Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə66/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   59   60   61   62   63   64   65   66   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
204        
fəlsəfəsinin tipik xüsusiyyətlərindən idi. Dünya alimlərinin 
ayın  səthində  Nəsirəddin  Tusi  adlı  bir  region  ayırması, 
onların Tusiyə verdiyi yüksək qiymətlərdən sadəcə biridir. 
Bu  dünya  şöhrətli  filosofun  yaradıcılığına  xalqımız 
tərəfindən  də  böyük  dəyər  veriləcəyinə  və  tükənməz  elmi 
sərvətlərindən düzgün istifadə edilməsinə ümid bəsləyirik. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
205 
 
XÜLASƏ 
 
Qədim və orta əsrlərdə yaşayıb-yaratmış Şərq alim, şair 
və ensklopedik zəka sahibi Nəsirəddin Tusi 1201-1274 - ci 
illərdə  yaşayıb  yaratmışdır.  Şərq  kulturoloji  təfəkkürün 
formalaşmasında xüsusi fikirləri olmuşdur. 
Tusi  ilk  əsərlərindən  biri  olan  və  ona  dünya  şöhrəti 
qazandırmış  «Əxlaqi-Nasiri»  əsərində  belə «məclislərin» 
uşaqlara nə qədər vacib olub, böyük təsir bağışladığından 
dərin bir rəqbətlə danışır. Bütün bunlar gənc Tusidə həqi-
qətə axtarmaq eşqi doğurur. «Əxlaqi – Nasiri» əsəri məz-
munun ictimai, iqtisadi siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi 
səciyyəsi  baxımından  xüsusi  əhəmiyyətə  malikdir.  Bunu 
qeyd  etmək  kifayətdir  ki,  yeddi  yüz  ildən  artıq  bir 
müddət  ərzində  bu  kitab  Orta  və  Yaxın  Şərq  məktəblə-
rində  əxlaq  dərsliyi  kimi  şöhrət  tapmışdır,  hələ  indi  də 
bəzi  orta  məktəb  proqramlarında  bu  məqsəd  üçün  ona 
müəyyən yer verilir. 
Tusi «Əxlaqi – Nasiri» nin nəzəri hikmətini təhlil etdiyi 
birinci məqalənin  dördüncü fəslində varlıqların dərəcə sis-
temini verir və bu sistemdə «insanın» orta yerdə yardıldığı 
fikrini irəli sürür. 
Tusi  buradan  məntiqi  nəticə  çıxararaq  nəfsin  tərbiyə 
edilməsi üçün peyğəmbərlərə, filosoflara, rəhbərlərə, rəis-
lərə,  tərbiyəçilərə  və  müəllimlərə  ehtiyac  olduğunu  elmi 
cəhətdən  əsaslandırmağa  çalışır.  Bu  tərbiyə  prosesində 
əsas cəhəti seçməyi bacarmaq ən vacib şərtlərdən biri he-
sab edilir. Belə bir əsas cəhət isə hər varlığın özündə möv-
cuddur və onu başqa varlıqdan ayıran da məhz bu xüsusiy-
yətdir,  onun  kamala  çatması  üçün  də  birinci  növbədə  bu 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
206        
cəhətin inkişaf etdirilməsi ən vacib məsələdir. İnsan üçün 
bu  cəhət,  bu  xüsusiyyət,  Tusinin  fikrinə  görə,  mənalı 
nitqdir. 
Sonra  Tusi  nəzəriyyə  ilə  təcrübənin,  elmlə  əməlin  əla-
qəsindən  danışır,  bunların  vəhdəti  olmadan  inkişaf  və 
kamillik qeyri-mümkündür. 
Elmlə əməlin qarşılıqlı əlaqəsi və birgə inkişafı nəticə-
sində  insan  kamilləşib  «mütləq  insnan»  səviyyəsinə  qədər 
yüksələ  bilir. 
Mənəvi  təmizliyə,  əxlaq saflığına, vicdan  büllurluğuna 
son  dərəcə  böyük  əhəmiyyət  verən  Tusi  hər  şeydən  əvvəl 
uşaqların  və    gənclərin  mənəvi-əxlaqi  tərbiyəsi  ilə  məşğul 
olmağı, onları düzlüyə, doğruluğa, bir sözlə, vicdanlı olma-
ğa öyrətməyi, sonra isə başqa tərbiyyə işləri ilə məşğul ol-
mağı məsləhət görür. 
Tusi  insanın  kamilliyində,  səadətə  çatmasında,  xeyirli 
işlər  görməsində  ədalətli  vicdanın  zəruriliyini  əsas  şərh 
hesab edir. 
Tusi  qarşıda  qoyulmuş  məqsədə  çatmaq,  cəmiyyətdə 
vicdanlı,  namuslu,  bacarıqlı  xeyirxah,  işgüzar  adamların 
tərbiyə  edilib  hazırlanması  üçün,  döyülüb-danlamaq  da 
daxil  olmaqla  bütün  üsulların  tətbiq  edilməsini  mümkün 
hesab  edir  .  Tusi  22  ilə  yaxın  ismaililərin  yanında  olmuş, 
ağır  şəraitə  baxmayaraq  hücum,  fəlsəfə,  məntiq  və  elmin 
başqa  sahələrinə  aid  əsrlərinin  əksəryətini  burada 
yazmışdır.  Ədəbiyyatşünaslıq  fəaliyyəti,  şairliyi  də  məhz 
bu dövrlərə təsadüf edir. 
Tusinin elmi-ədəbi irsi olduqca böyükdür. O, dövrünün 
ən  görkəmli  alimi  hesab  edilmiş,  «əllamə»,  «mühəqiq», 
«həkim», «xacə», «ustad»,  «əsrin  yeganəsi», «son filosof» 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
207 
və s. ləqəblərlə şöhrət tapmış, müxtəlif məxəzlərdə yüzdən 
yuxarı əsərinin adı göstərilmişdir. 
Butün  bu  ziddiyətlərə  baxmayaraq,  Tusi  istər  öz  döv-
ründə, istərsə də bütün tarix boyu şərqin ən nüfuzlu, görkəmli 
və  çoxcəhətli  bir  alimi  kimi  həmişə  diqqət  mərkəzində 
olmuşdur . 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
208        
 
РЕЗЮМЕ 
 
Видный  восточный  ученый,  поэт  и  энциклопедист 
средневековья  Насиреддин  Туси  (1201  -  1274)  жил  и 
творил  в  XIII  веке.  Научные  концепции  Н.  Туси 
сыграли  огромную  роль  в  формировании  культуро-
логической мысли средневекового Востока.  
В  одном  из  первых  научных  трудов  Н.Туси 
«Эхлаги-Насири»,  принесшего  автору  мировую  из-
вестность,  философ  с  глубоким  волнением  рассуждает 
о  необходимости  этического  воспитания  юного 
поколения,  о  значении  собраний,  призванных  воздей-
ствовать  на  детские  пытливые  умы,  где  выкристал-
лизовываются  поведенческие  модели  и  модели 
человеческих  взаимоотношений.  Молодой  ученый 
полон энтузиазма в своих поисках истины и моральной 
чистоты,  незамутненного  духа  и  незапятнанной 
морали. 
«Эхлаги-Насири» 
имеет 
огромную 
общественную, 
экономическую, 
политическую, 
нравственную 
философскую, 
воспитательную 
значимость для воспитания юного поколения. Вот  уже 
более  700  лет  эта  книга  с  успехом  применяется  в 
школах  Среднего  и  Ближнего  Востока  в  качестве 
учебника  этики,  даже  сегодня  в  некоторые  учебные 
программы  средних  школ  включают  наиболее  ценные 
постулаты из этой замечательной книги. 
В  теоретической  части  книги  «Эхлаги-Насири»,  в 
четвертой  главе  первой  статьи,  Туси  дает  разра-
ботанную  им  систему  градации  живых  существ  и 
помещает  человека  в  середину  этой  планки.  Далее, 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə