Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə60/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
186        
puç  elmlərlə  doldurmaqdansa,  oxumamağı  ondan  üstün 
tuturdu. 
Nəsirəddin  Tusi  məktəb  və    mədrəsələrdə  yalnız  fiqh 
elmini  deyil,  riyaziyyatı,  triqonometriyanı,  coğrafiyanı, 
filologiyanı,  təbabəti,  nücumu,  elmi-həssənatı,  musiqini, 
nəbatatı, mədəni (geologiya), heyvanatı da öyrətməyi zəruri 
sayırdı.  
Tusi təbiət hadisələri öyrətməyin, baş  verən  müxtəlif 
yer  hadisələrinin  sirlərini    öyrənməkdə  nücum    elminə  də  
üstünlük verirdi. 
Yuxarıda qeyd etdiyimiz kimi «Əlaqələndirmə fəslində 
məsarif  xərcini  Hülaku    xandan  almaqdan    ötrü  belə  bir 
həqiqəti nəql edir. 
Hülaku xan soruşur: «ulduzlar elminin nə faydası vardır 
ki,  rəsədxananın  tikilməsinə  bu  qədər    məqdur  sərf 
olunsun?»  sualına  Tusi:  «icazə  verin  rəiyyətdən  xəbərsiz 
ətəklərində  yaşadığım  bu    dağın  başına  bir  mis  teşt 
qaldırılıb, zirvədən  aşağı  atılsın». 
Tusinin bu fikri çox təəccüblü olduğundan Hülaku xan 
təklifə əməl  etməyi əmr  edir. Bir nəfər teşti dağın zirvə-
sinə  qaldırıb,  oradan  aşağı  buraxır.  Teşt  dağ  sıldırımlarına 
toxuna-toxuna  aşağı  endikcə  əks-səda  ilə  çox  dəhşətli 
cingilti  əmələ  gətirir.  Bundan  xəbərsiz  olan  Hülaku 
qoşunları  təlatüm  içərisində  şəhərdən  o  yana-bu  yana 
qaçmağa üz tutur. Onlar belə  başa  düşür ki, nə isə ayrı bir 
qoşun  Marağaya hücum  edir.  
Nəsirəddin  Tusi  və  Hülaku  xan  isə  bu  hadisəni 
gördüklərindən  heç  bir  dəhşət  hiss  etmədən,  sakitcə 
dayanırlar.  Tusi  Hülakü  xana  qaçan,  təlatüm  içərisində 
qalan qoşunu göstərərək, necə bir hadisə baş verdiyini başa 
düşməyən  qoşunun  əciba  halını  işarə  edir  və    - 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
187 
«görürsünüzmü,  bizə  bu  hadisə  məlum  olduğundan  sakit, 
qoşun  isə  xəbərsiz  olduğundan  təlatümdədir.  Demək,  biz 
yer  üzündə  sakit  yaşamaq  istəyiriksə,  göy  hadisələrini  də 
öyrənməliyik» söyləyir. 
Tusiyə  görə,  belə  əlaqələr  elmlər  içərisində  də    möv-
cuddur.  Ona    görə  də    tədris  elmləri  içərisində  bu  əlaqəni 
axtarıb tapmaq və  tələbələrin çatdırmaq müəllimlərin əsas 
məqsədi olmalıdır deyir. 
Tusi tərbiyəni də bir elm kimi yüksək qiymətləndirmiş 
və bu elmi təlimlə bahəm öyrətməyi də təklif  etmişdir. 
Tusi «tədris və təlimdə ümumi və xüsusi qism» deyə iki 
mənanı  şərh    edir.  Ümumi    qismdə,  bütün  elmlər  üçün 
zəruri  olan:  üsulları,  tərzləri,  təsyir  və    təstir  (seyrçilik, 
yazma)  şəkil  və    surəti;  xüsusilə  isə,    hər  bir    elmə    aid 
təlim və tədris üsullarından bəhs  edir. 
Tusinin  fikrincə,  «Tədarrüs-  etmək  lazım»,  lakin 
yaddan  salınmamasına  iqdam  etmək  daha  zəruridir» 
deyərək,  öyrədilən  elmlərin  təkrarlanmasından,  «yaddan 
salınmama»sı  üçün  möhkəmləndirilməsindən  bəhs    edir. 
Tusiyə  görə  «öyrədilən  elmi  evdə  qiraət    etdirmək, 
mütəəllimləri  səylə  çalışdırmaq  tədarrüs  qədər  zəruri  və 
ondan də  əfzəldir». 
Tusi tədris və təlimdə «izhar  etmə», təhlil, tərkib, sual-
cavab,  aparmağı  da  lazım  bilir,  bunları    «təlimin  təməli, 
özülü» hesab edirdi. 
Tusi  təlimdə  yalnız  tələbə  və  müəllimləri  deyil,  vali-
deynləri  də    müəllim  qədər  işləməyə çağırırdı. Tusi  müəl-
limdən  uzun-uzadı  öyrətməyi  deyil,  qısaca  «əridib  əqlə 
yetirməyi»  tələb  edirdi.  Buna  görə  də,  Tusi  öz  dövrünə 
qədərki  və   öz  dövründəki  məktəblərin fərdi  məşğələlərini  
rədd edir, əsil  elmləri öyrənməyi təklif  edirdi. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
188        
Tusi  istər  «Adabul-mütəəllim»,  istərsə  də  «Təllümül-
mütəəllim»  və  «Övsaful-əşraf»  əsərlərində    hər  bir  elmin 
özünə  məxsus  tədris  qaydalarından  və    müəllimlik 
vəzifələrindən bəhs  edir. 
Onun  fikrincə,  mütəəllimlərə  öyrədiləcək  şey  onların 
əqlinə  və  dərk  etməsinə  mütabiq  gəlməli  və    səlis-təxfif  
olunmalıdır. 
Tusi  bu    pedaqoji  fikirlərini  fəlsəfi  nöqteyi-nəzərdən 
təhlil  edərək,  «səbəb  və  məqsəd»  məsələlərini  təlimlə 
uzlaşdırıb  «səbəb  aydın  olarsa,  məqsəd  də  tez  yerinə  
yetirilər» deyirdi. 
Tusi  «elmi  fiqhdən  danışaraq  onun  da  tədrisinə  yer 
verir,  lakin  mütəəllimlərə  başa  düşdükləri  dərəcədə 
məlumatlar  verməyi  lazım  bilirdi  və    həddindən    çox  dini 
rəvayət  və  anlaşılmaz  söhbətlər    etməyi  «lüzumiyyətdən 
kənar tədris  hesab  edirdi». 
Tusinin  «elmi-fiqh»ə  dair  fikirlərini  ziddiyyət  hesab  
etsək  də,  uşaqların    anlaq  dərəcəsinə    müvafiq  şeyləri 
öyrətməyi  təklif  etməsi  sırf  pedaqoji    ideyadır  ki,    burada 
tərəqqi  ilə  tənəzzül  bal  ilə  zəhər  kimi    bir-birinə 
qarışmışdır.  Tusi  əzbərçiliyi  rədd  edir  və  «mütəəllimləri 
şüurlu idraka malik olmağa» çağırırdı. 
Tusiyə  görə,  «nəzəriyyə  nə  qədər  qüvvətlidirsə, 
əməkliyə  də  bir  o  qədər  görünməlidir»  deyirdi.  O,  bunları 
bir-birini  tamamlayan  xüsusiyyət  kimi  nəzərə  alırdı.  Tusi 
cəhaləti  zülmətə  bənzədərək,  təlimə  həyatı  zülmətini 
işıqlandıran bir  proses  kimi  baxırdı. 
Tusi insan idrakının qüvvətinə  inanır və bunun təlimlə 
zühur  etdiyini, həyatın  sirlərini açmağa qadir olduğunu da 
şərh edirdi. Tusinin tələbə və mütəəllimlərdən tələb  etdiyi 
əsas məsələlərdən birisi də onların «izharı və  natiqəsi»dir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə