Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə15/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   11   12   13   14   15   16   17   18   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
45 
məqalədən  ibarətdir,  Tusi  burada  həndəsi  terminlərin  səlis 
və rəvan bir dildə izahını verir. 
«Təhrir-i Üsuli-Öqlidis» də deyə adlandırılan bu əsərdə 
Tusi  Evkilidin  «Elementlər»  adını  verdiyi  hənədəsi  əsəri 
izah olunur. Bu əsəri Sabit ibn Qürrə və Həccac ibn Matar 
adlı  ərəb  alimləri  tərcümə  etsə  də  Tusi  bu  əsər  üzərində 
yenidən  işləmişdir.  On  beş  ayrı  risalədən  ibarət  olan  bu 
əsərə  xüsusi  diqqət  yetirən  alim  təkcə  Evkilidin 
həndəsəsinin  şərhi  ilə  məşğul  olmur,  özünün  spesfik 
triqonometriyaya  aid  fikirlərini  də  bu  əsərdə  göstərməyə 
çalışır.  «Riyaziyyat  sahəsində  min  il  hökm  sürən  sakitliyi 
ilk  dəfə  Tusi  pozmuşdur.  O,  postulatı  təkmilləşdirməyə 
çalışanda  dərk  olunan  məkan  anlayışından  əl  çəkmənin 
zəruri olduğunu anladı. Beləcə çox cüzi miqdarda olsa da, 
dövrümüzdəki  «hiper  fəza»  (huperspace)  fikir  cərəyanına 
zəmin hazırladı.»(38, səh.180). 
Bəzi  avropasentirist  filosoflar  orta  əsrlər  Şərq  alim-
lərinin  elmi  fəaliyyətinin  sadəcə  olaraq  Ellin  elminin  və 
qədim  yunan  mütəfəkkirlərinin  əsərlərinin  şərhi  kimi 
qiymət verirlər. Bunun əksinə olaraq Tusi «Kitab fi-şəklül-
qita» («Kəsik fiqurlar haqqında») adlı əsərində triqonomet-
riya elminin ilk ünsürlərini yaradır. Tusinin elmi fəaliyyəti-
ni  şərh  kimi  qiymətləndirən  alimlərin  ziddinə  gedən 
ensiklopedik alim bu əsərdə triqonometriyanı sərbəst riyazi 
fənn halına çatdırdı. O cümlədən, bu əsərdə nisbətlər nəzə-
riyyəsi  sistematik  bir  surətdə  inkişaf  etdirildi,  riyaziyyat 
tarixində ilk dəfə olaraq sferik polyar anlayışını yaratdı. 
Triqonometriyanın  ən  incə  məsələlərinə  toxunulan  bu 
əsərə  1891-ci  ildə  fransızca  tərcümə  olunmuş  nüsxəsi 
ərəbcə  mətni  ilə  birlikdə  İstanbul  Texniki  Universitetinin 
əsas  kitabxanasında  rast  gəlmək  olar.  «Nəsirəddin  Tusi 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
46        
qədim  yunan  alimləri  Evkilidin,  Arximedin,  Teodosinin, 
Menelayın  və  b.-nın  əsərlərinə  əlavələr  və  yeni  şərhlər 
vermişdi. O, ilk dəfə üçbucağın daxili bucaqlarının cəminin 
180  dərəcə  olması  ilə  Evkilidin  5-ci  postulatının 
ekvivalentliliyini isbat etmişdi.» (3, səh. 558). 
Əsərlərində  Arximedin  kürə  və  silindir  haqqındakı 
fikirlərinə,  Ptolmeyin,  Avtolukosun  və  Aristoxosun  astro-
nomiyasına,  Evkilidin,  Apolinosun  həndəsəsinə  geniş 
izahat  verən  alim  təkcə  dəqiq  elmərlə  məşğul  olmur,  eyni 
zamanda  ədəbiyyatşünaslığa  və  yazıçılığa  da  maraq 
göstərir,  bir  sıra  şeirlər  də  yazırdı.  Natiqlik  sənəti  və  əruz 
vəzninin  qaydaları  haqqında  məlumat  veməklə  yanaşı, 
şəriət və təbabətə dair də yazıları ilə tanınırdı. 
Tusi əslən polyak olan alman riyaziyyatçısı M. Paşdan 
(1843-1930)  tam  600  il  qabaq  üçbucağın  tərəflərini 
kəsməyən  düz  xətt  haqqında  aksoma  irəli  sürmüşdü.  Bu 
aksioma  görə  üçbucağın  təpələrindən  keçməyən  düz  xətt 
onun  bir  tərəfini  kəsirdə,  onda  həmin  düz  xətt  üçbucağın 
qalan iki tərəfindən yalnız birini kəsir. 
Nəsirəddin Tusinin qələmə aldığı «Kitab fi-şəklül-qita» 
(«Kəsik  fiqurlar  haqqında»)  əsərində  sferik  üçbucaqların 
xarakteri  və  təsifatı  haqqında  düzgün  məlumat  verir.  Bu 
dahi  alimin  yazdığı  «Tozlu  lövhənin  köməyi  ilə hesab 
toplusu»  adlı  əsərində  də  riyaziyyata  dair  önəmli  bilgilərə 
rast  gəlmək  olur.  ««Tozlu  lövhənin  köməyi  ilə hesab 
toplusu»  əsərində  Nəsirəddin  Tusi  riyaziyyat  tarixində  ilk 
dəfə  ixtiyari dərəcədən kökalmanın və  binom əmsallarının 
hesablanmasının alqoritimini vermişdir. Nəsirəddin Tusinin 
«Evkilidin  şərhi»  əsərində  5-ci  postulatı  başqa  postulatla 
əvəz  etməsi  XIX  əsrdə  Lobaçevski  və  Riman 
həndəsələrinin  yaranmasına  təkan  vermişdir.  O,  bu  əsərdə 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
47 
riyaziyyat  tarixində  ilk  dəfə  hazırda  «varlıq  aksiomu»  və 
«seçmə  aksiomu»  adlandırılan  aksiomları  vermişdir.» 
(AZ.EN. səh.559)  
İbn  Sina  elmi  məktəbinin  davamçısı  kimi  fəaliyyət 
göstərən  filosof  Məhəmməd  ibn  Şəhristaninin  İbn  Sinaya 
tutduğu iradlara da biganə qala bilməzdi. Tusi «Müsari əl-
müsari» («Mübarizin məğlubiyyəti») adlı əsərində Şəhrista-
ninin  «Mübahisə»  adlı  polemik  risaləsinin  tənqidi  və 
təkzibini  qarşıya  məqsəd  qoymuşdu.  İsmailliyə  təriqətinin 
mövhümati  göstərişlərini  özündə  cəmləşdirməyi  bacaran  
Şəhristaninin  İbn  Sinanın  fələsəfəsinə  tətbiq  etdiyi  anolo-
giya həddən artıq uyğunsuz və məntiqsiz fikirlərlə dolu idi. 
Tusi  «Müsari  əl-müsari»  («Mübarizin  məğlubiyyəti»)  adlı 
əsərində  belə  yazırdı,  «Şəhristani  öz  fikirlərini  əsaslandır-
maqdan  ötrü  hüquqşünaslar  üçün  anologiya  əsasında  əqli 
nəticə çıxartmaq üsulundan istifadə edir, lakin, bu üsulu da 
düzgün  tətbiq  edə  bilmir.»  Bunu  Şəhristaninin  məntiqi 
sübutlar yolu ilə deyil, sadəcə olaraq, bir vaiz kimi bəlağətli 
danışmasında görürdü. 
Tusi «İsbat-əl vacib» əsərində Allahın varlığını müxtə-
lif  dəlillərlə  sübut  edir,  «Qismət-i  mövcudat»  əsərində  isə 
varlığın  mahiyyətindən bəhs edir.  Dahi  filosofun metafizi-
kaya  həsr  etdiyi  «Seyr-i  sülük»  əsərində  də  varlığın 
mahiyyətindən söhbət açır. 
Bunladan  əlavə  olaraq  Nəsirəddin  Tusinin  ən    məşhur 
əsərləri  siyahısında  «Kosmoqrafiyaya  dair  traktat», 
«Evkilidin  «Göy  hadisələri»  kitabının  ifadəsi»,  «Kəlamın 
təcridi»,  «Mövcudatın  bölgüsü  və  onun  hissələri»,  «Tibb 
qanunu  kitabından  birinci  hissəyə  haşiyə»,  «İqtibasın 
əsası»,  «Alicənab  insanların  xarakterləri  və  keyfiyyətləri», 
«Təcrid əl‐Məntiq»,  «Tozlu  lövhənin  köməyi  ilə hesab 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə