Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə50/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
155 
Tusi  bu  barədə  yazırdı  ki,  «elm  insanları  üzə  çıxar-
maqda  tərbiyə  ilə  müştərək  olduqda    çaşdırır».  Pedaqoqa 
görə  «həssəna  ülumla  vəhdətdə  elə  bir  qüvvətdir    ki,  o 
insanı  müəzziz    etməklə  bərabər,  müşərrəf    olmağa  da 
zəmin yaradır». 
«İnsanı    nadanlıq  və    nakamillik  mərzəcindən  (bataq-
lığından) qurtarıb, dərəcəyi-kamilə yetirməkdə  həssanat ən 
qüdrətli silahdır» deyən mütəfəkkir-pedaqoq «hətta insanın 
ayaqüstə  durmasına,  onun  düzgün  hərəkətinə  və    şöhrət-
lənməsinə  səbəb  olan  bir  amil  varsa  da  yenə  həssanatdır» 
ifadəsini işlədir. 
Tusinin  qələmə  aldığı  «Adabul-mütəəllim»  əsərinin 
XIII  fəslində  «Elm  sahibinin  şəfqət  və  nəsihətindən»  bəhs 
edərək    göstərir  ki,    tərbiyəni    öyüd,  nəsihət    yolu  ilə 
vermək  mümkündür.  Lakin  savadlı,  elm  sahibi    olan  şəxs 
bunu  idraka yetirməyin  ustadı olmalıdır. Bunun üçün  hər  
elmdən  xəbərdar  olmaq  və  maraqla,  şövqlə,  hekayətlərlə 
təsir  etmək gərəkdir. 
Mütəfəkkir  insan tərbiyəsini  həm çox mürəkkəb, həm 
də  çətin  bir    proses    hesab    edir.  O,  yer  üzərində  yaşayan 
insanların  sifətlərinin,  libaslarının,  davranışlarının  və  s. 
necə    müxtəlif    və    rəngarəng  olduğundan  misal  gətirərək 
göstərir ki, «tərbiyədə də həmin rəngarənglik  mövcuddur». 
Bu  barədə  pedaqoq-alim  yazırdı  ki:  «İstər  müəllim, 
istər  müdərris  və  istərsə  də  mütəkəllim  olsun  hər  şeydən 
əqdəm  bunları    bilməli,  ayırd  etməli,  sonra  isə  təbiyyətdə 
qarşısına qoyduğu məqsədi həyata  keçirməlidir». 
Tusinin  nöqteyi  nəzərincə  «insanlar  nökər  və  naib, 
rəiyyət  və  əmir,  hökmdar  və  kəniz,  kölə  kimi  doğulmur. 
Bütün bu qism adamlar, təbiətdə, aləmdə yaranır, xasiyyət 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
156        
və  hərəkətlər də  təsirlərin səmərəsidir» deyir və tərbiyədə 
irsiyyəti rədd edərək mühitin təsirini qeyd  edirdi. 
Tərbiyə  prosesində  Tusi  psixoloji  məsələlərin  təsirinə 
möhkəm inanır və  bunlara  fəlsəfi don geydirərək birbəbir 
şərh  edirdi.  O,  möhnət,  müsibət,  zəhmət,  məşəqqət,  ixtila 
namülafimlik,  pərişanlıq,  zindəkanlıq,  bəla,  dözüm,  hifz 
olunmaq,  tədabiri-aqilanə,  kəsrəti-hüzi,  şiddəti-fərəc, 
məişət, asayiş, tərəqqi, ülvilik, arzu, əfkar, xəyalət, hərəkat 
halət,  təcəyyirat  və  s.  kimi  fəlsəfi-psixoloji  məsələlərə  də 
toxunur  və  bunların  tərbiyədə  mövqeyini  də  qiymətlən-
dirirdi. 
İnsanı  yer  üzünün  əşrəfi  hesab  edən  Tusi  elmi  özündə 
ehtiva edən insanı ən  yüksək xilqət sayır, «onun tərəqqiyə 
bais  oldu»ğunu  söyləyir,  digər    tərəfdən  mühitin  də  ona 
təsir  göstərdiyini  şərh  edirdi.  Tərbiyəçinin  qüdrət  və 
qüvvətinə inam, tərəqqidə insanın  mövqeyi mühitin insana  
bəd  və    xoş  təsir  bağışlaması  Tusi  yaradıcılığında  tərbiyə  
mövzusunun  əsasını təşkil  edir.  
Tərbiyədə zat, əcdad məsələsinin təsirini kölgəli də olsa 
qeyd    edən  Tusi  bəzən  isə    qəti  olaraq  irsiyyəti  rədd  edir. 
Tərbiyədə  mühitin  təsirini  qiymətləndirmək,  tərbiyəçiyə 
tərbiyə işində üstünlük vermək Tusi üçün mütərəqqi hesab 
edilməlidir. 
Bu  dahi  pedaqoqun  «Adabul-mütəəllim»,  «Təlimül-
mütəəllim»,  «Divan»  və    «Məsnəvi»lərində,  istərsə  də, 
«Əxlaqi-Nasiri»,  «Kitabi-mədarik»,  «Ovsaful-əşraf»  və  s. 
kimi iyirmiyə  yaxın sırf təlim-tərbiyə mövzusuna dair  həsr 
etdiyi  əsərlərində,  təlim-tərbiyə    mövzusunda  yazdığı  
əsərlərində  təlim-tərbiyəni    vəhdətdə  qəbul    etmiş  insanın 
tərəqqi,  nəşv-nüma  etməsi  və  inkişafında  hər  ikisini  eyni 
dərəcədə qiymətləndirmişdir. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
157 
Təlim  prosesinin  məqsədini  hər  bir    elmdən  xəbərdar 
olub  vətənin  tərəqqisinə  xidmət  göstərməkdə  görən  Tusi 
tərbiyənin  məqsədini  cəmiyyət  üçün  xidmət  göstərən, 
qüsursuz    tərbiyəvi  keyfiyyətlərə,  elmdən  xəbərdar  olan  
insan  yetişdirməkdə görürdü. 
Tərbiyə  haqqında  söylədiyi  müsbət  fikirlərində 
tərbiyənin  müxtəlifliyindən  onun  rəngarəng,  qəribə, 
heyrətamiz  və  müsbət  keyfiyyətlərindən  söz  açır  və 
tərbiyəni söz-söhbətlə bitirməyi, yekunlaşdırmağı mümkün 
hesab  etmir. Bu barədə bir deyil, neçə-neçə  kitab və risalə 
tərtib  etməyin  zəruriliyini qeyd  edib, özü də bu məsələyə, 
hələlik əldə  olan iyirmiyə yaxın əsərini həsr  etmişdir. 
Mütəfəkkir-pedaqoq  digər  elmlərlə  bərabər,  tərbiyənin 
də  bir  elm  kimi  mövcud  olduğunu    söyləyir.  Haqlı  olaraq 
Tusi  tərbiyəni  elm  hesab    edib  bu    elmə  vüquf  olmağı 
müəllimlərin,  mütəkəllimlərin  belə  zəruri  məqsədi 
saymışdır. 
Əxlaq  tərbiyəsi  barədə  fikrilərinin  davam  etdirən  Tusi 
dostluq,  yoldaşlıq,  xeyr,  şər,  nəfsi  bütünlük,  binəfislik 
kinlilik, keyfiyyət, tərif,  varisliyi qorumaq,  nəsihət, öyüd, 
paklıq,  nadanlıq,  birlik,  etiqad,  etiram,  hörmət,  tələb, 
tənbəllik  süstlük,  kəsalət,  tədib,  küdurət,  itaət,    inqiyad, 
nəhy, xoşbəxtlik, səadət, şəmsarlıq, qəflət və s. və i.a. kimi 
mənfi  və  müsbət  xüsusiyyətlərindən  danışaraq,  onların  ən 
gözəl nümunələrini vermişdir. 
«Adabul-mütəəllim»  adlı  əsərinin  XIII  bölməsini 
tərbiyə elminin mənfəətinə həsr  etmiş və göstərmişdir  ki,  
«elm,  savad,  bilik,  insanı    hər  cür  qəbih    adətlərdən  iraq  
etməklə  bərabər,  onu  aqil,  müdrik,  xeyirxah,  ədəb-ərkan 
gözləyən, doğruçu adam dərəcatına qədər yüksəldib, cahan 
içərisində  müşərrəf edir». 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə