Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə28/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
85 
etmək  məqsədi  ilə  meydana  gələn  dövlətin  əsas  məqsədi 
insanlara xidmət göstərməkdir. 
Üç  bölmədən  ibarət  olan  «Əxlaqi-Nasiri»  əsərinin 
üçüncü  bölməsində  (məqaləsində)  «Ölkəni  (şəhərləri)  ida-
rəetmə qaydaları» adını verdiyi hissədə də öz ictimai-siyasi 
fikirlərinə  yer  ayırmışdır.  «Əsərin  bu  hissəsində  dövlətin 
inzibati  və  iqtisadi  funksiyalarının  analitik  təhlili  verilir, 
dövlətin  və  siyasi  idarəetmənin  zəruriliyi  konkret  məntiqi 
əsaslarla  sübut  edilir.  N.Tusinin  dövlətin  yaranması 
haqqında  fikirləri  də  çox  maraqlıdır.  Mütəfəkkir  güclü 
dövlətin bazasını ittifaqda görürdü...» (107). 
Tusiyə  görə  mənəvi  və  maddi  əsasları  özündə  əks 
etdirən dövləti qüsursuz idarə etmək mümkün deyil. Dövlə-
tin yaranmasında rol oynayan maddi tələbatına cəmiyyətin 
qarşılıqlı  fəaliyyəti,  mənəvi  tələbatına  isə  cəmiyyətin  qar-
şılıqlı sazişini nümunə göstərmək olar. 
Tusinin  utopik  cəmiyyətin  yaradılması  haqqında  irəli 
sürdüyü müddəaların əsasında ədalətlilik prinsipi mühüm yer 
tuturdu.  «Fərabi  və  Nizamidən  sonra  Nəsirəddin  də  utopik 
cəmiyyət  ideyasını  önə  sürür.  Onun  ictimai-siyasi  gö-
rüşlərinin  ana  xəttinin  leytmotivi  ədalətlilik  prisipinin 
bərqərar  edilməsidir.  Dövlət  başçısı  xalqa  münasibətdə 
ədalətlilik prinsipini heç vaxt unutmamlıdır.»(70, səh. 459). 
   Tusinin 
siyasi  baxışları  antik  dövr  yunan 
fələsəfəsinin,  əsasən  də  Platon  utopiyasının  təsiri  altında 
formalaşsa  da  onun  özünəməxsus  cəhətləri  də  burada  öz 
əksini tapmışdı. «Şahın rəiyyətə  məhəbbəti-ata məhəbbəti, 
rəiyyətin    şaha  məhəbbəti-övlad  məhəbbəti,  rəiyyətlərin 
bir-birinə    məhəbbəti-qardaş  məhəbbəti  kimi  olmalıdır;  bu 
zaman  onların  arasında  nizam  olar.  Bu  təşbehdən  məqsəd 
odur  ki,  şah:  şəfəqqət,  mərhəmət,  lütf,  kəramət,  qayğı, 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
86        
tərbiyə, kömək, məsləhət, zərərli  şeylərdən uzaqlaşdırmaq, 
xeyirliləri  yaxınlaşdırmaq  və  bu  kimi  işlərdərəiyyətlə 
mehriban ata kimi rəftar etsin» (13, 260). 
Filosof  dövlət  başçılarına  məsləhət  görür  ki,  qılıncın 
gətirdiyi  faciədənsə  qələmin  gətirdiyi  hörmətə  üstünlük 
vermək  lazımdır.  Azadlığa  böyük  önəm  verən  filosof 
zəmanəsini  haqsızlıq  zəmanəsi  adlandırır,  ədalətə  böyük 
önəm verirdi. 
Yaşadığı  cəmiyyətdəki  bütün  münasibətləri  güclü 
müşahidə  apararaq  xarakterizə  edən  Tusi  qeyd  edirdi  ki, 
yaşadığımız  toplum  müxtəlif  zümrələrin  (siniflərin, 
silklərin)  qarışığından  yaranıb.  Filosofa  görə  bu  zümrələr 
aşağıdakılardan ibarətdir: 
1. Əmirlər zümrəsi. 
2. Tacirlər zümrəsi. 
3. Sənətkarlar zümrəsi. 
4. Əkinçilər zümrəsi. 
İnsanların  arasında  əmlak  bərabərsizliyini  adi  bir  hal 
kimi  qəbul  edən  Tusi  siyasi  hakimiyyəti  dini  mövqeydən 
şərh  edirdi.  Bu  fikirləri  «Əxlaqi-Nasiri»  əsərində  müdafiə 
edən  Tusiyə  görə  əgər  insanlar  arasında  əmlak  bərabərliyi 
olarsa  o  zaman  onlar  arasında  əlaqə  pozular.  Filosofun 
düşüncəsinə  görə  cəmiyyətin  bütün  ünsürlərinin  hamısı 
mülkiyyət səbəbilə zəngin və ya mülkiyyət səbəbilə yoxsul 
olsalar  insanların  bir-birinə  olan  ehtiyacı  öz  əvvəlki 
mahiyyətini itirə bilər. 
Göründüyü  kimi  Tusi  öz  ictimai-siyasi  baxışlarını  ha-
kim təbəqənin mənafeyinə uyğun hazırlamışdı. «O, cəmiy-
yətin  mövcudluğu  üçün  sosial  bərabərliyin  əngəl  olmasını 
göstərir.  Mövcud  sosial münasibətlərin əbədiliyindən  çıxış 
edən  Tusi,  onlara  tabe  olmağı  düzgün  hesab  etməklə 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
87 
yanaşı,  xalqın  maraqlarına  zidd  olan,  onu  qul  halına  salan 
siyasəti naqis hesab edirdi.» (106, səh.526). 
Tusi  öz  ictimai-siyasi  görüşlərini  feodal  cəmiyyətinin 
dünyagörüşünə, psixologiyasına uyğun qursa da ədalətli və 
müdrik  hökmdar  ideyası  onun  ictimai-siyasi  görüşlərinin 
leykmotivini təşkil edirdi. 
Tusinin nöqteyi-nəzərincə siyasətin iki növü 
mövcuddur: 
1). Fazilə (Fəzilətli) siyasət. 
2). Naqis (Nöqsanlı) siyasət. 
İmamət  də  adlandıran  fazilə  siyasət  nəticəsində  xalq 
kamillik  yolundan  keçərək  səadətə  qovuşmuş  olur. 
Zorakığa əsaslanan naqis siyasət isə fazilə siyasətin əksini 
təşkil edir. Naqis siyasətin törətdiyi fəsadlar nəticəsində qul 
halına salınan xalq bədbəxtçiliyə düçar olur. 
Fazilə  siyasət  nəticəsində  səmiyyətdə  ədalət  bərqərar 
olur, bu zaman insanlar öz şəhvani hisslərinə hakim kəsilir. 
Naqis  siyasətin  təməlində  şər  işlər  durduğu  səbəbindən 
burada  insanlar  öz  şəhvani  hisslərinə  qurban  gedir  və  bu 
hisslərun  köləsinə  çevrilir.  Bu  zaman  xalq  arasında 
xöşagəlməz meyllər özünə geniş yer tapır. 
Siyasət  haqqındakı  fikirlərində  də  antik  fəlsəfəyə 
istinad  edən  Tusi  eyni  zamanda  Aristotelin  siyasəti  dörd 
qrupa  ayırması  fikiri  ilə  də  razılaşır  və  qeyd  ki,    bu 
siyasətlər  içərisində  ölkə  siyasəti  ən  önəmli  yer  tutur. 
Füzalə  siyasəti  də  adlandırılan  ölkə  siyasətinin  təməlində 
rəiyyəti idarə etmək ideyası durur. 
Qələbə  siyasəti  isə  nankör  və  naxələf  insanlar  barədə 
görülən  tədbirdir.  Kəramət  siyasəti,  başqa  sözlə  peşə 
siyasəti  nəticəsində  cəmiyyətdə  peşələr,  sənətlər  inkişaf 
edir. Camaat siyasəti sayəsində əhali arasında ədaləti bərpa 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə