Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə41/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   37   38   39   40   41   42   43   44   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
126        
ərzində o, yeməksiz yaşaya bilməyib əldən gedə, ömrü  isə 
əzab-əziyyət    içində    keçər  və    bu  kimi  vəzifələrin  heç 
birini  yerinə yetirməyə müvəffəq olmazdı. Lakin bir-birinə  
kömək    etdikdə,  onların  hərəsi  bu    işlərdən  birini  yerinə 
yetirdikdə  özlərinə    lazım  olandan    çox  istehsal    edərlər. 
Artığını başqasına  vermək və ya almaq yolu ilə müvazinət 
yolu ilə  tarazlıq əmələ gətirər. Yaşayış  vasitələrini  təmin  
edər, özünü  və  növünü, mühafizə işini nizama  salar,  sis-
tem yaradar, necə ki, yaratmışdır da». 
İctimai  əmək  bölgüsünün  zəruriliyini  belə  əsaslandır-
dıqdan    sonra  Tusi  cəmiyyətin  əmələgəlmə    səbəblərini 
təhlil  etməyə  başlayır  və  yazır:  «Dünyanın  intizamı,  məi-
şətin  nizamı  əməklə  başa  gəldiyindən,  insan  növü  isə 
əməksiz yaşaya bilmədiyindən əmək  köməksiz, kömək isə  
ictimasız  ola    bilməz.  Deməli  ,  insan  növü  öz    təbiəti  ilə  
ictimaya  möhtacdır». 
Tusi  «icma»  sözü  əvəzinə  ərəbcə  «şəhər»  mənası  verən 
«mədinə sözünü  işlədir. «Mədinə»ni coğrafi  anlayış  kimi 
sırf «yer» mənasında deyil, ictimai münasibətlərdə olan  in-
san icmalı  kimi başa  düşməyi xüsusi olaraq  qeyd  edirdi.  
İctimai  əməyi  təşkil    etmək,  istehsal    prosesində  özba-
şınalıq və  hərc-mərcliyə yol verməmək  üçün müəyyən  təd-
birlər   görməyə   ehtiyac  doğur   ki,  Tusinin ifadəsi ilə   bu  
tədbirlər «siyasət» adlanır. Sonra  siyasətin növü  və  təsni-
fatı verilir. Aristotelə  əsaslanaraq  siyasətin dörd növü gös-
tərilir: «ölkə», «qələbə», «kəramət» və «cəmiyyət  siyasəti» 
sonra    siyasətin  məzmunu    açılaraq  onların  tərifi    verilir, 
nəhayət, «ölkə  siyasəti», «siyasətlər  siyasəti» adlandırılır. 
«Siyasəti» həyata keçirmək üçün bir adama ehtiyac əmələ 
gəlir. Bunun  isə  mütləq şah və  ya hökmdar olması  məcburi  
deyildir. Tusi  yazır: «Yeri  gəlmişkən onu da deyək ki,  hər 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
127 
dövr, hər zamanda hökmdara ehtiyac  yoxdur. Əhali  arasında 
nizam-intizam  olsa,  bu,    uzun    müddət    onlara  bəsdir.  Lakin 
bütün    dövrlərdə    müdrik  bir    rəhbərə,  tədbir    sahiblərinə  
ehtiyac  vardır. Tədbir olmasa, nizam-intizam  aradan  qalxar, 
insan cəmiyyəti  lazım  olduğu  kimi inkişaf  etməz». 
Tusi  ictimaiyyəti  yaxşı, ədalətli  dolandırmaq, onların  
hayına  qalaraq  güzəranın  gözəl  keçməsini  təmin    etmək 
elminə  «ictimaiyyat hikməti» adı  verir. 
Tusi  «ictimaiyyat»  (mədəniyyət)  elminə  son    dərəcə  
böyük  qiymət  verdikdən,  onu  hamının  öyrənməli  olduğun  
qeyd  etdikdən  sonra  insanlar  arasında  olan  ictimai  forma-
ların  təhlilinə    keçir  və    ilk    ictimai    forma    kimi  «ailəni» 
göstərir,  sonra «məhəllə», daha  sonra «şəhər», ondan sonra 
«böyük  xalqlar»,  nəhayət  «bütün  dünya  icması»  gəlir.  Be-
ləliklə, Tusi dünyada beş ictimai  formanın olduğunu qəbul  
edir,  bunlardan  «kiçiklərinin  «böyüklər»  tərkibinə  daxil 
olaraq  onların üzvi bir hissəsini təşkil  etdiyini deyir, sonra  
ümumiləşdirmə  apararaq  yazır:  «Hər  bir    adam  bir  evin 
(ailənin) tərkib  hissəsi  olduğu  kimi, hər ev bir məhəllənin  
tərkib  hissəsi,  hər  şəhər  bir xalqın (ölkənin) tərkib hissəsi, 
hər xalq bütün dünya əhalisinin  tərkib  hissəsi olar». 
Mədəni insan probleminin həlli bu sahədə nəzəri bilik-
lərə  yiyələnməni  tələb  edir.  Kulturologiya  elmi  haqqında, 
kültür  və  mədəniyyətin  oxşar  və  fərqli  cəhətləri  haqqında 
Türk sosioloqu Ziya Göyalpın fikirlərinə nəzər salaq.  
Böyük  türk  sosioloqu  Ziya  Göyalp  «mədəniyyətlə» 
«kültür» anlayışlarını bir-birindən fərqləndirməyə çalışmış-
dır. Onun fikrincə kültürlə mədəniyyət arasında məzmunca 
həm  birləşmə,  həm  də  ayrılma  vardır.  Bunlarn  hər  ikisi 
toplum  şəklində  olduqları  üçün  aralarında  bir  bənzərlik 
möcuddur. Ziya Göyal kültürü mahiyyətcə milli, mədəniy-


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
128        
yəti  isə  beynəlmiləl  hesab  edirdi.  O,  yazır  ki,  kültür  milli 
olduğu  halda,  mədəniyyət  uluslararasıdır,  beynəlmiləldir. 
Kültür  yalnız  bir  millətin  din,  əxlaq,  hüquq,  ağıl,  estetika, 
dil, iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarını uyumlu – 
ahəngdar  bir  bütünüdür.  Mədəniyyət  isə  eyni  inkişaf 
səviyyəsində  olan  bir  çox  millətlərin  tomlumsal-içtimai 
həyatlarının ortaq birbütünüdür (41, s. 160). 
Böyük  sosioloqun  mədəniyyət  haqqındakı  mülahizələ-
rində  kültür  və  yetkinlik  (mədəniyyət)  ifadələri  işlədilir. 
Kültür  ilə  yetkinlik  arasında  fərqlərdən  birisi,  kültürün 
«demokratik»,  yeniliyin isə «aristokratik» olmasıdır. Kültür 
xalqın  gələnəklərində  –  ənənələrindən,  alaşqanlıqlarından, 
şifahi və yazılı ədəbiyyatlarından, dilindən və musiqisindən, 
dinindən,  əxlaqından,  bədii  və  iqtisadi  məhsullarından  iba-
rətdir.  Bu  gözəlliklərin  sərvətlərin  xəzinəsi  və  muzeyi  xalq 
olduğu üçün kültür demokratikdir. Yetkinlik isə yalnız yük-
sək təhsil görmüş, yüksək bir tərbiyyə ilə yetişmiş həqiqi zi-
yalılara  aiddir.  Yetkinliyin  əsası  yaxşı  bir  tərbiyə  görmək 
ağıla  söykənən  biliklərin  (dərk  edilə  bilinənləri)  incəsənəti, 
ədəbiyyatı,  fəlsəfəni,  elmi  və  heç  bir  fanatizmə  yol  vermə-
dən  dini  süni  olmayan,  səmimi  bir  məhəbbətlə  sevməkdən 
ibarətdir. Aydın olur ki, yetkinlik xüsusi br tərbiyə ilə təşək-
kül  tapmış  duyum,  düşünmə,  (təfəkkür)  və  yaşayış  tərzidir 
(41, s. 84). 
Milli kültür xalqın mənəviyyatını –  mənəvi dəyərlərini 
təşkil  edirsə,  mədəniyyyət  ziyalılıq,  yetkinlik  kimi  başa 
düşülür Ziya Göyalp xalqa doğru ifadəsini iki məqsəd üçün 
işlədirdi:  birinci  xalqdan  milli  kültür  tərbiyəsi  almaq  üçün 
xalqa doğru getmək, ikinci xalqa mədəniyyət aparmaq üçün 
xalqa  doğru  getmək.  Çünki,  xalq  milli  kültürün  canlı  bir 
muzeyidir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə