Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə59/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
183 
tədrisin səmərəsi müdərris yaxud mükəllimin  fəaliyyəti ilə 
ölçülməlidir».  Ona  görə  ki,    «mütəəllim  ona    elmi  əxz  
etdirənin  şəfqət  və    iqtidarı  ilə  qarşıda  qoyulan  müdəris 
məqsədinə  sahibi-vüquf  olur».    «Müdərris  nə  qədər  dərin, 
nə  qədər  geniş elmə sahibdirsə,  mütəəllim  də  bir o qədər 
şövqlə və iqtidarla ondan  öyrənəcəkdir». 
Tədris  haqqında  Nəsirəddin  Tusinin  irəli  sürdüyü 
fikirlərdə  yunan  filosoflarından  Aristotelin,  Platonun, 
Anaksoqorun da  mülahizələri ilə üst-üstə  düşən  mütərəqqi 
ideyalara tez-tez rast gəlmək olur. Lakin orta əsrlərdə dinin 
kök  salmış  möhkəm,  təzyiqi,  tədrisdə  də  hiss  olunur, 
dünyəvi elmlərin keçirilməsinə əngəl törədirdi. 
Tusi  bunları  da  görür,  hiss    edirdi  ki,  bunsuz  dünyəvi  
elmlərin  tədrisini  həyata    keçirmək  mümkün  ola  bilməz. 
Ona  görə  də,  Tusi  «Mütəəllimlərə  dair»  fəsil  də  əlavə  
etmişdir. 
Tusi  öz  dövründəki  məktəb  və    mədrəsələrin  fiqh 
elminin  tədrisindəki  bir  kəlmənin  neçə-neçə  mənaya 
salınıb,    lüzumsuz  izah    edilməsini,  mütəəllimlərin  başını  
qarışdırıb, onlara  heç bir şey verilməməsini görüb  özünün 
müxtəlif   elmlərin tədrisinə dair dərsliklərini  yazıb. 
Təkcə Azərbaycan ərazisində yox, bütün Yaxın və Orta 
Şərqdə,  Qərbi  Avropada  da  həmin  dərsliklər    dönə–dönə 
nəşr    edilmiş  və  tərcümə  edilərək  məktəblərdə    istifadə  
edilmişdir. Orta əsrlərdə Fərabilər, ibn Rüşdlər, ibn Sinalar, 
Tusilər 
tərəfindən 
yaradılmış 
elmlər 
müsəlman  
mədrəsələrində  yayılmağa  başlayır  və  mütərəqqi  müəllim 
və tələbələr tərəfindən tədrisə də  tətbiq edilirdi. 
Tədrisi və  təlimi bir-birindən ayıran  Tusi onların  yol-
larını,  üsullarını  və  izahını  da  verir.  Hər  bir  fənnin,  elmin 
tədris  və  təlim  yollarını  müəyyənləşdirərək  müəllimləri 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
184        
istiqamətləndirirdi. Tusi təlim və tədrisdən danışaraq onun 
yollarını  aşağıdakı  şəkildə  qruplaşdırır  və  bu  yolların  hər 
birinə aid «təlimül müəllim»də müxtəlif  fəsillər ayırır. 
Təlimin  tezləşdirilməsi  probleminə  də  toxunan  Tusi 
göstərirdi  ki,  tezləşdirmə  müəllimin  tez  anlaması  ilə 
əlaqədardır.  Müəllim  və  tələbələr  müəllimlərin  əql  və 
mənimsəməsi  dərəcəsini  müəyyənləşdirməklə,  onlara    bu 
və ya digər bir  elmi  surətlə öyrədə  bilərlər. 
Təlimin  tezləşdirilməsi  problemində  «təhsil  vaxtı» 
müəyyənləşdirilməli  və  bunlardan  səmərəli  istifadə  
edilməlidir.  Buna  görə  də    Nəsirəddin  Tusi    «təhsil  vaxtı 
fəsli» ayırıb bu barədə fikirlərini şərh  edir. 
Əgər  təhsil  dini  məktəblərdəki  kimi aparılarsa bir şey 
əldə  edilə  bilməz.  Bunun üçün  «təhsildə  müəyyən  müddət 
və hədd» gözlənilməlidir. Bu və  ya digər elm müəllimlərə 
öyrədilirsə, onu azacıq başa salmaq və  tələbənin özünə çox 
işləmək  təklif edilməlidir. 
Tusinin  nöqteyi-nəzərincə  «təlim  yalnız  öyrədilən 
şeyləri  mənimsəməklə  kifayətlənməməli,  həm  də  
öyrənilənləri  yaşatmalı və  gələcək nəslə  verməyi qarşısına 
məqsəd qoymalıdır». Buna görə də  Tusi «Təlimi yaşatmaq 
fəsli» başlığı vermiş və bu barədə fikirlərini şərh  etmişdir. 
Nəsirəddin Tusi qeyd edirdi ki, pedaqoq yalnız  hazırkı 
şeyləri  deyil,  həmin  şeyləri  həm  özlərinə  qədərki,  həm  də 
özlərindən  sonrakı  olanlarla  əlaqələndirməyi  və  bu  sahədə 
varisliyi  qorumağı məqsudi-müqəddəs hesab  etməlidir. Bu  
sırada    Tusinin  fikirləri  təlimin  sistematiklik  və    ardıcıllıq 
prinsipi  ilə  çox    həmahəng    səsləşir.  Onun  fikrincə, 
«öyrədiləcək  hər  nə  varsa,  bir-birinə  mütabiq  və  müvafiq 
gəlməli, bir-birinin  mütəmmamı sayılmalıdır». 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
185 
Tusiyə görə  hər hansı bir elm, fənn olursa-olsun dini-
ortodoksal təriqətdən üzülə  bilməz. Buna  nə  kök  salmış  
islam    dini,  nə  də    o  dövrün  ictimai-siyasi  vəziyyəti    yol 
verməzdi. Tusi  tədris və  təlimin ən  böyük təhlilini  təd-
risdə   görür  və  hər  millətin, xalqın və  qövmün özünə  mü-
vafiq tədris  tərzi olduğunu da  qeyd  edirdi. Tusi gerçəkli-
yə,  yəni,  hadisəyə,  cəmiyyətə,  tərəqqiyə  real  nəzərlə  bax-
dığından tədris,  təhsil və təlimə də eyni nəzərlə  baxırdı. 
Nəsirəddin  Tusi  «Kəlam  elmi»ni  tədris  edən 
mütəkəllimlərin digər elmlərdə  baş  çıxara  bilmədiklərini 
də qeyd edir. «Quran»dan başqa müəllimlərə digər bir elm 
öyrətməyi  qəbahət  sayanları  pisləyir,  hətta  onların 
«Quran»ı da  bildiklərindən hamını, o cümlədən uşaqları da  
ətalətdə boğduqlarını dönə-dönə qeyd  edirdi. 
Tusi qeyd edir ki, istər tədris və istərsə də təlim yalnız 
ondan  ibarət    deyildir  ki,  uşaq  bu  və    ya  digər  bir  elmi  
öyrənsin,  ona  yiyələnsin.  Əsas  məsələ  öyrəndiklərini 
cəmiyyətdə,  hadisələrə  necə  tətbiq  edə  bilməsində  və  
bilməməsindədir. 
Nəsirəddin  Tusi  yunan  alimlərinin  yaradıcılığına,  qə-
dim  yunan  elminə  böyük  önəm  verir  və  tədris  zamanı 
müəllimlərə  qədim  yunan  alimlərinin  də  əsərlərini 
öyrətməyi təklif  edirdi. 
Tusi  bu  elmləri  fərdi  yolla  deyil,  ümumi  yolla  öyrət-
məyi  əsas  sayırdı.  Bunu  isə  məktəblərdə,  mədrəsələrdə, 
akademiyalarda öyrətməyi, hamıdan yox,  yalnız hərtərəfli  
məlumatlara malik olan tələbə və müəllimlərdən öyrənməyi 
zəruri  hesab    edirdi.  Bu  fikrin  özü  o  dövr  mədrəsələrinin 
tədris  üsuluna  qarşı  böyük  bir  etiraz  idi.  Tusi    öyrətmə 
prosesini də təhlil edir və mütəəllimlərin başını anlaşılmaz, 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə