Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə64/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
198        
məşşaşiyə adlanan Şərq peripatetikləri elmə yüksək qiymət 
verməsi  ilə  fərqlənirdilər.  İbn  Sina  və  Bəhmənyarın 
yaratdığı  fəlsəfi  dünyagörüşlə  XI-XII  əsrlərdə  tərəqqi 
dövrünü  keçirən    peripatetiklərin  davamçıları  yenə  də 
yaranmaqda  idi.    İbn  Sina  və  Bəhmənyar  kimi  universal 
zəka sahiblərindən sonra yaranmış boşluğu Nəsirəddin Tusi 
kimi dahi bir insan doldura bilərdi. 
Elmi  irsinin  böyüklüyü  ilə  tanınan  Tusi  yaşadığı  dövr 
ərzində  və  ondan  sonra  da  belə  «son  filosof»,  «əllamə», 
«həkim», «ustad», «əsrin yeganəsi», «mühəqqiq», «üçüncü 
müəllim»,  «xacə»  və  s.  kimi  yüzdən  yuxarı  ləqəblə 
tanınmışdır. XIII əsrdə çoxlu sayda elm sahiblərinin  Şərq 
fəlsəfəsində  iz  buraxmasına  baxmayaraq,  dünya  şöhrəti 
qazanmış təbiətşünas filosof olan Tusi  məhz bu ləqəblərə 
layiq görülürdü. 
Nəsirəddin Tusi  yaşadığı dövr ərzində dini və dünyəvi 
elmlərin tədqiqatını aparmış, müxtəlif məzmuna malik olan 
əsərlər yazmışdır. Təkcə fəlsəfəyə aid deyil, müasiri olduğu 
elmlərin  hamısına  gərgin  əmək  sərf  edib,  ensiklopedik 
mahiyyət  kəsb  edən  bir  təlim  meydana  gətirmişdi.  Bu 
təkrarolumaz  şəxsiyyətin  fərqli  mövzulara  dair  həsr  etdiyi 
yüzdən çox əsərlərinin oxşar cəhəti onların orjinallığı idi. 
Özündən əvvəl yaşamış düşüncə sahiblərinin mütərəqqi 
fikirlərini  cəsarətlə  müdafiə  edib,  onları  fanatik  dünya-
görüşlü  fəqih-mütəkkəlimlərin  hücumlarından  qoruyur. 
Təsadüfi  deyildir  ki,  həmin  dövrdə  yaşamış  hənbəli 
məzhəbinin  üləmaları  Nəsirəddin  Tusi  fəlsəfəsində  irəli 
sürülən ideyaları inkar etməyə çalışmış, bu yolda özlərinin 
məntiqsiz və dolaşıq tezislərindən istifadə etmişlər. Fanatik 
ortodoksal  alimlərdən  İbn  Təymiyyə,  İbn  Qəyyim  və  İbn 
İmad  Hənbəli  öz  əsərlərində  Tusi  fəlsəfəsini,  onun  elmi 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
199 
dünyagörüşünü  ateizimdə  və  dinə  qarşı  çıxmasında 
günahlandırırdılar.  Bunlardan  Təqiyyədin  Əhməd  İbn 
Təymiyyə  (1262-1328)  Tusinin  nəsiriyyə  adlı  bidətçi  bir 
təlim  yaratdığını  və  ortodoksal  şiəlik  mövqeyində 
durduğunu iddia edirdi. 
Bunlardan  fərqli  olaraq,  mütərəqqi  və  qabaqcıl 
tədqiqatçılar  Nəsirəddin  Tusiyə  müsbət  qiymət  verib,  onu 
müxtəlif şərəfli adlarla adlandırmışlar. Əgər XIII yüzillikdə 
Qərbdə  elmin  mövcud  olmadığını  nəzərə  alsaq,  Şərq 
dünyasında hamı tərəfindən Marağa rəsədxanasındakı elmi 
fəaliyyəti ilə tanınan N.Tusi nin ümumdünya elmində hansı 
mövqeyə  malik  olduğunu  görərik.  Elə  bu  səbəbdəndir  ki, 
onu  «onbirinci  əql»  deyə  adlandırırdılar.  Onlar  Əbunəsir 
Farabinin  «Məsələlərin  mahiyyəti»  adlı  fəlsəfi  əsərində 
göstərdiyi  on  əqldən  sonra  Tusiyə  «onbirinci  əql»  deyə 
müraciət edirdilər. 
Nəsirəddin  Tusi  fəlsəfəsinin  yayılmasında  Marağa 
rəsədxanasındakı  şagirdlərinin  də  böyük  rolu  olmuşdur. 
Əsasən,  N.Tusi  elmi  irsinin  davamçıları  olan  bu 
şagirdlərdən Əllamə Cəmaləddin Hilli Tusi fəlsəfəsinə dair 
yazdığı şərhlər ilə tanınmışdır. Filosofun əsərləri şagirdləri 
və  davamçıları  tərəfindən  müxtəlif  dillərə  tərcümə 
olunaraq,  dünyanın  bir  sıra  yerlərinə  yayılmışdır.  Orta 
əsrlərdə  yürüdülən  bu  fəaliyyətin  nəticəsində  mütəfəkkirin 
əsərləri  Qərb  dünyasında  az  yayılsa  da,  Şərqdə  böyük  bir 
ərazini əhatə edirdi. 
Orta əsrlər tarixində digər bir anoloqu olmayan Marağa 
rəsədxanasındakı elmi-tədqiqat araşdırmaları və yaradılmış 
böyük bir akademiya da Nəsirəddin Tusi zəkasının parıltısı 
idi.  Tusinin  yetişdirdiyi  yüzlərcə  tələbələrdən  Əllamə 
Cəmaləddin  Hilli  yalnız  biri  idi.  Fəlsəfənin  incəliklərinə 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
200        
dərindən  bələd  olan  Əllamə  Cəmaləddin  Hilli  Tusinin  ən 
məşhur  fəlsəfi  əsəri  sayılan  «Kəlamın  təcridi»nə  ilk  dəfə 
olaraq  şərh  yazanlardan  biri  olur.  «Etiqadın  təcridinə  dair 
Muradın açıqlaması» adını verdiyi şərhdə Tusini dünyanın 
ən  məşhur  filosofları  ilə  müqayisə  edir,  oxşar  və  fərqli 
cəhətlərini,  hansı  filosofun  təsiri  altında  olması  kimi 
məsələləri tədqiq edir. 
Misirdə, Hindistanda, Həbəşistanda, İranda, Türkiyədə, 
İspaniyada,  Qazaxıstanda,  Almaniyada,  İngiltərədə,  Frans-
ada,  İsveçrədə,  Bolqarıstanda,  Afrikada,  Azərbaycanda, 
Gürcüstanda və qeyd  etdiyimiz bu  ölkələrin iri  və  kiçik 
şəhərlərində  XIII  əsrdən  başlayaraq    XIX  əsrə    kimi  Orta  
əsrlərə  dair  yazılmış    kiçik  və  yaxud  da  həcmli  əsərlərin 
əksəriyyətində  müəlliflər  N.Tusi  və  onun  irsi  haqqında  
müsbət  fikirlər  söyləyir  və    onu  «Ustadul-Bəşər»,  «Elm 
padşahı»,  «Məşhur  tarixçi»,  «Şərqin  Aristoteli»,  «Təlim-
tərbiyə ustadı» və s. kimi qiymətləndirirlər.  
Ərəb, fars, osmanlı, türk, osmanlı, tatar, monqol, hind , 
həbəş, ingilis, fransız, alman, ispan və s. və kimi 100-lə bir  
sıra  dillərə    nəşr    edilən  Tusi  əsərləri  bir    daha  onun 
beynəlmiləl sənətkar  olduğunu sübut  edir. 
Onun  Ordubadda,  Nişapurda,  Marağada,  Şirazda, 
Çində,  Ərəbistanda  və  s.  kimi  Yaxın  və    Orta    Şərq 
ölkələrində yaşamış  tələbələri və  onların «Ustadul-Bəşər» 
adlandırdıqları müəllimləri Tusi  irsi də onun beynəlmiləlçi 
mütəfəkkir olduğuna əsaslı dəlildir. 
Dünyanın ən məşhur fəlsəfə tarixçiləri ilə adı bir sırada 
yer  alan  müasir  tədqiqatçılar  Nəsirəddin  Tusi  adlı  bir 
filosofa hər zaman qiymət vermişlər. Demək olar ki, bütün 
fəlsəfə  tarixi  əsərlərində  peripatetizmin  və  aristotelizimin 
Şərq qolundan bəhs edərkən  Nəsirəddin Tusi adı hörmətlə 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə