Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə21/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
63 
yanın əsası, təməl daşı və dövretməsinin səbəbidir. N.Tusi 
bu  fikirlərini  İbn  Sina  və  Bəhmənyarın  fəlsəfəsindən  gö-
türərək, məsələyə öz subyektiv münasibətini bildirmişdir. 
Materiya və forma barədə özündən əvvəlki fikirləri də-
rin  tədqiq  etdikdən  sonra  müəyyən  nəticəyə  «Əxlaqi-Na-
siri» və  «Əsas əl-iqtibas»da gəlir. Göstərdiyimiz kimi ma-
teriyanın  mücərrəd  və  konkret  formalarını  fərqləndirən  fi-
losof formanı qəbul edənin yalnız konkret materiya olması 
qənaətinə gəlir. Hər hansı bir mütləq  materiya isə formanı 
qəbul  etdikdən  sonra,  aktuallıqdan  potensiallığa  keçərək 
konkret materiyaya çevirilir. Peripatetiklərin forma anlayışı 
ilə  Aristotelin  yaratdığı  «formalar  forması»  anlayışı 
arasında  fərq  mövcuddur.  Bu  fərq  «formalar  forması»nın 
Tusinin  nəzərində  tutduğu  «cismin  forması»na  deyil, 
«vacib varlıq» anlayışına uyğun gəlməsindədir. 
«Həyulə» terminini bəzi nəzəriyyəçilər maddə, bəziləri 
isə «ilk maddə» kimi qəbul etmişdir. Yaratdığı elmi-fəlsəfi 
dünyagörüşünün  sistematikilyi  və  dəqiqliyi  ilə  seçilən  İbn 
Sina  bu  iki  termin  arasındakı  incə  fərqi  nümayiş  etdirmiş, 
«həyulə»ni ilk səbəbin ilk nəticəsi  kimi dəyərləndirmişdir. 
«Bütün təbiət maddələrinin isə bir mənəvi mahiyyəti, yəni 
həyuləsi  vardır  və  elə  bu  səbəbdən  də  onların  biri  digə-
rindən  üstün  deyildir.  Lakin,  ünsürlər  bir-biri  ilə  əlaqəyə 
girdiyi zaman ilk materiyanın yaratdığı bərabərlik pozulur, 
xarakter və şərəfdə cismin maddələri arasında uyğunsuzluq 
yaranır.»  (35,  səh.49).  Tusi  İbn  Sinanın  fikirlərini  təsdiq-
ləyərkən mövcud zamanda materiyalar arasında fərq olması 
aspektindən bu mövzuya yaxınlaşır. 
Heyvanat  aləmini  nəbatətdən,  nəbatətı  minerallardan  üs-
tün  tutan filosof  yer  üzündəki  mövcud olan bütün  materiya-
ların  ən  şərəflisi  və  ən  kamili  insanda  mövcud  olur.  Bu  üs-


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
64        
tünlüyü  təkcə  şərəflə  deyil,  birinin  digərindən  quruluşuna 
görə  də  mürəkkəb  olması  ilə  izah  edir.  Dərrakəyə  məxsus 
olan heyvanat aləmi digərindən üstün materiyaya məxsusdur. 
Bir  dərəcənin  sonuncu,  təkamül  nöqtəsini,  başqa  bir 
dərəcənin  ilk  həddi  kimi  qəbul  edən  Tusi,  iki  dərəcə 
arasında olan materiyaları keçid materiyaları kimi izah edir. 
Minerallardan  olan  materiyanın  dialektik  inkişafının 
nəticəsikainatın əşrəfi və incisi olan insanda bərqərar olur. 
«Xüsusiyyətlərinə  görə bütün  mineral  və  bitki formalarına 
bərabər olan insan heyvanlar aləminin ən şərəflisi olmaqla 
vacib varlığa daha yaxındır.» (35,səh.52). 
Məşhur  fəlsəfə  tədqiqatçısı  M.  Dinosoyevin  fikrincə 
N.Tusi  nin  materiya  və  forma  haqqındakı  mülahizələri 
antipodik  xarakterlə  səciyyələnir.  Dinosoyev  belə  bir 
qənaətə  gəlir  ki,    Tusinin  «Əxlaqi-Nasiri»  və  «Əsas  əl-iq-
tibas»  əsərində  materiya  və  formanı  materialist  cəhətdən, 
«Vacibin isbatı», «Cəbr və qədr», «Tətimənət» əsərlərində 
isə  idealist  cəhətdən  izah  edir.  Tədqiqatçı    materiya  və 
formanın  hansının  əvvəl  mövcud  olması  haqqındakı 
Tusinin  ziddiyyətli  fikirlərini  şərh  etməzdən  əvvəl  bu 
mövzu  ətrafında  uzun  müddət  araşdırma  aparmışdır. 
Tusinin  idealist  fikirlərini  ortaya  çıxardarkən  gəldiyi 
nəticəni  «Nəsirəddin  Tusinin  fəlsəfəsi»  adlı  araşdırmada 
göstərən Orta Asiyalı tədqiqatçı M. Dinoşeyevin fikrlərinə 
həmyerlisi  M.N.Boltayev  də  şərik  çıxır.  Bu  fikirlərin  isti-
nad nöqtəsi isə, Tusinin hər hansı bir şeyə forma veməzdən 
əvvəl formanın nəfsdə yerləşməsi haqqındakı müddəa idi. 
M.N.Boltayev  və  M.  Dinoşeyevin  bu  nəticəyə  gəlmə-
sinin əleyhinə Azərbaycan fəlsəfə tarixçisi Z.C.Məmmədov 
özünün  məntiqli  və  dolğun  tədqiqatı  ilə  qarşı  qoymuşdur. 
Materiya  ilə  formanın  ayrılmazlığı  və  bölünməzliyi  haq-


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
65 
qındakı peripatetik fikirlərin olmasını irəli sürərək, Tusinin 
bu  məsələyə  son  dərəcə  elmi  cəhətdən  izah  etməsini  irəli 
sürmüşdür. Materiya və formanın gerçək şərhini verən Tusi 
orta əsrlərin dini ideologiyasının təsiri ilə idealizmin təməl 
qaynaqlarına meyl etməsi təbiidir. Z.Məmmədovun düşün-
cə tərzinə görə bütün Şərq aristotelçiləri kimi  Tusi də ma-
terializm və idealizm cərəyanları arasında tərəddüd edərək, 
hər  ikisinə  doğru  meyl  etmişsə  də  heç  bir  cərəyanın  da-
vamlı təbliğatçısı olmamışdır. 
Forma ilə materiyanın zaman cəhətdən hansının ilk ol-
ması fikrinə münasibət bildirən Tisi bu mövzunu dialektik 
cəhtdən şərh etmişdir. Formanı materiyanın təzahürü adlan-
dıraraq,  materiyanın  zamanca  formadan  əvvəl  olmasına 
inam  bəsləyirdi.  Bəzi  tədqiqatçıların  nöqteyi-nəzərincə  ya-
naşsaq,  Tusi  materiya  ilə  formanın  bir-birinə  bağlılığı  ba-
rəsində Aristoteldən də qabağa getmişdir. Mümkün varlığın 
substansiyaları  olan  materiya  və  mövcudluğu  arasındakı 
zaman məsafəsinin çox az olmasını qeyd etmişdi. 
Materiya və formanın bir-birinə olan nisbətində ünsür-
lərin mövcud olması və ya olmaması məsələsi ilə bağlı ol-
ması  Tusini  hər  zaman  düşündürmüşdür.  Materiya  ilə  for-
manın bir-birinə bağlı  olması və  bir-birinin səbəbi  olması, 
fikirində Tusi Arisroteldən də irəli getmişdir. Materiya bir 
formanın  məhvindən  sonra  yeni  yaranmış  formada  öz 
mövcudluğunu qoruyub saxlamağa müvəffəq olur. 
Nəsirəddin  Tusinin  qənəatincə  materiya  və  formanın 
birlikdə mövcud olması «cisim» adlı məfhumun ortaya çıx-
masına səbəb olur. Cisimləri müxtəlif qruplara bölərək, hər 
qrup  barəsində  öz  mülahizələrini  qeyd  etmişdir.  Cisimin 
uzunluq,  enlik  və  dərinlikdən  ibarət  fasiləsiz  kəmiyyətdən 
təlim üçün, bir də üçölçülü olmasını fərz etdiyi substansiya-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə