Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə11/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
33 
gəlir. Xanın vəziri kimi üzərinə düşən işləri görür, alimlərə, 
mədrəsələrə qayğı göstərir.» (41, səh.180). Oğlu Əsiləddin 
Həsənlə  birlikdə  Bağdadan  10  kilometr  aralıda  yerləşən 
Museyi-Kazımın  məzarını  ziyarətə  gələn  Tusi  özünün 
burada dəfn olunmasını vəsiyyət edir. 
Bəzi  məxəzlərdə  tam  adı  Əbu  Cəfər  Nəsirəddin 
Məhəmməd ibn Həsən Tusi kimi yazılan dünya şöhrətli bir 
insanın  bu  şərəfli  ömrü  1274-cü  il  25  iyununda  (hicri-
qəməri təqvimilə  18 zilhiccə 672-ci il) sona çatdı. Bağdada 
vəfat  edən  filosofun  cənazəsi  vəsiyyətiə  uyğun  olaraq 
İraqda  Bağdad  yaxınlığında  yerləşən  Kazımeyyndə  dəfn 
olundu.  Yeddinci  və  doqquzuncu  şiə  imamlarını  dəfn 
olunduğu  Museyi-Kazım  türbəsində  torpağa  tapşırılan 
N.Tusi nin yas mərasiminə bütün Bağdad əhalisinin axışıb 
gəldiyini tarixçilər qeyd edirlər. (49, səh.22.)  
Museyi-Kazım  türbəsində  yeddinci  şiə  imamı  Museyi-
Kazımın  (745-799)  və  doqquzuncu  şiə  imamı  Məhəmməd 
Təqinin (811-835) ayaqlarının altındakı məzarda uyuyan bu 
müdrik  alimin  qəbri  üzərində  yazılmış  sözlər  də  insanı 
özünə  cəlb  etməyə  bilməz.  Hər  zaman  öz  ağlı  və  istedadı 
sayəsində yüksək qiymət görmüş bu insanın qəbir daşlarına 
bu  sözlər  həkk  olunmuşdu.  «Millətin  və  dinin  köməkçisi, 
elm  ölkəsinin  şahı.  Ana  dövran  belə  oğul  doğmamışdır». 
Dövrün  tanınmmış  tarixçisi  Fəzlullah  Rəşidəddin  (1247-
1317)  «Came  ət-təvarix»  («Tarixlərin  toplusu»)  əsərində 
filosofun dəfn mərasimi geniş bir surətdə əksini tapmışdır. 
Bu  böyük  alimin  müasirləri  onun  əxlaqi  xarakterləri 
haqqında  məlumat  verərərkən  onun  müsbət  xüsusiyyətləri, 
ətrafındaki  insanlarla  nümunəvi  davranışı  qabarıq  şəkildə 
önə  çıxır.  Bu  ensiklopedik  alim  böyük  fəzilət  sahibi, 
səxavətli,  təvazökar,  gülərüz,  mehriban,  səmimi  bir 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
34        
şəxsiyyət kimi müasirlərinin və alim yoldaşlarının yadında 
qalmışdı.  Tarixçilər  onun  zəhmətkeş,  fəal,  aktiv  və  xoş 
davranışa malik olduğunu qeyd edir və heç bir zaman elmi 
öz əxlaqından üstün tutmamasını bildirirdilər.  
Bu dahi insan öz siyasəti ilə istədiyi vaxt qəddar təbiətli 
monqol cəlladlarına psixoloji təsir göstərməyi bacarır, alim 
və  dəyərli  insanları  yadelli  cəlladların  qətlindən  xilas 
etməyi  də  bacarırdı.  Bir  şiə  müsəlmanı  kimi  islam  dininə 
böyük önəm verən Tusi bütün ömrü boyu ibadətlə  məşğul 
olmuş,  dindar  olması  ilə  də  məşhur  olmuşdur.  Hülakülər 
dövlətinin  vəziri  kimi  fəaliyyət  göstərdiyi  zaman  nəinki, 
bütpərəst  monqolların  təsirindən  islam  dinin  saflığını 
qoruya  bilmiş,  hətta  monqollara  islam  dinini  də  qəbul 
etdirməyi bacarmışdır. 
F.Rəşiddədinin,  M.Qəznəvinin  və  M.Zəncaninin  ver-
diyi məlumatlara əsaslanaraq Tusinin azəri türkü olduğunu 
iftixar  hissi  ilə  qeyd  edə  bilərik.  Lakin,  bu  məsələyə  sub-
yektiv və bitərəf münasibət bildirən fars tədqiqatçılarından 
M. Rəzəvi, S. Nəfisi, S. M. Məşkat və Ə. D. Sübhi Tusinin 
fars mənşəli iddia edirlər. Orta Asiya tədqiqatçılarından M. 
Dinorşoyev və M. Boltayev isə Tusinin əsassız olaraq fars-
tacik mənşəli oduğunu qeyd edirlər. Professor M. Boltayev 
Tusinin  fars-tacik  mənşəli  olmasına  sübut  kimi  onun 
farsların  və  taciklərin  yaşadığı  Tus  şəhərindən  olmasını 
göstərirdi. Bunun əksinə olaraq biz qeyd etməliyik ki, Tusi 
Tus şəhərində anadan olsa da əslən Həmədanlı idi. Görünür 
professor  M.Boltayev  Həmədanda  azərbaycanlıların 
yaşadığını  ya  unudub,  ya  da  xatırlamaq  istəmirdi.  Əslən 
Həmədandan  olan  N.Tusi  sadəcə  olaraq  Tus  şəhərində 
anadan olduğu üçün Tusi ləqəbinin özünə götürmüşdü. Bu 
isə  Tusinin  azərbaycan  türkü  olmamasına  heç  bir  dəlalət 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
35 
etmir.  «Bu  barədə  mütəfəkkirin  yaxın  dostu,  görkəmli 
tarixçi  Fəzlullah  Rəşidəddin  özünün  «Came-ət-təvarix» 
əsərində ətraflı məlumat vermiş və göstərmişdir ki, Tusinin 
əsli  Həmədanlıdır.  Bundan  başqa  Həmdullah  Qəzvini  də 
«Tarixi-qozide»  əsərində  Tusinin  əslinin  Cəhruddan 
olmasını yazmışdır.» (48, səh.8).  
Göründüyü kimi, bəzi tədqiqatçılar Tusinin əslinin Hə-
mədan şəhərinin yaxınlığında yerləşən Bahar adlı bölgədən 
olmasını  qeyd  edir,  bəziləri  isə  Tusinin  Qumun  yaxın-
lığında yerləşən Cəhrudun Dəstric kəndindən olması barədə 
məlumat verirlər. 
Əgər bu məsələyə obyektiv və qərəzsiz olaraq münasi-
bət  bildirsək  və  tarixi  faktlara  əsaslansaq  şübhəsiz  ki, 
Tusinin  türk  mənşəli  olması  ideyası  ortaya  çıxır.  «Hamit 
Dilqan «Böyük türk alimi Nəsrəddin Tusi» (İstanbul 1956) 
adını  daşıyan  çalışmasında  və  L.Kapriniskinin  «The 
Matematics  of    The  Orient»  («Şərqdə  riyaziyyat»)  (1334) 
adlı kitabında onun Türk olduğu bildirilir.» (80, səh.171).  
Sədrəddin  Əli,  Əsiləddin  Həsən  və  Fəxrəddin  Əhməd 
adlı 3 oğlu olan Tusinin yolunu böyük oğlu Sədrəddin Əli 
davam  etdirmişdir.  Rəsədxanaya  rəhbərlik  edən  böyük 
oğlundan fərqli olaraq, riyaziyyatla  məşğul olan Əsiləddin 
Həsən Bağdada vali işləyirdi. Tarixi mənbələrdə Əsiləddin 
Həsənin Qazan xan ilə Şama getdiyi və sonralar Bağdadda 
yüksək  mənsəb  sahibi  olduğu  haqqında  məlumat  veilir. 
Nəsirəddin Tusinin kiçik oğlu Fəxrəddin Əhməd riyaziyyat 
və  astronomiya  ilə  məşğul  olmaqla  yanaşı,  vəqflər  müdiri 
vəzifəsində  də  çalışmışdır.  Elxani  hökmdarı  Arqun  xanın 
yanında  fəaliyyətini  göstərən  Fəxrəddin  Əhməd  27 
avqust 1301-ci ildə (hicri-qəməri təqvimilə 21 zilhiccə 700-
ci  il) Sivas  şəhərində  öldürülür.  Fəxrəddin  Əhmədin 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə