Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə63/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
195 
olar.  Onun  zəkası  parlar  və  bu  zaman  işin  özündən  də  
ləzzət alar». Beləliklə «əsl  məqsədə  nail  olar və seçdiyi  
ixtisasda  yüksək  marağa    çatar.  Həm  də  o  maaş    əldə  
etmək,  yaşamaq sahəsinə  qadir  olar». 
Tusiyə  görə    bu    xüsusiyyətlər  valideynlərə  hörmət, 
ehtiram göstərmək və onlara  qulaq  asmaq  kimi keyfiyyət 
və  ləyaqətlər   yalnız  və   yalnız  məktəb və   müəllimlərin  
əsas  vəzifəsi, təlim-tərbiyənin  əsas  məqsədi  sayılmalıdır. 
 Əgər    biz  hər    hansı    bir    ziyalıya    Tusinin    fəaliyyəti  
barədə  sual  vermiş  olsaq o, yəqin  ki, Tusinin astronomçu 
–riyaziyyatçı  olduğunu  qeyd  edəcək. 
Məktəbdar-alim  kimi  məşhur  olan  Tusi  dövrünün  
pedaqoji  tələbini    incəliyinə    kimi    dərk    edən    istedadlı  
pedaqoqdur.  Pedaqoq  dövrünün  özünəqədərki    elmlərinə 
bələd  olmaqla  bərabər  dərin  elmi    ümumiləşdirmələr  
əsasında  özünün həm elmi, həm də pedaqoji yaradıcılığını 
davam  etdirmişdir.  (55, səh.89). 
Bu  fikrimizi  həm  Tusinin  əsərləri,  həm  də  «təlimül-
mütəəllim» adlı həcmli-didaktik  əsəri  bir daha sübut  edir.  
«Təlimül  -mütəəllim»  əsərini    vərəqlədikcə  biz  şahid 
oluruq    ki,  Tusi    eyniadlı    əsəri  eşidərkən  Əbdülrəhman 
Çürçanini  «Əvamil-filnəhv»  dramatik  əsərində,  Məhəm-
məd Cəfər  Astrabadinin  təlim  haqqında  şərhlərindən və  
Mövlana  Kazım  ər-Rəşd  ibn  Mustafanın  təlimə  dair  
fikirlərindən  geniş    istifadə  edərək    dövrünün    təlim  
nəzəriyyəsini təşkil  etmişdir.  
Təkcə  bu  faktı    da    qeyd    etmək    lazımdır    ki,    təkcə 
«Əxlaqi-Nasiri» dönə-dönə ərəb, fars, hind, monqol, alman, 
fransız, ingilis və s.  kimi 21 dildə tərcümə  edilərək  orta  
əsr  məktəblərinin  və    müəllimlərinin  stolüstü    kitabı  
olmuşdur. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
196        
Tusi əsərlərinin  əlimizə  gəlib  çatan yüzə yaxın  nüs-
xələri    bir  daha  sübut  edir  ki,    XIII  əsrdən    başlayaraq 
müasir dövrədək Tusi  ideyaları geniş  yayılmış və  əsrdən-
əsrə  keçərək  öz  əhəmiyyətini  itirmədiyindən    nəsillər  onu 
qoruyub saxlamışdır. 
Dahi Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun 
bir fikrini burada yada salmaq istəyirik. Böyük mütəfəkkir 
ərəb  işğalçılarının islama qədərki Şərq  ədəbi  abidələrini, 
monqol qəsbkarlarının tarmar etdirdiyi və yandırdığı maddi 
mədəniyyət nümunələrini, o cümlədən böyük kitabxanaları, 
məktəbləri və mədrəsələri vəhşicəsinə məhv  etmələrindən 
qəzəblə bəhs edərək yazırdı: «əgər  ərəblər zühur etməsəy-
dilər,  Afrikaya  və  Asiyaya  müsəllət    olmasaydılar,  bu  
xalqlar    sivilizasion  xalqlar    sırasında    mərifət  sahibi  
olardılar…» (55, səh. 86). 
Monqol istilaçıları  da  məhz bu cür  çıxış  edərək hər  
şeyi  qırıb-dağıdır, yerlə yeksan  edir və kitabxanaları məhv 
edirdilər. Əlbəttə bu Azərbaycan xalqı üçün də böyük faciə 
və    əvəzsiz    bir    itki    idi.  Lakin    ərəb  və  monqol  işğal-
çılarının vurduqları yaralara baxmayaraq, islamiyyətin ağır  
təzyiqi altında da nəsillər yenə də öz mədəniyyətini yaradır, 
şairlər, ədiblər filosoflar, alimlər  yeni  əsərlərini yazırdılar. 
Tusinin  yaratdığı  nadir  incilər  də  bu  təlatümlər, 
dağıtmalar və yandırmalar içərisindən keçərək zəmanəmizə 
qədər  gəlib  çatmış və bizi orta əsrlərin kulturoloji fikirin-
dən  xəbərdar  etməkdir. 
Tusi  yalnız  tədris,  təlim,  məktəb  və  elm  sahəsində 
deyil,  tərbiyə  sahəsində  də    öz  təravət  və    əhəmiyyətini 
itirməmiş  aqil  və  müdrik    fikirlər  müğənnisi  və    əxlaq  
nəzəriyyəçisidir. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
197 
Bilgiylə dirilən, ölməz. 
Hz. Əli 
 
NƏTĠCƏ 
 
Orta əsrlər dövründə xilafətin yaranması ilə Şərqdə baş 
verən elmi fəaliyyətlər islam dininin ehkamlarının təsiri ilə 
formalaşmışdı.  Bəzi  azadfikirli  insanların  təqibi  isə  Qərb 
dünyasına nisbətən azlıq təşkil edirdi. Cəhalət və xürafatın 
hökm  sürdüyü  qərb  ölkələrinin  əksinə  olaraq  erkən  orta 
əsrlərdə Şərqdə mövcud olan elmə yüksək qiymət verilməsi 
kimi fikirlər Qərb dünyasında inkivizasiya tərəfindən təqib 
olunurdu. 
Bu  dövrdə  Qərb  dünyasında  papa  inkivizasiyası 
bidətçilər adı altında elmə və elm adamlarına qarşı meydan 
oxuyurdu.  Qəddarlığı  ilə  fərqlənən  Roma  papası  Lotario 
dei Konti di Seqni III  İnnokenti (1161–1216)  1215-ci ildə 
inkivizasiya  adlı  amansız  və  qəddar  bir  təşkilat  yaratdı. 
Elmə və elm adamlarına qarşı düşmən münasibət bəsləyən 
Papa inkivizasiyasının əksinə olaraq, xilafət rəhbərləri antik 
yunan  mədəniyyətinə,  incəsənətinə  və  elmi  biliklərinə 
yüksək  qiymət  verirdilər.  İlk  ərəb  xəlifələrinin  dünyəvi 
elmlərə  böyük  qiymət  veməsinin  nəticəsi  olaraq,  bir  sıra 
elmi  əsərlər  ərəb  dilinə  tərcümə  olunuş,  hələ  832-ci  ildə 
«Hikmət  evi»  adlı  akademiya  da  yaradılmışdı.  Fəlsəfəyə 
qarşı  olan  maraq  isə  dövlətin  dini  ehkamlarla  idarə 
olunamasından və axirət dünyasına, tanrının qüdrətinə olan 
inamdan əmələ gəlirdi.  
Qədim  Şərq  və  Qədim  Yunanıstanın  fəlsəfi  ənənələ-
rinin  burada  toplanması  nəticəsində  müxtəlif  əqidəli 
filosoflar  fəaliyyət  göstərdi.  Bu  filosoflar  içərisində 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə