Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə55/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   51   52   53   54   55   56   57   58   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
170        
Tusi    pedaqoq  və    psixoloq    kimi  uşağın  hər    bir  
hərəkətini  izləməyi,  uşaq  psixologiyasına  dərindən    bələd  
olaraq  «tədris  və    təlimlə  məşğul    olmağı»  zəruri  sayırdı.    
Onun  fikrincə,  «uşaq  heç  bir  hərəkətini  böyüklərdən 
gizlətməməlidir. Ata-ana elə tərbiyə verməlidir  ki,  uşaq nə  
etdiyi, nələr  törətdiyi barədə  onlara  düzgün və  müstəqil 
məlumat  versin». 
Dahi  pedaqoqun  düşüncəsinə  görə  «o,  (yəni    uşaq, 
şagird)  böyüklərdən  gizli  pis  hərəkət    edirsə,  o  aşkar 
olunmalı  və    uşaq  cəzalandırılmalıdır.  Hətta  bu  hərəkətin 
pisliyini izah edərkən mübaliğəyə də yol vermək lazımdır». 
Lakin  uşağı  tez-tez  cəzalandırmaq da məsləhət görülmür. 
Ona görə ki, «uşaq bu zaman  qorxu hissini  itirər və cəzaya 
adi  bir  hal    kimi  baxar.  Tusi  uşağın  naturasında  qadağan  
olunmuş şeylərə hərisliyin  çox olduğunu qeyd edərək, uşaq 
ona  təkidlə  qadağan  edilən  şey  ilə  daha  maraqlı    olduğu  
üçün, danlaqlara əhəmiyyət  verməyib öz pis əməllərindən 
ləzzət almağa  başlayır, cəsarətlənir və  pozulur deyir.  Belə  
hallarda  Tusi daha  incə  tədbirlər görməyi  təklif  edirdi. 
Tusi  istər  cəzalandırmada  və  istərsə  də    rəğbətləndir-
mədə  ata-analara və   müəllimlərə həssas  olmağı, xüsusən 
cəzalandırarkən  hansı  qayda-qanunlardan  istifadə    edəcə-
yini qabaqcadan  düşünüb əql və canlı hərəkət etməyi təklif  
edirdi. 
Tusi  uşaqların  təlim-tərbiyəsi  məsələsini  yalnız 
müəllimlərin, ata-anaların  üstünə  salmaqla kifayətlənmir. 
Uşaqlara    qəzəl-qəsidə,  şeir,  mənzumə,  hekayət,  atalar 
sözləri,  lətifələr,  igidlik  və  qəhrəmanlıq  səhifələrinə    həsr  
edilmiş  əsərlər  oxumağı»  və  yaxud  da    onların  özünə  
oxutmağı  da  məsləhət  görür  və    uşaq  qiraətinə  fikir  


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
171 
verməyi  və  qiraətin  özündən  də  bir  tərbiyə,  ədəb  mənbəyi  
kimi təkrar-təkrar  istifadə  etməyi də  təklif  edirdi. 
Tusi yalnız uşaqlara  deyil, yaşlı nəslə «Ya talübül-elm-
lər»ə də gecələr  az yatıb, çox oxumağı, öyrənməyi» davra-
nış dürüst və  mükəmməl başa  düşməyi, incəliklə anlamağı  
dönə-dönə məsləhət görür və  özünün  təsis  etdiyi məktəb-
lərdə də bunu həyata  keçirirdi. Tusinin  fikrincxə elm  bö-
yükləri vəsf  edib  ayağa qaldırdığı kimi, kiçikləri də salim  
edir, onlara  hər cür bəd təsir və  bədhavalıqdan iraq  edir. 
Tusiyə  görə    ilk  yaşlarından  ata-analar,  təhsilli    bacı-
qardaşlar qiraətin əhəmiyyətini dərk etməli və unutmamalı-
dır  ki,  «bu (yəni, qiraət) insanın müdrik və  aqil yetişmə-
sinə də  iqdam edir». 
Tusi  hər  hansı  bir  mətləb    olursa-olsun  oxunarkən  
«işarət  və    ricətlərə»,  «Müraciət  və  təkliflərə»  və  s.  fikir  
verilməli, hansı məqsədə  xidmət göstəriləcəyi  əvvəlcədən 
düşünülməlidir  deyirdi.  Pedaqoq  qiraəti  mütəəllimin,  həm 
də müəllim və  tələbələrin zəruri  məqsədi, öyrədilməsi və  
vəzifəsi sayılmalıdır. 
Daha sonra, uşağı evləndirib, ayırmaqla ailə tərbiyəsinə 
yekun  vurmağı, lazım bilirdi. Bax, qısaca da olsa, Tusinin 
istər təlim-tərbiyə və istərsə də  əxlaqi tərbiyəsinə münasi-
bəti belə  idi. 
Onu  da  qeyd  etməliyik  ki,  Tusi  tərbiyə  haqqında 
fikirlərində antik dövrün filosofları Platon, Aristotel ardın-
ca  getməyib,  Şərqin  ən  böyük  mütəffəkkiri  və  pedaqoqu 
Əbu  Əli  İbn  Sina  (Avisenna)  ardınca  getmiş  və    onun 
mütərəqqi  ənənələrini  davam etdirərək  İbn Sina pedaqogi-
kasına öz əlavələrini  vermişdir. 
Əgər  Aristotel  və  Platon  tərbiyənin  məqsədini    dövlət  
üçün xeyirxah  adamlar  yetişdirməkdə görürdülərsə, İbn –


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
172        
Sina ilə Tusi həm cəmiyyət, həm də  dövlət  üçün xeyirxah  
adamlar    yetirmək  məqsədindən    asılı    olaraq  uşaq    üçün  
ilk    növbədə  yaxşı    əxlaqi  və    əqli  tərbiyə  verməkdə  ailə  
tərbiyəsinə    üstünlük  verir  və    bütün  valideynləri  bu    işdə  
məsul  hesab  edirdi. 
Aristotel  və Platon təhsili silkli təbəqələr  üçün  lazım 
bilirdilərsə,  İbn-Sina  ilə  Tusi    varlı-yoxsul    uşaqları 
arasında  fərq olduğunu  rədd  etmişlər və  təhsilin hamıya 
eyni  dərəcədə xas  olduğunu  təklif etmişlər və s. 
O, fikirləşirdi ki, hər hansı bir əsərə poetik nümunə və 
s.  olursa  olsun  mənalı  və  aktual  olmalı  və  əgər  gözəl 
sayırıqsa,  pak  hesablayırıqsa,  yalnız  bəşəriyyətin  tərəq-
qisinə xidmət etməlidir. 
Tusi  fiziki  tərbiyə  haqqında  fikirlərində  bədən  üzvləri 
və onların gözlənilməsi, 5 hiss üzvü, su  və  havanın insan  
orqanizminə  təsiri,  hərəkət  və    sükunəti  müxtəlif    idman  
hərəkətləri  və    bunların  orqanizminin    ayrı-ayrı  üzvlərinə 
təsiri,  müxtəlif    xəstələnmələr  və    bunların    idmanla 
müalicəsi, idman və  idrak  sağlamlıq və  əql, yeməyin  in-
san    orqanizminə  təsiri,  fiziki  tərbiyə,  təhsil,  təlim,  fiziki  
tərbiyə  və    cəmiyyət  və  s.  və  i.a.  kimi  məsələlərə  də  
toxunulmuş və  ayrı-ayrılıqda bunların  təhlilini və  müəl-
limlərin bu  sahədə  vəzifələrini də  şərh edərək irs  qoyub 
getmişdir.  
Estetik fikir tariximizə nəzər salarkən məlum olur ki, bu  
tarixin  neçə-neçə səhifəsi hələ də  vərəqlənməmiş estetika, 
estetik tərbiyə barədə qiymətli fikir söyləmiş və  irs  qoyub 
getmiş  bir  sıra  görkəmli  şəxsiyyətlərin  adları  belə 
sadalanmamış, haqqında danışılmamışdır. 
Estetik  fikir,  estetik  tərbiyə  Xaqani,  Nizami  kimi 
görkəmli mütəfəkkirlərin yaradıcılığında daha çox və geniş 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə