Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə17/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
51 
qabiliyyətinə  də  malik  olan  Tusi  ədəbiyyatşünaslığa  aid 
«Rəməl haqqında» adlı bir əsər də yazmışdı. 
«İki mülahizə haqqında mülahizə» adlı əsərində kəlam 
təliminin teoloqu H. Qəzali ilə məşhur  peripatetik filosofu 
İbn  Rüşd  arasındakı  polemikanı  da  tədqiq  etmişdir. 
Nəsirəddin  Tusi  öz  ənənəsinə  sadiq  qalaraq  peripatetik 
fəlsəfəsini hər dəfə olduğu kimi, bu dəfə də cəsarətlə təbliğ 
etmiş,  onu  kəlamın  bu  doqmatik  və  sxolastik  hücumla-
rından  müdafiə  etmişdir.  Özünün  dini  əqidəsi  isə  şiəliyin 
imamət  qolu  olan  Tusi  bu  sahəyə  dair  «İmamətə  dair 
traktat»,  «Təcridul-etiqad»  («Kəlamın  təcridi»),  «Fusulun-
nəsiriyyə»  («Nəsir  fəsilləri»)  kimi  əsərlər  də  yazmışdır. 
Altı  məqsəddən  (bölmədən)  ibarət  olan  «Kəlamın  təcridi» 
fəlsəfə ilə yanaşı, imamətə dair də öz fikirlərini yazmışdır. 
Hacı  Xəlifə  adı  ilə  tanınan  alim  orta  əsrlər  dövründə 
Nəsirəddin  Tusinin  bu  əsərinə  ona  yaxın  izahat,  otuzdan 
çox haşiyə və ondan çox şərhlər yazmışdır. 
Üç fəsildən ibarət olan «İmamətə dair traktat» əsərində 
ardıcıl  olaraq  nübüvvət  (peyğəmbərlik),  imamət  və  zühur 
məsələləri haqqında söhbət açılır. Bu əsəri ilə şiəliyin rəsmi 
ideologiyasını  yaradan  Tusinin  şiə  ilahiyyat  təlimini 
hazırlaması fikri ilə Şeyxülislam Hacı Allahşükür Paşazadə 
də şərik çıxır. On iki imamın müqəddəs olmasına və sonun-
cun  nə  vaxtsa  zühur  edəcəyinə  inanan  Tusi  bu  əsərində 
imamın  (rəhbərin)  hansı  rola  malik  olmas,  imamın  kimlər 
tərəfindən  seçilməsi  məsələləri  haqqında  da  öz  fikirlərini 
«İmamətə  dair  traktat»da  qeyd  etmişdir.  İmamiyyənin 
məşhur kəlam alimlərindən biri olan Nəsirəddin Tusi şiəlik 
təriqətinin ən önəmli və ən etibarlı mənbələrindən sayılır.  
Nəsirəddin  Tusinin  imamətə  dair  yazdığı  digər  əsərlə-
rindən biri də «Nəsir fəsilləri» adlandığını söyləmişdik. Bu 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
52        
əsərin sonunda yazdığı «cəsədlərin həşri»nin yəni, ölümdən 
sonra  dirilmənin  mümkün  olduğunu  islam  prinsiplərinə 
əsaslandıran filosof bu mövqe ilə razılaşması zamanı Şərq 
peripatetiklərindən kənarda qalır. 
Bu fikirləri türk fəlsəfə tarixçisi Hilmi Ziya Ülkən «İs-
lam  fəlsəfəsinin  qaynaqları  və  təsirləri»  kitabında  təsdiq 
edir. Bu əsərin əvvəlində tövhid, ədalət, nübüvvət  və ima-
milik  haqqında  ətraflı  bəhs  edən  filosof  ilahiyyat  məsə-
lələrini,  Quranın  təfsirini  əsasən  şiəliklə  bağlamışdır.  Tusi 
bu  məsələdə  şagirdi Əllamə  əl-Hilli ilə eynilik təşkil edən 
baxışları şiəliyin imamilər qolunun əsasını təşkil edir. 
Yaradılmışların  iradə  azadlığı  məsələsinə  də  toxunan 
Tusi bu sahəyə aid «Cəbr və Qədr» («Məcburiyyət və alın 
yazısı») əsərini yazmışdır. On fəsildən ibarət olanbu əsərdə 
iradə  azadlığına  orta  mövqeydən  yanaşmış,  nə  cəbərilərin, 
nə də qədərilərin fikirlərini müdafiə etməmişdir. Məsələyə 
öz  münasibətini  bildirən  filosof  cəbərilərin  və  qədərilərin 
hansı fikiri müdafiyə etdiyinin izahını vermişdir. 
İlahi deteminizimi qəbul edən cəbərilər və bu determi-
nizi  qəbul  etməyən  qədərilərin  fəlsəfi  fikirlərinin  mahiy-
yətini  Tusi  «Cəbr  və  Qədr»  əsərində  düzgün  bir  biçimdə 
açıqlayır.  Əgər  cəbərilərə  görə  insan  öz  əməllərinin  yara-
dıcısıdırsa,  qədərilərə  görə  isə  yeganə  fəaliyyət  mənbəyi 
insan deyil, Allahdır. 
İnsanın  bütün  gördüyü  əməllərin  Allah  tərəfindən 
məcbur  edildiyini  iddia  edən  cəbərilərin  və  insanın  azad 
iradəyə  sahib  olması  ideyasını  irəli  sürən  qədərilərin 
mövqeyi  Tusinin  «Cəbr  və  Qədr»  əsərində  ətraflı  təhlil 
edilir.  Cəbərilərin  və  qədərilərin  hər  ikisinin  ideyalarının 
haqsız  olduğunu  bildirərək  bu  məsələyə  obyektiv  bir 
qiymət verir. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
53 
Peripatetik  fikirləri  müdafiə  edən  filosof  sufizmə, 
panteizimə  də  biganə  qala  bilməmişdir.  Sufi-panteist  ədə-
biyyatının  masterpiesi  hesab  olunan  «Həqiqətlərin  məğzi» 
əsərini  ərəbcədən  farscaya  tərcümə  etmişdir.  Bu  əsərin 
müəllifi  «Öldürülmüş  filosof»  adı  ilə  məşhur  olan  Eynəl-
qüzat Miyanəçinin fəlsəfəsi Nəsirəddin Tusiyə böyük təsir 
bağışlamışdır. 
Nəsirəddin  Tusinin  yardıcılığında  ictimaiyyət,  müsi-
qişünaslıq,  mineroligiya  və  tibb  haqqında  əsərlərə  də  rast 
gəlmək  mümkündür.  Tibb  elmini  təbiət  elmləri  ilə  birgə 
öyrənən  alim  tibbin  fəlsəfi  problemlərinə  aid  əsər  də 
yazmışdır.  Nəsirəddin  Tusi  cərahiyyə  elminin  yetərincə 
inkişaf etməməsini də vurğulayırdı.  
Yuxarıda  göstərilənlərdən  və  adı  çəkilməyən  onlarca 
əsərlərində  Nəsirəddin  Tusi  hər  zaman  açıq  dünyagörüşə, 
zəngin elmi yaradıcılğa sirayət etmişdir. Nəsirəddin Tusinin 
əqidəsinə  görə  elmi  biliklər  insanları  xöşbəxt  bir  gələcəyə 
aparacaqdır, bu gələcəyin tez yetişməsi üçün insanlar yalnış 
zəngin  elmi  yaradıcılıq  yolu  keçməlidir.  Bəlkə  də  Tusi  bu 
sahədə insanlara nümunə yolu keçmişdir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə