Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə35/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   31   32   33   34   35   36   37   38   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
107 
6). Nəbatət  elmi-  bitkilər  və  onların növ  müxtəlifliyini 
öyrənmək  bu  elm  sahəsinə  aiddir.  Nəbatət  elmində  Tusi 
bitkiləri yararlı və yararsız bitkilər deyə iki qisimə bölürdü. 
7).  Heyvanat  elmi-  müasir  dövrdə  biologiya  termininə 
uyğun  gələn  bölmədə  heyvanların  hərəkət  xüsusiyyətləri, 
davranış  qaydaları  və  onların  müxtəlif  növləri  bu  elm 
sahəsində öyrənilir. 
8).  Nəfs  elmi-  yəni,  psixologiya  elmində  insanların 
xarakterik  xüsusiyyətləri  və  əhvalarının  dəyişilməsindən 
bəhs olunur. 
Tusi  elmlərin  təsnifatı  zamanı  nücum  ehkamları  elmi 
deyə adlandırdığı astrologiya elmini həm riyaziyyatın, həm 
də  təbiət  elmlərinin  köməkçi  bölmələrinə  aid  edir. 
Astrologiyadan    başqa  təbabəti,  əkinçilik  elmini  də  təbiət 
elmlərinin köməkçi bölmələrinə aid edir. 
Aristotelin  «Orqanon»  yəni  silah  adını  verdiyi  məntiq 
elmini  Tusi  heç  bir  bölgüyə  daxil  etmir  və  qeyd  edir  ki, 
«Məntiq elminə gəldikdə isə demək lazımdır ki, o əşyaların 
keyfiyyətini  bilmək,  məchul  olanları  ortaya  çıxartmaq 
üsulundan  ibarətdir.  Deməli,  əsl  mənada  o,  təlim  elmidir 
(elmlər elmidir), başqa elmləri öyrənəmk üçün bir alət, bir 
açar səviyyəsindədir.» (31, səh. 38) 
Tusi  nəzəri  hikmətin  bölgüləri  barədə  məlumat 
təsnifatını  verdikdən  sonra  əməli  hikmət  elminin  də 
təsnifatını verir. Əməli hikmət elmi adından da göründüyü 
kimi  insanların  praktiki  fəaliyyəti  ilə  bağlıdır.  Əməli 
hikmət  bilvasitə  olaraq  insanların  həyat  şəraitinin  məqsə-
dəuyğun  bir  şəkildə    yaxşılaşdırılmasına  döğru  yönəldil-
mişdir. Əməli hikmət ayrı-ayrı insanlara və insan topluların 
nəzərən fərdi və ümumi olaraq iki hissəyə bölünür. Ümumi 
əməli hikmət də öz növbəsində iki qisimə parçalanır: 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
108        
 1).  Yaşayış  məskəni  olan  ev  və  mənzil  ilə  ortaq 
olanlar; 
2). Daha çox insan toplularının yerləşdiyi şəhər, vilayət, 
ölkə kimi ərazi bölgüləri ilə ortaq olanlar. 
Əməli hikmət barəsində «Əxlaqi-Nasiri» əsərində geniş 
məlumat  verən  Tusi  hikmət  elminin  bu  bölməsini  üç 
bölməyə ayırır: 
1). Əxlaqı təmizləmək elmi və yaxud etika
2). Evdarlıq elmi; 
3).    Ölkə  və  yaxud  da  şəhərləri  idarə  etmək  elmi  və 
yaxud da siyasət elmi
Əxlaqı  təmizləmək  elmində  etik-əxlaqi  kateqoriyalar 
şərh  olunur,  elmin  bu  sahəsində  başlanğıclar  və  məqsəd-
lərdən ibarət iki hissə ehtiva olunur. Başlanğıclar və yaxud 
da əsaslarda insani nəfs və insani nəfslərin kamilliyinin və 
naqisliyinin nədən ibarət olması haqqında  məlumat verilir. 
Xeyir və səadətin nədən ibarət olması da burada izah edilir. 
Əxlaqı təmizləmək elminin məqsədlər haqqında olan ikinci 
bölməsində  isə  xasiyyətlərin  və  fəzilətlərin  əsl  mahiyyəti 
açıqlanır,  eyni  zamanda  psixi  xəstəliklərin  mahiyyəti  də 
burada izah edilir. 
Evdarlıq elmi və yaxud da evqurma bölməsində ailənin 
yaranma  səbəbləri,  ailəni  idarəetmək  qaydaları,  övlad 
tərbiyə  etmək,  övlad  borcu  və  valideyn  məsuliyyəti  kimi 
aspektlər burada şərh olunur. 
İctimai-siyasi  dünyagörüşü  isə  ölkə  və  yaxud  da 
şəhərləri  idarə  etmək  elmində  izah  olunur.  Burada  xalqın 
mədəniyyətə  olan  ehtiyacın  və  ictimai  toplumların  əsl 
mahiyyəti  açıqlanır.  Dövlət  başçısı  ilə  xalqın  bir-biri  ilə 
olan  əlaqəsi,  tabelilik  və  idarəetmə  xüsusiyyətlərinin 
burada  geniş  şərhi  öz  əksini  tapmışdır.  Ölkə  dolandırmaq 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
109 
siyasəti, xalqın müxtəlif təbəqələri ilə davranış xüsusiyyəti 
bu bölmədə  
Bunlardan əlavə olaraq əməli hikmət sahəsində insanla-
rın  öz  yaşayış  səviyyəsini  yaxşılaşdırmaq  üçün  görüləcək 
mütabiq tədbirlər də fitri (təbi) və qərari (ixriyari) olmaqla 
iki  qisimə  bölünür.  Tusi  elmlərin  təsnifatını  verərkən  bu 
tədbirlərin  əslində  elmlərin  təsnifatına  daxil  olmaması 
barədə məlumat verirdi. Bunu onunla xarakterizə edirdi ki, 
«belə  işlərin  əsası  qərari  olduğundan  vəziyyətin  dəyişmə-
sindən,  hakimlərin  qələbəsindən,  dövranın  çevrilməsindən, 
millət  və  dovlətin  müxtəlifliyindən  asılı  olaraq  onlar  da 
dəyişir.» (31,səh.39). 
Fitri olan tədbirlər müdrik insanların həyat təcrübəsi ilə 
ölçülür.  Zəmanənin  dolanbac  yollarından  fitri  və  ya  təbi 
olan tədbirlərin sayəsində düşgün yolu tapmaq olar, bu fitri 
qabiliyyətlər  bir  növ  mayak,  istiqamətləndirici  rolunu 
oynayır. 
İxtiyari və ya qərari olanlar insanların qərarı nəticəsində 
formalşmış  adət-ənənələrin  toplusuna  deyilir.  İxtiyari  olan 
tədbirlər  Allahın  və  onun  peyğəmbərlərinin  buyruğu 
nəticəsində  də  bərqərar  tapa  bilir.  Bu  nöqteyi-nəzərdən  də 
qərari olanlar üç qisimə bölünür: 
1).  Fərdi  adamlara  aid  olanlar;  ibadət  və  ziyarət  bu 
qəbildən olanlar aiddir. 
2).  Ailə  münasibətlərinə  aid  olanlar;  nikah,  nişan, 
kəbin, toy bu qəbildən olanlar aiddir. 
3).  Şəhər əhalisinə aid olanlar; idarə etmə, cəza vermə, 
qayda-qanunlar.  
Bu  qəbildən  olan  münasibətlər,  qayda-qanunlar  fiqh 
(ərəbcə  anlama,  başa  düşülmə)  yəni,  müsəlman  hüququ 
vasitəsilə  tənzimlənir.  Cəmiyyətdə  baş  verən  bütün 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə