Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə49/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   45   46   47   48   49   50   51   52   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
152        
məktəb və  müəllimlərin əsas  vəzifəsi sayırdı. Tusi  elmi-
hikmət,    elmi-fəlsəfə,  filologiya,  nəzm,  nəsr,  təbabət, 
coğrafiya, tarix, riyaziyyat, nücum və s. kimi elmləri tədris 
edən müəllimlərdən tələb edirdi ki, «təbiətdə və cəmiyyətdə 
baş  verən  hadisələr  haqqında  ilk  və    son  təsəvvürləri 
verərkən,  bunların  vətənin,  rəiyyətin  tərəqqisində 
mövqeyini  də  başa  salsınlar  və  mütəəllimlərin  həyati-
ictimai vəzifəsini dərk  etməyə  hazır etsinlər. 
Tusi əqli tərbiyənin təhsil və  tədris prosesilə müştərək 
sayıb,  əqli    təhsilin  vəzifəsini,  cəmiyyət  və  rəiyyət  üçün 
xeyirxah  işlər  etməkdə    çətinliklərdən  baş  çıxarmaqda, 
sənətə,  peşəyə  yiyələnməkdə  və   əldə   edilən  ixtisas   üzrə 
tərəqqiyə köməklikdə görürdü. 
Əqli tərbiyə etmək, inkişaf  etdirmək  haqqında Tusinin 
irəli  sürdüyü  fikirləri    çoxdur.  Qeyd    etdiyimiz    kimi, 
mütəfəkkir-tərbiyəçi  bunu  əxlaq    tərbiyəsindən  təcrid  
etmədiyindən,  qısaca  da  olsa,  əxlaq  tərbiyəsi  haqqında 
fikirlərinə nəzər  yetirək. 
Bir  tərbiyə  nəzəriyyəçisi  kimi  Tusi  elə  bir  müsbət 
əxlaqi keyfiyyətlər irəli sürmüşdür ki, onun bu sahədə  irəli 
sürdüyü  mütərəqqi  fikirlər  indi  də  öz  əhəmiyyətini  və 
təravətini itirməmişdir. 
Pedaqoji  fikir  tarixində  Tusinin  söylədiyi  ibrətamiz 
nəsihətlər,  müdrik  fikirlər  bütün    bəşəriyyət  tərəfindən 
mühafizə  edilir  və  bütün  dünya  xalqlarının  nümayəndələri 
tərəfindən  yüksək qiymətləndirilir. 
Bunlara  misal  olaraq  dahi  rus  yazıçısı  Aleksandr 
Nikolayeviç  Ostrovskinin  (1823-1886)    fikirlərini  misal 
çəkmək  olar.  «Tarix  o  yazıçılara  böyük  və    dahi    adlarını 
bəxş  edir ki, onlar öz xalqları  üçün yazmağı  bacarmışlar 
və    yalnız  o  əsərlər  əsrlərin  sınağından  çıxa  bilmişdir,  ki, 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
153 
onlar  yarandıqları  torpaqda  -  «öz  evlərində»  əsil  xəlqi 
əsərlər  kimi  qarşılanmışdır:  məhz  həmin  əsərlər  vaxt  
keçdikcə başqa  xalqlar, eləcə də bütün bəşəriyyət tərəfin-
dən    anlaşılır  və  xüsusi  ləyaqət  kəsb  edir».  (55,  səh.82). 
Eynilə bu qəbildən olan fikirlər N.Tusiyə də aiddir. O, orta 
əsrlərin keşməkeşli və ən ağır  günlərində fəaliyyət göstərsə 
də, tərbiyə haqqında  irəli sürdüyü fikirlərində bütün dünya 
xalqları  üçün  doğma olan örnək ideyaların yaradıcısıdır. 
Tusinin etik-pedaqoji baxışlarına görə təhsil və tədərrüs 
insanı  yalnız    əqli    cəhətdən  deyil,  mənəvi  və    əxlaqi 
cəhətdən  də    yüksəltməli,  insanı  cəmiyyətin  ən  yüksək 
göstəricilərinə  cavab  verən    seçkin  bir  fərd    kimi  təqdim  
etməlidir. 
Əqli    tərbiyə  məsələsində  «məqamlar»  haqqında  da 
geniş  danışan  Tusi  üstünlüyü  o  şəxslərə  verir  ki,  onlar  öz 
əqli, qüvvəti və düşüncələri vasitəsilə gözəl sənətlər, dəqiq 
ixtisaslar  qazanaraq,  yaratdığı    praktik  şeylərlə  vətəninin 
tərəqqisini təmin  edirlər. 
İnsanın    müsbət    göstəricilərini  hər  şeydən    əvvəl  
əməkdə,  sənət,  peşə    əldə    etməkdə  görən  Tusi  ixtisas  
öyrənməkdə,  öz  qazandığı    sənət,  peşə    və  biliyin  mahir 
ustadı  olmaqda  görürdü. 
Tusi bir sıra orta  əsr maarifçiləri kimi əxlaq tərbiyəsinə 
yüksək  qiymət  verirdi.  Lakin  o,  cəmiyyəti  yalnız  əxlaqlı 
adamlar  yetişdirməklə  dəyişdirməyin  mümkün  olduğunu  
iddia    edənlərə  qarşı  qəti  etiraz  edir  və  göstərir  ki,  «əxlaq 
cəmiyyətin tərəqqisinə, onun dəyişməsinə əsil mənada təsir 
göstərə  bilməz,  yalnız  idrakla    birləşdikdə  o  qüvvət  və 
qüdrət kəsb  edir». 
Tusi  tərbiyə  haqqında  irəli  sürdüyü  nəzəriyyədə 
Aristotelin  yolu  ilə  gedərək  Aristotelin  davamçıları  olan 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
154        
Əl-Kindi, Əl-Fərabi və Əbu-Əli Sinanın  davamçısı olmuş, 
birbaşa olmasa da, dolayı tərəfdən dini ortodoksal fikirlərə 
qarşı çıxmışdır. 
Əxlaq  tərbiyəsi  sahəsində  Tusinin  əsas  xidməti  ondan 
ibarətdir ki, o tərbiyədə dini təsirləri qəbul etməmiş, heç bir 
ilahi  ideyaya  istiqamət    almadan,  real  faktlara,  öz 
təcrübələrinə əsaslanaraq fikirlərini şərh  etmişdir. 
Bu  dahi  alimin  əxlaq    tərbiyəsinə  dair  irəli  sürdüyü 
fikirlər  yalnız  «Adabul-mütəəllim»,  «Əxlaqi-Nasiri»  adlı 
əsərlərində  deyil,  həm  də  «Abdulla  ibn-  Müqəffəinin  
uşaqların  tərbiyəsinə  dair  kitabını  tərcümə»,  «İsmətin 
mənası»,  «Nəsihətnamə»,  «Divan»,  «Məsnəvi»  və  s.  kimi 
çoxmündəricəli qələm  məhsullarında da şərh etmişdir. 
Tərbiyəni  bir    sözlə,  bir  nəsihətlə,  bir  moizə  ilə  
verməyi  rədd  edən  Nəsirəddin  Tusi  göstərirdi    ki,  «bu, 
həkimin  xəstəyə  verdiyi  dərman    kimi,  hissə-hissə,  az-az  
işlədilməli  və  yeri  gəldikcə  zəruri  sayıldıqda  verilməsi 
məqsədə müvafiq sayılmalıdır». 
Mütəfəkkir-pedaqoqa  görə,  «insanın  tərbiyəsi  yalnız 
yaşa    dolduqdan,    özünü  anladığı    vaxtdan  deyil,  hələ 
rüşeym halında olandan başlanmalıdır». 
Tusinin  nöqtey-nəzərincə,  rüşeym  vaxtında  verilən 
tərbiyə  hiss  edilmir,  bəzən  ata-ana  bu  işə    laqeyd  olur. 
Lakin,  hər  necə  olsa  da  buna  diqqət    yetirməli  və    yeri 
gəldikcə  insanın  qəbul  etdiyi    təam  da    götür-qoy    edil-
məlidir». 
Rəiyyəti  zülm  və    əsarətdən  azad    etməyə  insan  zəka-
sının    fəaliyyət  əsası  kimi  baxmırdı.  O,  tərbiyə  ilə  yanaşı 
sənətkarlığı,  elmləri  öyrənib    tətbiq  etməklə  tərəqqiyə  
kömək  etməyi əsas  hesab  edirdi. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə