd  öyrətmək,  onu    oxutmaq,  xəttə 
yiyələnmək,  elmlərə    vüquf    etmək,  əxlaq    və    tərbiyəyə, 
əhval və  hərəkətə  sahib  etmək, sərtlik,  bədrəftarlığı rədd 
edərək  mülayim    olmağı    sövq    etmək,  öz    davranışı    ilə  
ustadına    şöhrət    gətirmək,  mütəəllimə  öz    övladı    kimi 
baxmaq  və    onun    səadəti    üçün    çalışmaq  və  i.a.  kimi 
xüsusiyyətləri    öyrətməyi    müəllimin    vəzifəsi    hesab  
edirdi. 
Tusi  uşaqların    oyun    fəaliyyətinə    fikir    verməyi  də  
müəllimin  vəzifəsinə  aid etmişdir. 
Tusiyə  görə  uşağın  oyun  fəaliyyəti  həm  müəllimlərin, 
həm  də  valideynlərin  nəzərindən  qaçmamalıdır.  Uşağı  bu 
fəaliyyətə təhrik etməyi  yalnız uşaqlara deyil, valideynlərə 
də öyrətməyi müəllimin vəzifəsinə aid  edirdi. 
O, uşağa əziyyət  verməyə, onun  inkişafına  köməklik  
göstərən, tərbiyə məqsədinə  xidmət  edən oyunları  öyrət-
məyi  tövsiyə  edirdi. Onun  fikrincə, belə  oyunlar  uşağı  


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
193 
sərbəst    böyüdür,  onun    zehninin  kütləşməsindən  məhv  
edir. 
Tusi ilk  növbədə  valideynlərə, sonra  isə müəllimlərə 
məsləhət  görür    ki,  onlar  əvvəlcə  əxlaq  elmini,  sonra  isə 
hikməti-nəzəri  elmini  öyrətsinlər. 
Tusi göstərir  ki, müəllim həm uşaq, həm də valideynlər 
üçün  sükançı  və  eyni  zamanda    istiqamətləndiricidir. 
Müəllim  elə    istiqamət    verməlidir    ki,    uşaq  valideyinin 
təsiri  ilə    lap    başlanğıcdan    istiqaməti  düzgün    götürmüş 
olsun. O, yazırdı ki, şübhəsiz  ki, təlim verənlər hər şeydən  
qabaq  uşağın    təbiətini,  istəyini,  meylini    bilməlidirlər. 
Onun  fərasət, bacarıq və  meylini  bildikdən  sonra  həmin 
istiqamətdə ona şərait yaratsınlar. Çünki, hər kəsin müxtəlif  
meyli    və    marağı    mövcuddur    ki,  onun    istiqa-
mətləndirilməsi  müəllimdən  asılıdır. 
Tusi öz pedaqoji əsərlərində müəllimin qarşısına  qoy-
duğu    vəzifələri    qeyd    etməklə  «kitabxanalar»,  «elm  ev-
ləri»,  «bilik  mənbələri»  yaratmağı  da  müəllimin    vəzifə-
lərinə  daxil  edirdi. 
Bir    sıra  mənbələrdən    məlum    olurdu    ki,  o  dövrdə  
kitabxanalar da elm ocağı tədris  müəssisəsi kimi fəaliyyət 
göstərirdi. Kitabxanalarda da elm  öyrədilir, savad  verilir. 
Bu  mənada    qısaca  da  olsa  Tusi    yaradıcılığında    məktəb  
məsələsinə  nəzər  salaq. 
Kitabxanalar  nəzdində  fəaliyyət  göstərən  məktəblər-
də    isə  tədris    işinə  baxan  «xəzin»lər  (kitabxanaçılar)  və 
«müşriflər» (təlimatçılar) işləyirmişlər. Hər bir fənnə, elmə  
dair  kitablar  ayrı-ayrı  şkaflarda  saxlanılırdı. Kitabxana-
lardan   ancaq sillkli imtiyazlı zümrələr  və  müəllimlər  isti-
fadə  edirdilər. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
194        
Orta  əsrlərdə  kitabxanalar  və  onların    nəzdində    mək-
təblər    açmaq    bir  dəb  olmuşdur.  Demək  olar  ki,  hər  iki 
mədəniyyət  mərkəzində  belə  kitabxanalar  fəaliyyət 
göstərmişdir  ki,  onlardan  birisi  də  Tusi  tərəfindən  təsis 
edilmişdir. 
Bu  vəziyyət  digər  məktəblərdə  də  davam  etdirilirdi, 
«müşriflər  xəzinələrə»  təklif    edirdi    ki,    ləvazimatları  
təhvil    verən    uşaqlardan      hər  gün  öyrəndikləri  söz  və 
ifadələrdən birini  soruşsunlar.  
Beləliklə,  hər  bir  mütəəllim  əlavə  olaraq  gündə  bir-iki 
müdrik  söz    öyrənməli  və  təkrar  edərək    yadda  saxlamalı  
idi. 
Onu  da  qeyd  etməyi  lazım  bilirik ki, Tusi  yuxarıda  
qeyd    etdiyimiz    tədris    müəssisələrini,  məktəblərinin 
Marağada,  Mərvdə,  Naxçıvanda,  Şirazda,    Nişapurda, 
Gəncədə, Bərdədə, Şəbüstərdə, Təbrizdə və s. yerlərdə  də  
fəaliyyət  göstərdiyini  qeyd  etmişdir. 
Tusi  dövrünün  məktəbləri  qarşısında  da  ciddi  tələblər 
qoyur  və    şagirdlərin    biliyə,  savada    yiyələnmələri  ilə 
bərabər,  onların  gələcək  peşələrə,  sənətlərə  yiyələnməsinə 
istiqamət verməyi də məktəblərin vəzifələrinə daxil  edirdi. 
Onun fikrincə uşaqlar bir-birinə  oxşamadığı kimi meyl 
və  maraqları,  qavrama  və  istedadları  da  bir-birindən  
fərqlidir. Məktəb şagirdi elə öyrətməlidir ki, sirli  olan meyl 
üzə çıxsın və  gələcəkdə  inkişaf  etsin. 
Tusi    bu    şeylərə    fikir    verməməyi  məktəblərin    ən  
böyük günahı  və  pis xüsusiyyəti  hesab  edirdi. O, yazırdı: 
«Uşaqlar  elmin,  sənətin  və  s.  müəyyən    bir    sahəsində 
marağı  olmadıqda  onu    o  sahəyə  cəlb    etmək    qətiyyən 
yaramaz.  Əgər  uşaqlar  bir  sahədən  başqa  bir  sahəyə  
çalışırsa  onların  səhhəti    yerində,  ürəyi  geniş  və  xoşnur 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə